SLOVAK

I
сущ. словак, словачка; slovaklar словаки (западнославянский народ, составляющий основное население Словакии)
II
прил. словацкий. Slovak dili словацкий язык
SLAYD
SLOVAKCA
OBASTAN VİKİ
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. == Sahiblik == 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. == Üfüqdəki Slovak Telekom Satışı == Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. == Ölkə Səviyyəsində 4G/LTE Şəbəkəsi Başladıldı == Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Slovak dili
Slovak dili (/ˈsloʊvæk, -vɑːk/ /ˈsloʊvæk, -vɑːk/ ) və ya alternativ olaraq Slovakca, Çex – Slovak qrupunun Qərbi Slavyan dilidir.Təxminən 5 milyon insanın ana dili kimi danışdığı, Slovakiyanın rəsmi dili və Avropa Birliyinin 24 rəsmi dilindən biri olaraq xidmət edir.
Slovak Sovet Respublikası
Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir.
Slovak Respublikası Həmkarlar İttifaqları Konfederasiyası
Slovak Respublikası Həmkarlar İttifaqları Konfederasiyası (slovak. Konfederácia odborových zväzov Slovenskej republiky və ya qısaca KOZ SR) — Slovakiya Respublikasının ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı paytaxt Bratislavada yerləşir.
Şərqi Slovak Muzeyi
Şərqi Slovak Muzeyi (slovak. Východoslovenské múzeum) — Slovakiyanın Koşitse şəhərində yerləşən və Slovakiyanın ən qədim muzeylərindən biridir. Muzey 1872-ci ildə təsis olunmuşdur. Yeni renessans dövrü tikilisi olan bina 20-ci əsrin əvvəlində ucaldılmışdır. Bu muzey Koşitse şəhərində öz ehtiyaclarını ödəyə bilən ilk bina idi. Binanın fasadında Persey və Vulkan heykəltəraşlıq nümunələrini görmək olar. Muzey 1741-ci ildə inşa edilən və daha sonra dağıdılmış taxta kilsənin üzərində tikilmişdir.
Azərbaycan-Slovakiya futbol matçlarının siyahısı
Slovakiya komandaları təmsilçilərimiz üçün az qala əbədi rəqiblərdən biri sayılır. Mundial iştirakçısı indiyədək 3 dəfə yığmamızla eyni seçmə qrupa düşüb. Beynəlxalq arenada hər iki yığma üçün debüt tsikli olan Avro-1996-da da (1:4, 0:1), 4 il sonrakı yarışda da (0:3, 0:1) futbolçularımız rəqib qarşısında aciz qalıb. 2002-ci ilin mundialına gedən yolda kifayət qədər uğurlu oynayan slovakiyalılar həlledici zərbəni İqor Ponomaryovun yetirmələrindən alıb – 1:3, 2:0. U-21 isə tarixinin ilk rəsmi qələbəsini məhz "Repre" üzərində qazanıb. Avro-1996-da (0:3, 1:0), Avro-2000 (1:2, 0:3), Avro-2002 (0:5, 0:0) keçirilən 6 matçın 4-də yığmamız məğlub olub. Bu ölkə ilə ilk duellər isə 16 il əvvələ təsadüf edib. Həmin vaxt U-16 iki, U-18 isə yeddi cavabsız qol buraxaraq slovakiyalılar önündə aciz qalıb. İki ölkə klubları avrokuboklarda 5 dəfə üz-üzə gəlib. 2004/05-də "Qarabağ" "Dukla" (0:3, 0:1), bir il sonra "Bakı" "Jilina" (1:0, 1:3), ötən yay isə "İnter" "Spartak" (1:2, 1:3) səddini aşa bilməyib.
