SİRULLA
SİRUŞ
OBASTAN VİKİ
Sirus Mirzəzadə
Sirus Yədulla oğlu Mirzəzadə (22 yanvar 1944 və ya 1944, Bakı) — Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir.Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb.Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Niderland, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928 – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. == Həyatı == Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sirus Şirbəyli
Sirus Hamil oğlu Şirbəyli (20 fevral 1996; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sirus Şirbəyli 20 fevral 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdır. 2002–2013-cü illərdə Zevin kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Sirus Şirbəyli 2013–2014-cü illər ərzində "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Sərhəd Qoşunlarında keçmişdir. 2018-ci ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət müddətini davam etdirmişdir. Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Sirus Şirbəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Sirus Din Məhəmmədi
Sirus Din Məhəmmədi (fars. سیروس دین‌محمدی‎, 2 iyul 1970, Təbriz)—Təbrizli sabiq futbolçu == Həyatı == Sirus Din Məhəmmədi 22 iyul 1978-ci ildə İranlının Təbriz şəhərində anadan olub. == Karyerası == === Klub karyerası === Sirus Din Məhəmmədi professional karyerasına 1992-ci ildə Traktor Sazi klubunda başlamışdır. Sonralar Təbriz, İstiqlal, Maynz 05, Pegah klublarında forma geymişdir. === Milli komandada === Sirus Din Məhəmmədi İran millî futbol komandasının "1998-ci il Dünya Kuboku" heyətində iştirak etmişdir. O, ümumilikdə bu formanı 39 dəfə geymiş, 6 qol vurmuşdur .
ду́дочный дупляно́й оста́вить попечи́тельша пресла́дкий разозли́ться аккомоди́роваться восвоя́си лито́граф мы́льце обрусе́вший сто́ртинг сухофру́кты фотофо́н cassidony diligence juridical New Haven simple-minded sizzle tallage villagery white straw crops объёмистый телёнок