skandium
skanerləmə
OBASTAN VİKİ
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Optik skaner
Optik skaner (optical scanner) – kağızda və ya başqa daşıyıcıda olanları xüsusi proqram təminatının (məsələn, qrafikanın oxunması və ya simvolların optik tanınması) köməyilə oxuyaraq, açıq və tünd (və ya rəngli) nöqtələr yığınını rəqəmli siqnala çevirən daxiletmə qurğusu. Quruluş özəlliklərinə görə skanerlərin bir neçə növünü fərqləndirirlər: planşet skanerlər (FLATBED SCANNER), səhifə skanerləri (PAGE SCANNER), slayd skanerləri (SLIDE SCANNER), əl skanerləri (HANDHELD SCANNER). Ən çox yayılmış növü planşet skanerlərdir ki, orada darayıcı qurğu tərpənməz sənəd boyunca hərəkət edir. Skanerlər adi faksimil operatorlarda olduğu kimi, baxdıqları kağızı tərpənməz baxış mexanizmi üzəri ilə hərəkət etdirə də bilər. Bəzi xüsusi skanerlər videosiqnalı proqram təminatı vasitəsilə emal olunmaq üçün rəqəmli siqnala çevirən standart videokamera ilə də işləyir. Əl skanerləri də çox tanınır; belə adlanmalarına səbəb istifadəçinin onları əllə tutaraq sənədin üzəriylə hərəkət etdirməsidir. Əl skanerləri ucuz olsalar da, onların baxış zonasının eni məhdud olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Skaner nədir?
Diferensial skaner kalorimetriyası
Diferensial skaner kalorimetriyasi – temperaturun funksiyası kimi endo- və ekzotermik keçidlərin ölçülməsi üçün termiki analizin ən populyar üsuludur. == Əsasları == === Kalorimetriya === Kalorimetriya – istiliyi ölçülən müxtəlif proseslərin fiziki - kimyəvi analiz metodları qrupudur: kimyəvi reaksiyaların; faza keçidlərinin; istilik tutumu (cismin temperaturunun dəyişilməsi üçün tələb olunan istilik). === İstilik === İstilik – daxili enerjinin məkanda yenidən bölüşdürülməsi prosesini xarakterizə edən funksiyadır; onu istilik köçürmə prosesi olmadıqda ölçmək mümkün deyil. Buna görə hər hansı bir kalorimetrin dizaynında ölçmə sisteminin müxtəlif hissələri arasında istilik mübadiləsinin mümkün olması nəzərə alınır və istilik koçürmələri ilə bağlı hadisələri anlama, kalorimetriyada prinsipial əhəmiyyətə malikdir. === İstilik köçürülmə hadisələri === İstilik köçürülməsi fiziki təbiətinə görə müxtəlif yollarla həyata keçirilə bilər: maddələrin istilik keçiriciliyi səbəbindən; konveksiya yolu ilə; istilik şüalanma yolu ilə. ==== İstilik keçiriciliyi ==== İstilik keçiriciliyi – molekullarin və ya atomların titrədici vəziyyətlərini dəyişdirərək enerji transfer metodudur (enerjinin ötürülməsi metodu). İstilik keçiriciliyi kütləvi ötürülmə ilə müşayiət edilmir və yalnız qatı maddələrdə mümkündür. ==== Konveksiya ==== Konveksiya – enerjinin maye və ya qaz axını ilə ötürülməsi. Sistemin bir nöqtəsindən digərinə konveksiya ilə ötürülən enerjinin miqdarı bu iki nöqtə arasındakı temperatur fərqi ilə mütənasibdir (birbaşa nisbətdədir). ==== Termiki şüalanma ==== Bütün cisimlər elektromaqnit şüalanmanı aramsız yayırlar və udurlar.
Barkod skaneri
Barkod skaneri(Barcode Scanner) – malın üzərinə vurulmuş barkodu oxuyan və informasiyanı kompüterə, kassa aparatına, POS-terminala ötürən qurğudur. Barkod skanerlərindən ticarət və xidmət sahələrində, kitabxanalarda malı tez identifikasiya etmək, mədaxil-məxaric etmək və başqa işlər üçün geniş istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şəbəkə skaneri
Brauzer,Internet brauzeri,Şəbəkə skaneri və yaVeb göz atıcısı (İngilis dili:Web Browser) istifadəçilərin şəbəkə serverləri də iştirak edən HTML və ya daha inkişaf etmiş səhifələrin açılmasını təmin edən bir proqramdır. Standart bir veb skaneri; mətn və ya çoxlu əhatə fayllarını aça bilər, yadda saxlaya bilir, HTML-dən HTTP 'yə bütün protokolları və standartları dəstəkləyir, açılan səhifədə axtarılan obyekti tapa bilər, tez istifadə edilənlər və keçmiş siyahısı edə bilər, ümumi serverə fayl yükləmə və ümumi şəbəkədən fayl yükləmə edə bilər, e-poçt və mətn redaktorları lə inteqrasiya edə bilər. Şəkil sistemləri ni oxuya bilər, bağlaya, saxlaya bilər. Multimedia fayllarını oynada və ya yaza bilər, səhifənin çıxışını ala bilər. Bir veb skaneri əməliyyat sistemi nin ən əsas hissəsidir. HTML kod larını istifadəçilərə təqdim edir. Skaner xidmətləri sürət, görünüş, sistemlə inteqrasiya, təhlükəsizlik, əlavələr, çərəzlər, təhlükəsiz CSS və RSS xüsusiyyətləri, JavaScript xüsusiyyəti ilə bir yarış halındadır. Çıxış tarixinə görə: WorldWideWeb, 26 Fevral 1991 Mosaic, 22 Aprel 1993 Netscape Navigator və Netscape Communicator, 13 Oktyabr 1994 Internet Explorer, 16 Ağusyos 1995 Opera, 1996 Mozilla Navigator, 5 İyun 2002 Safari, 7 yanvar 2003 Mozilla Firefox, 9 noyabr 2004 Google Chrome, 2 Sentyabr 2008 Şəbəkə skanerlərin standartlara uyğun olub olmadığını nəzarət edən analizlər vardır. Bunlar, brauzerin, verilən kodu düzgün işlədib işləmədiyinə nəzarət edər.

Digər lüğətlərdə