Azərbaycan–Slovakiya futbol matçları
Slovakiya komandaları təmsilçilərimiz üçün az qala əbədi rəqiblərdən biri sayılır. Mundial iştirakçısı indiyədək 3 dəfə yığmamızla eyni seçmə qrupa düşüb. Beynəlxalq arenada hər iki yığma üçün debüt tsikli olan Avro-1996-da da (1:4, 0:1), 4 il sonrakı yarışda da (0:3, 0:1) futbolçularımız rəqib qarşısında aciz qalıb. 2002-ci ilin mundialına gedən yolda kifayət qədər uğurlu oynayan slovakiyalılar həlledici zərbəni İqor Ponomaryovun yetirmələrindən alıb – 1:3, 2:0. U-21 isə tarixinin ilk rəsmi qələbəsini məhz "Repre" üzərində qazanıb. Avro-1996-da (0:3, 1:0), Avro-2000 (1:2, 0:3), Avro-2002 (0:5, 0:0) keçirilən 6 matçın 4-də yığmamız məğlub olub. Bu ölkə ilə ilk duellər isə 16 il əvvələ təsadüf edib. Həmin vaxt U-16 iki, U-18 isə yeddi cavabsız qol buraxaraq slovakiyalılar önündə aciz qalıb. İki ölkə klubları avrokuboklarda 5 dəfə üz-üzə gəlib. 2004/05-də "Qarabağ" "Dukla" (0:3, 0:1), bir il sonra "Bakı" "Jilina" (1:0, 1:3), ötən yay isə "İnter" "Spartak" (1:2, 1:3) səddini aşa bilməyib.
Azərbaycan–Slovakiya münasibətləri
Azərbaycan–Slovakiya münasibətləri — Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur. Azərbaycanin Avstriyadaki səfirliyi həmçinin də Slovakiyada səfirliyidir. Slovakiayada Azərbaycanin Konsulluğu fəaliyyət göstərir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Şamil Qurbanov olmuşdur. 4 mart 2016-cı il tarixindən Şəmsəddin Hacıyev işçi qrupunun rəhbəridir.
D1 avtomagistralı (Slovakiya)
D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). == Tarixçəsi == Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
D1 avtomobil yolu (Slovakiya)
D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). == Tarixçəsi == Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
Kia Motors Slovakia
Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır. Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir: Kia cee’d (beş qapılı) dekabr 2006-cı ildən Kia Sportage iyun 2007-ci ildən Kia cee’d_sw (universal) iyul 2007-ci ildən Kia pro_cee’d (üç qapılı) oktyabr 2007-ci ildən Hyundai ix35 (beş qapılı universal) yanvar 2010-cu ildənZavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır.
Martin (Slovakiya)
Martin (slovak. Martin, alm. Turz-Sankt Martin‎, mac. Turócszentmárton) — Slovakiyanın şimalında, Jilina bölgəsində şəhər. Əhalisi 659 449 nəfərdir (2004-ci il). Şəhər Mala və Velka Fatra dağ yamaclarının, Turyets və Vaq çaylarının qovuşduğu yerdə yerləşir. == Tarix == Martin ilk dəfə 1284-cü ildə Sklabinya panlığının qəsəbəsi kimi qeyd edilir. 1340-cı ildə Martin şəhər hüquqları alır. Şəhər ilk növbədə Slovak Milli dirçəliş mərkəzi kimi tanınırdı. 1861-ci ildə burada Slovak millətinin yığıncağı keçirilmişdi.
O2 Slovakia
O2 Slovakia — Slovakiyada mobil xidmət təchizatçısıdır. O2, Slovakiyada 2007-ci ilin Fevral ayının 2-də ticari xidmətlər ilə təxminən 600 min qeydli istifadəçi ilə Telefonica olaraq və 400 min Slovak aktiv olaraq O2 xidmətini istifadə etməyə başlamışdır. Operator, 2015-ci ilin sentyabr ayının 1-ə qədər 1 milyon 700 min aktiv SİM karta (3 ay aktivdir) malikdir. Şirkət, PPF-ə aid O2 Çex Respublikası'nın filialıdır. == Prefiks == Operator tərəfindən əvvəlcədən müəyyən olan Slovak Respublikası Telekommunikasiya Bürosu - (prefiks) müştərilərin operatorlarını müəyyən edir. 0940 - digital GSM və UMTS 0944 - digital GSM və UMTS 0948 - digital GSM və UMTS 0949 - digital GSM və UMTSO2 şəbəkəsi rəqib mobil operator şəbəkələrinə nömrə göndərə bilər. Operatora aid olmaq üçün məlumat xətti operatorunu veb saytı operatoru vasitəsilə doğrulamalıdır. Əlavə olaraq, "Hara çağırım" xidmətini də aktivləşdirə bilərsiniz, avtomatik bir mesaj sizi öz şəbəkəsinin xaricində axtardığınız nömrənin sizi xəbərdarlıq verməsi ilə nəticələnir. == Rouminq == O2 Slovakia, rouminq şəriklərinin sayını davamlı genişləndirir.2007-ci ilin Sentyabr ayının 1-dən etibarən operator, Avropa Komissiyası tərəfindən normativ fəaliyyətlərə və Müdiriyyət uyğun olaraq rouminq rabitə ödənişlərini dəyişdirməyə tabe tutuldu. O2'nin indi çox ölkədə bir çox rouminq şərikləri mövcuddur.
