SİYASƏT
SOFİ
OBASTAN VİKİ
Siyavuş
Siyavuş (avest. Syāvaršan, «qara at»; pəhl. Syāvakhš, Siāvaš; fars. سیاوش‎ Siyavuş; İran mifalogiyasında İranın əfsanəvi şahı Keykavusun oğlu, Keyxosrovun atası. Firdovsinin Şahnaməsində analığı tərəfindən böhtan atılmış təmizliyin mücəssəməsi kimi göstərilir. Azərbaycan klassik ədəbiyyatında "Xuni-Siyavuş" Siyavuşun qanbahası kimi bir ifadə var.
Siyavuş Aslan
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı. == Həyatı == Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Siyavuş Dirəxti
Siyavuş Dirəxti (ing. Siavosh Derakhti, azərb. Siyavuş Dirəxti‎ ) (d.3 iyul, 1991-ci il) — İsveç sosial fəalı, Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Dərnəyinin qurucusu. 2016-cı ildə Dirəxtinin adı Forbes jurnalında 30 yaşınadək şəxslər arasında 30 nüfuzlu liderlərin siyahısına daxil edilib. Onun xarici düşmənçiliyi və ksenofobiyanı aradan qaldırmaq üçün göstərdiyi fəallığı nəzərə alaraq İsveç hökuməti 2013-cü ildə ona İkinci Dünya Müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini qurtaran isveç diplomatın şərəfinə adlandırılan Raul Vollenberq mükafatını təqdim etdi. Seçki komitəsi Dirəxtinin öz məmləkəti Malmödə və bütün İsveç ərazisində “müsbət nümunə” olduğunu qeyd etdi. Mükafatı təqdim edən Vollenberq mükafatının komitə heyəti bildirdi ki, “O, öz hərəkətləri və fəaliyyətləri ilə bir şəxsin cəmiyyət daxilində yarada biləcəyi dəyişiklikləri nümayiş etdirdi və bu səbəbdən də əksər gənclər üçün əls nümunəyə çevrildi”. 2012-ci il noyabr ayının 8-də Antisemitizm əleyhinə İsveç Komitəsi Dirəxtiyə ilk dəfə komitə üzvü Henrik Frenkelin valideynlərinin xatirəsinə gənclərin İsveçdə anti-semitizminə qarşı mübarizəyə ictimai medianı daxil etməsinə təşviq etməsi üçün təsis edilmiş Elza mükafatını bağışladı. == Erkən həyatı və təhsili == İsveçdə güney azərbaycanlı immiqrant valideynlərin ailəsində doğulub. Dirəxtinin azərbaycanlı ailəsi daha asan və təhlükəsiz bir ərazidə yaşamaq üçün İraqla müharibə zamanı İrandan Skandinaviyaya qaçıb.
Siyavuş Kərimi
Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru. == Həyatı == Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S.Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s.
Siyavuş Muradov
Siyavuş Akif oğlu Muradov (5 avqust 1991; Beyləqan, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Siyavuş Muradov 1991-ci il avqustun 5-də Beyləqan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Siyavuş Mustafayev
Siyavuş Firudin oğlu Mustafayev (1968, Qaraxanbəyli, Naxçıvan rayonu) — Azərbaycan dövlət xadimi. O, 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmiş, lakin bu təyinat Naxçıvan Ali Məclisi tərəfindən təsdiqlənməmişdir. Bundan sonra Mustafayev Daxili İşlər Nazirliyi və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Naxçıvanda çevrilişə cəhd etmiş, uğursuz olmuşdur. O, 1993-cü ildə Naxçıvan Daxili İşlər nazirinin müavini təyin edilmişdir. Mustafayev həmin il həbs edilmiş, lakin 2001-ci ildə əfv edilmişdir. O, 2020-ci ildə orduya dəstək yürüşündəki iştirakına görə həbs edilmişdir. == Erkən illəri == Siyavuş Firudin oğlu Mustafayev 1968-ci ildə Azərbaycan SSR-nin bir hissəsi olan Naxçıvan MSSR Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. O, Azərbaycan Bədən Tərbiyəsi İnstitutundan məzun olmuşdur. Mustafayev Milli Azadlıq Hərəkatı dövründə Azərbaycan Xalq Cəbhəsinə üzv olmuşdur. Müstəqillik dövründə o, Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olmuşdur.
