sofu bax 1. vasvası; 2. ilanoynadan SOXMAQ (müxtəlif mənalarda) Dəstədən dikələn duman parçalan, göyün qaramtıl sifətinə çatmağa, özünü buludların içinə soxmağa çalışırdı (S.Rəhimov); BASMAQ Musa kişinin yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu (M.İbrahimov); DÜRTMƏK Pası mırıldana-mırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna dürtdü (S.Rəhimov); PƏRÇİM ETMƏK [Heybət:] Biz düşmənin yalın qılıncını öz əlindən qapıb, öz ürəyinə pərçim etməliyik (S.Rəhimov); SANCMAQ Vaqif: Məmməd bəyin gözünü qan tutmuş imiş, xəncəri binəvanın ürəyinin başına sancıb gedib... (Çəmənzəminli); TƏPMƏK Qoca kisənin ağzını çözələyib cibinə təpdi (H.Abbaszadə); BATIRMAQ, DÜRTÜŞDÜRMƏK, GİRDİRMƏK, İTƏLƏMƏK, PƏRÇİMLƏMƏK, SALMAQ, TIXAMAQ, YERLƏŞDİRMƏK.