Qazaxıstan–Slovakiya münasibətləri
Qazaxıstan–Slovakiya münasibətləri — Slovakiya və Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Diplomatik əlaqələr 1 yanvar 1993-cü ildə qurulmuşdur.2005-ci ildə Slovakiya Respublikasının Qazaxıstandakı səfirliyi açıldı. 2006-cı ildə Bratislavada Qazaxıstan Respublikasının səfirinin Praqadakı daimi iqamətgahı ilə Qazaxıstan Respublikasının diplomatik nümayəndəliyi açıldı. 2009-cu ildə Çexiya və Slovakiyada Qazaxıstan Respublikasının Səfirliyinin Konsulluq Bölümü açıldı. 2019-cu ildə Qazaxıstan Respublikasının Slovakiyadakı səfirliyi açıldı. 2018-ci ilin iyun ayından etibarən Milan Kollar Slovakiya Respublikasının Qazaxıstan Respublikasındakı səfiridir.2019-cu ilin dekabrından Roman Vasilenko Qazaxıstan Respublikasının SR -dəki səfiridir. == Parlamentlərarası əməkdaşlıq == === Slovakiyaya səfərlər === — Qazaxıstan Respublikası Məclisi və Parlamenti Senatının deputatları (1999-cu ildən 2017-ci ilə qədər 6 dəfə); -Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı K. Sultanov, 2017–2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinə Qazaxıstan Respublikasının namizədliyini irəli sürmək üçün Qazaxıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olaraq. (23–24 fevral 2015); — Bratislavada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikası Məclisi və Senatının deputatları (31 may-3 iyun 2019). === Qazaxıstana səfərlər === -Slovakiya Milli Şurasının sədrləri P. Paşka (10–13 iyun 2013), A. Danko (23–24 sentyabr 2019); — Slovakiya Milli Şurasının Konstitusiya və Hüquq Komitəsinin sədri R. Madeja (24–27 aprel 2015) (prezident seçkilərini müşahidə etmək üçün); -SR-RK parlamentlərarası dostluq qrupunun rəhbəri P. Marçekin başçılıq etdiyi Slovakiya parlamentinin deputatları (9–10 iyun 2017-ci il, Dostluq Qrupunun Qazaxıstanlı deputatları ilə görüş); Qazaxıstan Parlamenti Məclisi və Senatında Slovakiya ilə əməkdaşlıq üçün parlamentlərarası qruplar fəaliyyət göstərir (Senatdakı qrupun rəhbəri Maliyyə və Büdcə Komitəsinin sədri O. Perepeçinadır; Meclisdə parlamentin rəhbəri Slovakiya Respublikası, Albaniya və Kamboca Krallığı ilə dostluq qrupu Torqayevin Aqrar Məsələlər Komitəsinin üzvüdür). Slovakiya parlamentində 16 deputatdan ibarət Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla dostluq qrupu yaradıldı.
Quş adası (Slovakiya)
Quş adası (slovak. Vtáčí ostrov) — Slovakiyanın qərbində yerləşən ada. Adanın sahəsi 6,86 ha təşkil edir. Ada Qruşov su anbarının ərazisində yerləşir. Su anbarının sahəsi 2518 hektar təşkil edir. Qabçikov kaskadına daxildir. Ada isə Slovakiyanın Şamiron şəhərindən cənub-qərbdə qərar tutur. Suni şəkildə meydana gəlmişdir. Belə ki, Dunay çayıda dambanın inşası ilə ortaya çıxmışdır. Qabçikov-Nadmaroş bəndinin inşasının əsas səbəbi Dunyarın ətraf əraziləri basmasınln qarşısını almaqdlr.