Siyavuş Novruzov
Siyavuş Dünyamalı oğlu Novruzov (17 fevral 1969, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış, III çağırış, IV çağırış, V çağırış və VI çağırış deputatı, Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur.Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini,1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1987–1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" ilə təltif olunub.
Siyavuş Paşa
Siyavuş Paşa (ö. 26 aprel 1656, İstanbul) — IV Mehmed dönəmində 2 dəfə - ümumilikdə 2 ay 29 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən abxazdır və Abxaz Mehmed Paşanın yetişdirməsi olaraq sarayında xəzinədarı olmuşdur. Abxaz Mehmed Paşanın edamından sonra (1634) saraya alınaraq burada saray tərbiyəsi almışdır. Bir müddət sonra bacarıqlı olduğu görüldü və IV Murad tərəfindən saray ənənəsinə zidd olaraq has odabaşı seçildi. Ardından Mələk Əhməd Paşa Diyarbəkir bəylərbəyi oldu və Siyavuş ağa onun yerinə silahdarlığa gətirildi (fevral 1639). IV Muradın vəfatı əsnasında yanında olmuş, vəfat edən padşahın üzünü bir şalla örtərək vəfat xəbərini sədrəzəm Qara Mustafa Paşaya göndərmişdir. Sultan İbrahimin səltənətində Dəli Hüseyn Paşanın Özi hakimi seçilməsi ilə Siyavuş ağa vəzirliyə gətirilərək kaptan-ı dərya seçildi (9 sentyabr 1640). Bir il 4 ay 22 gün davam edən bu vəzifəsi əsnasında ilk vəzifə olaraq işğal olunan Azov qalasının geri qaytarılması tapşırıldı. Lazımi hazırlıq görüldükdən sonra donanma İstanbuldan ayrıldı.
Siyavuş Qarayev
Siyavuş Fərhad oğlu Qarayev (30 aprel 1942, Samux rayonu – 1 yanvar 2015, Bakı) — Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (1997–2005), üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), kimya elmləri doktoru (1981), professor (1984). == Həyatı == Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olmuşdur. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1964-cü ildə Kimyaçı ixtisası üzrə universiteti bitirmişdir. == Əmək fəaliyyəti == Siyavuş Qarayev əmək fəaliyyətinə 1964-cü ildə təyinat üzrə SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda mühəndis kimi başlamış, sonra 1966-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi olaraq daavam etdirmişdir.Siyavuş Qarayev 1967-1970-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əyani aspirantı olmuşdur. Həmin institutda 1970-1981-ci illərdə böyük elmi işçi və dosent vəzifələrində çalışmışdır. Habelə "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi jur­na­­lının baş redaktoru vəzifəsini icra etmişdir. O, bir neçə nüfuzlu elmi jurnalların, o cümlədən "Qoşa ulduz" ictimai-siyasi-beynəlxalq jurnalın və "Vışka" qəzetinin redaksiya heyətlərinin üzvü olmuşdur. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının üzvü olmuşdur.Siyavuş Qarayev 1982-ci ildən Üzvi və bioloji kimya kafedrasının müdiri, Doymamış karbohidro­genlərin hetero­atom­lu törəmələri problem laboratoriyasının elmi rəhbəri vəzifəsini icra etmişdir. 1988-1997-ci illərdə Kimya-texnologiya fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir.
Siyavuş Əkbərpur
Siyavuş Əkbərpur (21 yanvar 1985, Şiraz) — İran futbolçusu, hücumçu. Əkbərpur 2011-ci ilin iyun ayında Təbrizin "Traktor Sazi" klubuna qoşulmuşdur. O "Traktor Sazi" klubuna gələndən öncə "Fəcr-i Sipasi", "İstiqlal", "Sipahan", "Əl-Dəfra" və "İstil Azin" futbol klublarında oynamışdır.
Siyavuş Novruz
Siyavuş Dünyamalı oğlu Novruzov (17 fevral 1969, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış, III çağırış, IV çağırış, V çağırış və VI çağırış deputatı, Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur.Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini,1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1987–1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" ilə təltif olunub.
