SİYASİ
SKANDAL
OBASTAN VİKİ
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Siz necə istəyirdiniz ki, buz adam olasınız?
Siz necə istəyirdiniz ki, Qar adamı olasınız? (ing. How Would You Like to Be the Ice Man?) — ilk qısametrajlı filmlərdən biridir. Səssiz filmdir. Filmin adı ilə mahnı da vardır. Siz necə istəyirdiniz ki, Qar adamı olasınız? — Internet Movie Database saytında.
Mən bilirəm siz keçən yay nə etmisiniz
Mən bilirəm siz keçən yay nə etmisiniz — 1997-ci ildə çəkilmiş sleşer, mistika, triller janrlı ABŞ filmi. Filmdə gənclərin gecə vaxtı maşınla gedərkən bir nəfəri vurduğunu görmək olar. Hadisədən qorxan gənclər bunu ört-basdır etmək qərarına gəlirlər. Bu məqsədlə də onlar gəncin cəsədini dənizə atırlar. Hadisədən 1 ildən sonra gənclərin hər birinə bir anonim məktub gəlir. "Mən bilirəm siz keçən yay nə etmisiniz" başlığı ilə olan məktub gənclərin qorxusuna səbəb olur. Bu naməlum şəxs isə gənclərdən birini qətlə yetirəndə isə vəziyyət aydınlaşır. Qisas. Bəs kim? Bu suala cavab tapmağa çalışaraq eyni zamanda da gənclər xilas olmağa çalışacaqlar.
Mən bilirəm siz keçən yay nə etmisiniz (film, 1997)
Siz necə istəyirdiniz ki, Qar adamı olasınız? (film, 1899)
Siz necə istəyirdiniz ki, Qar adamı olasınız? (ing. How Would You Like to Be the Ice Man?) — ilk qısametrajlı filmlərdən biridir. Səssiz filmdir. Filmin adı ilə mahnı da vardır. Siz necə istəyirdiniz ki, Qar adamı olasınız? — Internet Movie Database saytında.
7 il sizinlə (film, 2007)
9 il sizinlə (film, 2014)
O sizə Dimon deyil (sənədli film, 2017)
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Sizal aqavası
Sizal aqavası (lat. Agave sisalana) - aqava cinsinə aid bitki növü.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Sizi məlumatlandırmağa məcburuq ki, sabah bizi və ailəmizi öldürüləcəklər
Sizi məlumatlandırmağa məcburuq ki, sabah bizi və ailəmizi öldürüləcəklər: Ruandadan hekayələr (ing. We Wish to Inform You That Tomorrow We Will Be Killed With Our Families: Stories from Rwanda) — "The New Yorker" yazıçısı Filip Qureviçin təxminən 1.000.000 tutsi və hutu millətlərin öldürüldüyü 1994-cü ildə baş verən Ruanda soyqırımından bəhs edən 1998-ci ilə aid qeyri-bədii kitabı. Kitabda Qureviçin Ruanda soyqırımından sonra Ruandaya etdiyi səyahətlər təsvir edilir, o, sağ qalanlardan müsahibə alır və məlumat toplayır. Qureviç sağ qalanların hekayələrindən bəhs edir və soyqırımın mənası haqqında fikirlərini bölüşür. Kitabın adı 1994-cü il aprelin 15-də Muqonero bölgəsinin Kibuye prefekturasında adventist xəstəxanasına digər tutsilərə sığınan Yeddinci günün adventistləri pastorun Ruandanın qərbindəki Yeddinci günün adventistləri kilsəsinin prezidenti pastor Elizafan Ntakirutimanuya yazdığı məktubdan irəli gəlir. Qureviç Ntakirutimanunu ertəsi gün kompleksdə baş verən qətllərə kömək etməkdə günahlandırır. Ntakirutimanuya axır əvvəl Ruanda Beynəlxalq Cinayət Tribunalı tərəfindən məhkum edildi. Kitab təkcə 1994-cü ildə soyqırımın hadisələrini deyil, həm də Ruandanın bu qanlı hadisələrə qədərki tarixini izah edir.
Sizif
Sisifos (və ya Sisif q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur. Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır. Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.
Siziman buxtası
Siziman buxtası — Yapon dənizində, Xabarovsk diyarı sahillərində yerləşən buxta. Buxta Tatar boğazının Nitusi burnu rayonunda qərarlaşır. İnzibati cəhətdən Xabarovsk diyarının Vaninski rayonu ərazisində yerləşir. Meşədaşıyıcılarına aid yolla Vısoqorski qəsəbəsi arasında məsafə 176 km, dəniz yolu ilə Vanino qəsəbəsi arasında məsafə isə 108 mildir. Buxtada naviqasiya aprel ayından başlayır və donmanın həcmindən asılı olaraq dekabra qədər davam edə bilir. Buxta şərq hissədən dalğa və küləklər üçün açıqdır. Bu baxımdan nisbətən əlverişsizdir. İqlimi sərin, mussondur. Əsassən isti yağışlı yay və soyuq qışı ilə seçilir. Orta illik temperatur 0 °C yaxındır.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Sizin poçt indeksiniz (film, 1974)
Filmdə poçt indeksinin düzgün doldurulmasından, bunun poçt xidmətini xeyli asanlaşdırmasından bəhs olunur. Film Azərbaycan Rabitə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Siziqium
Siziqium (lat. Syzygium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Siznək
Siznək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilində yerləşir. Toponim Azərbaycan dilində «duman, çən» mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Sis sözü Siznək toponimində «siz» formasına düşmüşdür. s~z səs əvəzlənınəsi Azərbaycan dili üçün qanunauyğun haldır. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 179 nəfər, 1904 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1914-cü ildən azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz yurd-yuvasına dönə bilir. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər, 1959 - cu ildə 409 nəfər, 1979 - cu ildə 432 nəfər azərbaycanlı yaşamışdır.
Sizə məktub var (1998)
Sizə məktub var (ing. You've Got Mail) — rejissor Nora Efronun filmi. Co Foks və Ketlin Kelli Manhettendə — Vest-Saydda yaşayırlar və bir-birilərilə internet vasitəsilə danışırlar. Onlar subay deyillər, lakin nəsə onları bir-birinə cəlb edir. Bir gün məlum olur ki, onlar bir-birinə rəqib olan iki yanaşı kitab mağazalarının rəhbərləridirlər. Bunu ilk olaraq anlayan Co, Ketlinə heç bir şey demir. Və bu virtual məktublaşmaları sonadək davam etdirir... Filmin büdcəsi 65 mln. dollara yaxındır. Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) bu filmin ssenarisi Azərbaycan yazıçısı Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.
Sizə məktub var (film, 1998)

Sizəm (Xaybulla)
Sizəm kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Sizəm kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sizəm kəndinin milli tərkibi: başqırdlar 70 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 54 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 58 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Söz sizindir, şəriklər (film, 1983)
Filmdə şəriklərin kooperasiyası və onların fəaliyyəti haqqında söhbət gedir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
O, sizə Dimon deyil
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
İnternetdə heç kim sizin it olduğunuzu bilmir
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Sizi dünyalar qədər sevirdim
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...

Digər lüğətlərdə