Serb Respublikasında slovaklar
Serb Respublikasında slovaklar (serb. Словаци у Републици Српској, slovak. Slováci v Republike srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 109 slovak yaşayır. == Tarixi == Slovaklar Serb Respublikası ərazisində ilk slovaklar 1885-ci ilə meydana gəlmişdir: bu zaman 12 kəndli ailəsidən ibarət icma idi. Onlar Pivnise, Kovaçisa, Lyoba, Binqula və Baçki-Petovasdan insanlar gələrək Bielinada yerləşmişlər. Gəlmələr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Köçkünlər arasında ən məşhurlarından biri XIX — əsrin sonları XX əsrin əvvəlləri bölgəyə gəlmiş İosip Senixradski olmuşdur.
Slovakca Vikipediya
Slovakca Vikipediya — Vikipediyanın slovak dilində olan bölməsidir.
Slovakiya
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur. Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Slovakiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Slovakiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Slovakiya 2015 Avropa Oyunlarında
Slovakiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Slovakiya ümumilikdə 176 idmançı ilə təmsil olunur.
Slovakiya 2018 Qış Olimpiya Oyunlarında
Slovakiya 2018 Qış Olimpiya Oyunlarında 5 idman növü üzrə 56 idmançı ilə təmsil olunacaqdır. == Medallar == == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Slovakiyanın kişilərdən ibarət yığması 16-cü yeri tutmuşdur. Qadınlardan ibarət yığma isə 17-ci yeri tutmaqla 5 idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir KişilərqadınlarQarışıq estafet ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq Slovakiya 2 nominasiya üzrə lisenziya əldə edə bilmişdir. ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Slovakiya 5 olimpiya lisenziyası qazanmışdır KişilərQadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır.
Slovakiya Avroviziya Mahnı Müsabiqəsində
Slovakiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və cəmi 7 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Slovakiya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Slovakiya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Ölkənin müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildəki 18-ci yerdir. Müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən Slovakiya 1995, 1997 və 1999-cu illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyadan kənarlaşdırılmışdır. 2000-ci ildə isə ölkə müsabiqədə iştirakdan könüllü olaraq imtina etmiş və bir daha 2009-cu ildə Avroviziyaya qayıtmışdır. 2012-ci ilə kimi fasiləsiz olaraq müsabiqədə iştirak edən Slovakiya hər dörd cəhdində yarımfinalda məğlub olaraq, 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. == Tarixi == 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. == Coğrafiyası == Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
Slovakiya Dəmir Yolları
Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi. 1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi. 2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,«Železničná spoločnosť Cargo Slovakia, a.
Slovakiya Milli Bankı
Slovakiya Milli Bankı (slovak. Národná banka Slovenska) və ya qısaca NBS — Slovakiya Respublikasının mərkəzi bankı; hansı ki, bu ölkə Avropa İttifaqının və Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Bankın əsas mərkəzi Bratislava şəhərində yerləşir. Rəhbəri Yozef Makuxdur. Slovak korunasının banknot və metal pullarının yeganə istehsalçısı olmuşdur. Hökumətin pul və kredit siyasətindən məsuldur. == Tarixi == Slovakiya Milli Bankının əsası 1 yanvar 1993-cü ildə qoyulmuşdur. Həmin vaxt Çexoslovakiya Dövlət Bankı 2 yerə ayrılmışdır ki, onlardan biri Çex Milli Bankı, digəri isə Slovakiya Milli Bankı idi. 1 yanvar 2009-cu ildən Avrosistemə üzvdür. == Fəaliyyəti == 9 regional filialı var və Slovakiyadakı bütün banklardan üstündür.

Digər lüğətlərdə

делови́тый ковырну́ться ку́стик пла́стырный по сосе́дству расчеренкова́ть упятерённый Ца́рство небе́сное эвкла́зовый глото́к дальне́йшее носи́шко угна́ться camelish colour-bar Ebro edger electric eel humorism jaw-cracker trinitrophenol unbiblical африканка капризуля скрючить