Siyavuş Qurbanov
Qurbanov Siyavuş Sabir oğlu (1966, Aydıngün, Salyan rayonu – 1993, Tap Qaraqoyunlu, Goranboy rayonu) — şəhid. == Həyatı == Qurbanov Siyavuş Sabir oğlu 1966-cı ildə Salyan rayonu Aydıngün kəndində (indiki Yeni Uluxanlı kəndi(https://goo.gl/maps/jduVyAW15oyJxRQL9)) 6 uşaqlı ailənin 5-ci övladı olaraq dünyaya gəlmişdir. 1972-ci ildə Salyan rayon Aydıngün kənd orta məktəbində I sinfə başlamışdır. Məktəbdə oxuyarkən həm dərslərindəki nailiyyətləri ilə, həm də müsbət davranışı ilə fərqlənmişdir. İdmana böyük həvəsi olan Siyavuş, məktəbdə oxuyarkən futbolla da məşğul olurdu. Dəfələrlə futbol üzrə yarışlarda fərqlənmə diplomu almışdır. O, həmçinin nağara alətində ifa etməyi çox sevmiş və hobbi olaraq onunla da məşğul olmuşdur. == Təhsili == 10-cu sinfi başa vurduqdan sonra Bakı şəhərində Neft-kimya texnikomunun "Qaldırıcı qurğular üzrə mühəndis" ixtisasasına qəbul olmuşdur. Təhsilini başa vurmağa 6 ay qalmış hərbi xidmətə yollanmışdır. Hərbi xidməti Rusiyada Murmanks şəhərində Hərbi dəniz donanmasında keçmişdir.
Kanijalı Siyavuş Paşa
Kanijalı Siyavuş Paşa (1500-cü illər – 1602, Konstantinopol) — Sultan III Murad dönəmində 3 dəfə - ümumilikdə 5 il 4 ay 12 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == İlk illəri == Əslinin xorvat vəya macar olduğu dəqiq bilinməsə də, doğum yerinin bu günki Macarıstan olduğu bilinir. Əndərunda saray təhsili almış, saray xəzinədarının kəndxudası olaraq saraydan ayrıldı və 1567-ci ildə "böyük miraxur" olaraq vəzifələndirildi. 1569-cu ildə yeniçəri ağası olan Siyavuş Paşa qısa müddət sonra Rumeli bəylərbəyi təyin olundu. Qübbə vəziri olduqdan sonra 1580 tarixində II Səlimin ən kiçik qızı Fatma Sultanla evləndirildi. == İlk sədarəti == 24 dekabr 1582 tarixində Qoca Sənan Paşanın yerinə ilk dəfə sədarətə alındı. Qafqaz səfərinə sərdar təyin olunsa da, vəzifə yükünün ağırlığından bu vəzifəni qəbul etmədi. Yerinə Qafqaz sərdarı olan Özdəmiroğlu Osman Paşa ordunu nizama salmaqda çətinlik çəkdi. Bundan başqa İstanbulda qalan qapıqulu əsgərləri də bu vəziyyətdən məmnun deyildi. Üstəlik qapıqulu əsgərlərinin maaşına edilən 1 axcalıq artım da, bu narazılıqları artırdı.
Siyavuş Paşa türbəsi
Siyavuş Paşa türbəsi — İstanbulun Əyyubsultanda XVI əsrin sonlarına aid türbə. Memar Sinan tərəfindən Sultan III Murad dövrünün sədrəzəmlərindən Kanijalı Siyavuş Paşa üçün inşa edilən türbənin inşası ilə bağlı kitabə günümüzə qədər gəlib çatmamış, inşa tarixinin isə 1582-1584-cü illər arasında olduğu qəbul edilir. Memar Sinanın xatirələrində Siyavuş Paşa və övladları üçün ayrı-ayrı türbələrin inşa olunduğu yazılsa da, Siyavuş Paşa üçün xüsusi türbə inşa edilməmiş, paşa 1602-ci ildə vəfat etdiyi zaman övladlarının türbəsinə dəfn olunmuşdur. Türbənin önündəki həyətin divarı üzərində paşanın vəfat tarixində inşa olunan bir çeşmə var. Türbə 1940-1970-ci illər arasında restovrasiya edilmiş, bəzəmələr bərpa olunaraq pəncərələri dəyişdirilmişdir. Kəsmə daşdan inşa olunan türbənin xarici fasadı 16-bucaqlı olsa da, daxili 8-bucaqlı formada inşa edilmişdir. Daxili interyeri gör, yaşıl, mavi, firuzəyi, ağ və qırmızı çinilərlə bəzədilən türbədə iki ədəd taxta, 9 ədəd isə mərmər məzardaşı var. Bunlardan 3-ü Siyavuş Paşanın ilk evliliyindən olan övladları Əbdülqadir bəy, Əhməd bəy və Süleyman bəyə aiddir.
