slavyanlar

slavyanlar
slavyanizm
slavyanlıq
OBASTAN VİKİ
Slavyanlar
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Müsəlman slavyanlar
Müsəlman slavyanlar və ya Slavyan müsəlmanları — slavyanlar arasında İslam dininin davamçıları olan etnik və ya subetnik qrup. Bu termin əksər hallarda Balkan xalqlarına aid olunur. Boşnaklar və ya "Bosniya müsəlmanları" Bosniya və Hersoqovinada çoxluq təşkil edən millət, həmçinin Serbiya, Şimali Makedoniya, Xorvatiya, Sloveniya, Monteneqro və Kosovoda etnik milli azlıqlar hesab olunurlar. Müsəlmanlar (etnik qrup) keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında təsisçi millət. Bolqarıstan müsəlmanları və ya pomaklar Torbeşlər — Makedoniya müsəlmanları Goralılar — Kosovo, Albaniya və Makedoniyada kiçik etnik qrup Xorvat müsəlmanları Serb müsəlmanları Sloven müsəlmanları Qərbi Balkanlarda yaşayan etnik slavyan müsəlmanlar sünni məzhəbinin altkateqoriyası olan Hənəfi məzhəbinin davamçılarıdılar.
Cənub slavyanları
Cənub slavyanları — müasir slavyan xalqları və əsasən Balkanlarda yaşayan cənubi slavyan dillərində danışan tayfaların bir qrupu. == Cənub-şərq qrupu == bolqarlar makedonlar == Cənub-qərb qrupu == serblər xorvatlar bosniyalılar monteneqrolular slovenlər Tarixən, xüsusilə vahid Yuqoslaviya dövründə, cənub slavyanlarının cənub-qərb alt qrupunu "Yuqoslavlar" adlı vahid millətçi ünsürə birləşdirmək cəhdi görülmüşdür. === Müsəlman slavyanlar === Osmanlı dövründə türklərin güclü təsiri altında yaşayan cənub slavyanlar qrupunda müsəlman slavyanlar önə çıxır. == Ölkələr == Cənub slavyanlarının əsas əhali olduğu yeddi ölkə var: Bolqarıstan (84 % bolqarlar) Serbiya (82 % serblər, 2 % boşnaklar, 1 % yuqoslavlar, 1 % xorvatlar, 1 % monteneqrolular) Xorvatiya (90 % xorvatlar, 4 % serblər, 1,7 % boşnaklar) Bosniya və Herseqovina (48 % boşnaklar, 37 % serblər, 14 % xorvatlar) Şimali Makedoniya (65 % makedonlar, 2 % serblər, 1 % boşnaklar) Sloveniya (83 % slovenlər, 2 % serblər, 2 % xorvatlar 1 % boşnaklar) Monteneqro (44,98 % monteneqrolular, 28,73 % serblər, 8,65 % boşnaklar, 3,31 % müsəlman slavyanlar, 0,97 % xorvatlar, 0,34 % serblər-monteneqrolular, 0,19 % yuqoslavlar, 0,15 % makedonlar, 0,07 % boşnaklar, 0,06 % slovenlər, 0,04 % müsəlman monteneqrolular, 0,03 % qoralılar) Bundan əlavə, qeyri-slavyan qonşu ölkələrdə ənənəvi olaraq xeyli cənub slavyan azlıqları yaşayır: İtaliya: (slovenlər, xorvatlar) Avstriya: (azlıq kimi tanınan slovenlər və xorvatlar.
Slavyanların Azərbaycana yürüşləri
Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Slavyanlararası dil
Slavyanlararası dil (2011-ci ilə qədər slovyan dili) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğəti İlk 3 lüğət yenilənir, 4-cü yox. Panslavyan dilinin yaradılmasının ən erkən (1659-1666) cəhdi xorvat rəhibi Yuray Krijaniçə aiddir. 2006-cı ilin mart ayında Slovianski adlı layihə müxtəlif ölkələrdən olan şəxslə tərəfindən başlanılıb. Onların məqsədi, slavyanlar üçün öyrənmədən başa düşülən dili yaratmaq idi. Bu dil slavyan dillərdə artıq mövcud olan xüsusiyyətlərdən ibarət olmalı idi və onun süni əlavələri olmamalı idi. 2011-ci ildə Slovianski, Slovioski və Novoslověnsky layihələri slavyanlararası (Medžuslovjanski) adı altında birləşiblər. Slavyanlararası dilə ISO 639-3 kodu ayırmaq üçün 2012 və 2014 illərdə uğursuz müraciətlər göndərilib. 2019-cu ilin sentyabrında göndərilən müraciət isə 2024-cü ilin aprelində isv kodunun qəbulu ilə nəticələnib. Slavyanarası dilin prinsiplərindən biri odur ki, onu hər hansı slavyan klaviaturasıyla yazmaq olar.

Значение слова в других словарях