Siyavuş bəy (qullar ağası)
Başıaçuğı nisbi (vəfatı 1650/51 və ya 1655) ilə də tanınan Siyavuş bəy — Səfəvi hərbi komandiri, rəsmisi və gürcü mənşəli qulam. Siyavuş bəy karyerasının əvvəlində bir hərbi zabit (yüzbaşı) olmaq üçün sıralar arasından yüksəldi. 1632-ci ildə Dərbəndin yeni bəylərbəyi (hakem) və Xosrov Mirzənin ardından (sonralar Kartlinin Rüstəm xanı) şah qulam korpusunun (qullar ağası) komandiri təyin edildi. Uzun müddət korpus komandiri olaraq qaldı. 1645-1649-cu illərdə Kuhgiluyə bəylərbəyi vəzifəsini icra etdi. 1645-ci ildə yenidən təyin olunmuş baş vəzir Xəlifə sultan əl-Hüseyni İsfahanın böyük erməni icmasına qarşı sərt qanunlar tələb etdikdə sonuncu xristian olan Siyavuş bəyə müraciət etdi. O dövrdəki hazırkı şah II Abbas (1642-1666) kimi Siyavuş bəy də içki hərisi idi. Siyavuş bəy nisbi "Baş-Açuk" dan, Gürcüstanın qərbindəki İmereti krallığının fars dilində söyləndiyi yerdən götürülmüşdür. == Mənbələr == Fleischer, C. ALLĀHVERDĪ KHAN (2) // Encyclopaedia Iranica, Vol. I, Fasc.
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
Səbri Əsəd Siyavuşgil
Səbri Əsəd Siyavuşgil(1907-1968)—Türkiyə şairi. == Həyatı == Daha çox mənzərə rəsmlərini xatırla­dan şeirlər yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir. Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə maraqlanır. == Əsərləri == Odalar ve Sofalar, 1933. İstanbul'da Karagöz ve Karagözde İstanbul (1938) Psikoloji ve Terbiye Bahisleri (1940) Tanzimat’ın Fransız Efkar-ı Umumiyesi’nde Uyandırdığı Yankılar (1940) Karagöz (1941, Fransızca 1951, İngilizce 1955) Cyrano de Bergerac (1942 -Edmond Rostand'dan çeviri, manzum oyun) Folklor ve Milli Hayat (1943) Roman ve Okuyucu (1944) Un Point Sur La Carte (1962 - Sait Faik'in hikâyelerinin Fransızca çevirisi).
Əsrimizin Siyavuşu
Əsrimizin Siyavuşu (azərb. عصریمیزین سیاووشو‎, türk. Asrımızın Siyavuşu) — Müsavat partiyasının keçmiş lideri və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi əsəri (esse). Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib. == Yazılma tarixi == Bakı 1920-ci ildə bolşeviklərin əlinə keçdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir ay müddətində şəhərdə qalmışdı. Daha sonra o, dostu ilə birlikdə Gürcüstana getdi. Onlar səyahət zamanı Şamaxı qəzasının Lahıc qəsəbəsində, yerli sakinlərin birinin evində qalırlar. Evin kiçik kitabxanasında fars, azərbaycan və rus dillərində kitablar var idi. Kitabxanada Məhəmməd Əmin diqqətini çəkən əsər Firdovsinin "Şahnamə"si idi.
ба́нщица в осо́бенности выставно́й кречётка перекувы́ркать прилипа́ть прота́линка устана́вливаться ядови́то велика́ беда жгу́честь лесть ляво́ниха ма́ршал многострада́льный продвига́ть рушни́к black diamond Calvinistic dermatoglyph Federalese mal- plebeian yule-day опрощаться