SOQO
SOLBALASI
OBASTAN VİKİ
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Sol-İletsk
Sol-İletsk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). == Həyatı == Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Sol Perlmutter
Sol Perlmutter (22 sentyabr 1959, Şampeyn, İllinoys) — Lawrance Berkeley milli laboratoriyasında bir astronom olub, UC Berkeleydə Fizika sahəsinin professorudur. Brayn Şmidt və Adam Rays ilə birlikdə 2011-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. Perlmutter Amerika Elm və İncəsənət Akademiyasının bir üzvüdür və 2003-cü ildə AAASa (Amerika elmi inkişaf təşkilatı) seçilmişdir. Eyni zamanda Amerika Milli Elm Akademiyasının fizika bölməsinin üzvüdür. == Həyatı == Sol Perlmutter bir Aşkinaz yəhudisi olan Daniel D. Perlmutterin 3 uşağından biri olaraq dünyaya gəlmişdir. Atası Pensilvaniya Universitetində kimyəvi və Biomolekulyar mühəndisliyindən, anası Felice isə Temple Universitetindən təqaüdçüdür. Anası tərəfindən babası müəllim Samuel Davidson 1919-cu ildə Besarabyanın qəsəbəsi olan Floreştidən Kanadaya köç etmiştir. Sonra arvadı Çayka ilə birlikdə Nyu-Yorka köç etmişdir. === Təhsili === Perlmutter uşaqlığını Filadelfiyanının qonşusu olan Mount Airydə keçirmişdir. İbtidai məktəbə Germantaun yaxınlığında olan Greene Street Friends Schools məktəbinə getmişdir.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər - (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin - (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə - (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə - (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) - (lat.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Yeni sol
Yeni sol (ing. New Left) — 1960-1970-ci illərdə Qərb dünyasında vətəndaş və siyasi hüquqlar, feminizm, LGBT hüquqları, abort hüquqları, cinsiyyət rolları və narkotik siyasəti kimi geniş ictimai problemlərin təşviq üçün fəallardan ibarət olan geniş siyasi hərəkat.
Sol libertarianizm
Sol libertarianizm və ya sol libertarizm fərdi azadlıq və sosial ədalətə əsaslanan müxtəlif yanaşmaları ehtiva edir. Sol libertarizm şəxsi mülkiyyət ideyasını qəbul edir, lakin təbii sərvətlərin şəxsi və ya dövlət mülkiyyətləşdirilməsi ilə qəti şəkildə razılaşmır. Sol libertarianlar iddia edirlər ki, demək olar ki, bütün təbii ehtiyatlar; torpaq, neft, qızıl və ya meşələr hamı üçün ortaq olan kollektiv mülkiyyətdir. Sol liberterlərin fikrincə, sadəcə olaraq sözügedən təbii sərvətləri kəşf edən və ya onu emal edən şəxs olmaq bu təbii sərvət üzərində tam şəxsi mülkiyyət hüququ qazanmağa əsas vermir. Sol libertarizm və ya libertar sol, Roderik Lonq tərəfindən "libertarizmin ənənəvi olaraq solun anlayışları kimi qəbul edilənlərlə birləşməsi, reinteqrasiyası kimi başa düşülür. Buraya işçilərin səlahiyyətlərinin artırılması, plütokratiyaya qayğı, feminizm, sosial bərabərliyin müxtəlif formaları və s. daxildir" Sol libertarizm tez-tez üst-üstə düşən üç əlaqəli düşüncə məktəbinə istinad etmək üçün istifadə olunur: geolibertarizm, Ştayner-Vallentin məktəbi və sol bazar anarxizmi .
Demokratik Sol Partisi
}} Demokratik Sol Partisi (Demokratik Sol Partiyası), DSP Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol). == Tarixi == Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır. 1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
Li Sol Çju
Li Sol Çju (kor. 리설주; 28 sentyabr 1985, Çxoncin) — Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı. 25 iyul 2012-ci ildə onların qanuni münasibətləri haqqında KİV-ə məlumat verilib. Cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlayıb. == Həyatı == Li Sol Çju Pxenyanda yerləşən Kim İr Sen adına Universitetin məzunudur. Onun atası müəllim, anası isə həkimdir. Bəzi ehtimallara görə isə, o, hərbçi ailəsində dünyaya gəlib.O, İnçxon şəhərində keçirilən Yüngül atletika üzrə Asiya çempionatı zamanı Şimali Koreya nümayəndə heyətinə dəstək qrupunun tərkibində 2005-ci ildə Cənubi Koreyaya səfər edib.Kim Çen Inın onunla münasibətlərini 2009-cu ildə rəsmiləşdirdiyi güman edilir. KİV-də yayılmış məlumatlara əsasən, Kim Çen İrin təkidindən sonra 2010-cu ilin payız-qış aylarında, yaxud 2011-ci ilin qışında onların övladı dünyaya gəlib. Cütlüyün ikinci övladı 2012-ci ilin dekabrın sonunda anadan olub. Uşaq Çju E adını daşıyır.
Radikal Sol Koalisiya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Radikal Sol Koalisya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sol Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. == Coğrafiya == Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Sol ayağım (kitab)
Sol ayağım — Kristi Braunun 5 iyun 1932-ci ildə Dublində serebral iflic olmasından sonra 1954-cü ildə yazdığı avtobioqrafik əsər. == Məzmun == Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan “Hər gün nisgil” romanını yazmışdır.
Sol əl qaydası
Sol əl qaydası-naqildən axan cərəyan, maqnit qüvvə xətləri, və cərəyanlı naqilə təsir edən qüvvə istiqamətləri arasındakı əlaqəni müəyyənləşdirir. Bu qaydaya görə maqnit qüvvə xərləri açılmış sol əlin içərisinə daxil olduqda dörd barmaq cərəyan istiqamətində yönəlirsə açılmış baş barmaq keçiriciyə təsir edən Amper qüvvəsinin istiqamətini göstərəcək.
Yaşıl Sol Partiya
Yaşıllar və Sol Gələcək Partiyası, qısaca Yaşıl Sol Partiyası və ya YSP — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Çiğdəm Qılıncgün Uçar və İbrahim Akındır. Yaşıl Sol Partiya 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Yaşıl Sol Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarix == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyasının siyahıları ilə daxil olmaq qərarına gəlib.
Yaşıl Sol Partiyası
Yaşıllar və Sol Gələcək Partiyası, qısaca Yaşıl Sol Partiyası və ya YSP — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Çiğdəm Qılıncgün Uçar və İbrahim Akındır. Yaşıl Sol Partiya 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Yaşıl Sol Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarix == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyasının siyahıları ilə daxil olmaq qərarına gəlib.
Demokratik Sol Partiya (Türkiyə)
}} Demokratik Sol Partisi (Demokratik Sol Partiyası), DSP Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik Sol Partiyası (Türkiyə)
}} Demokratik Sol Partisi (Demokratik Sol Partiyası), DSP Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. == Coğrafiya == Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. == İqtisadiyyat == Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir.
His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Sağ və sol istiqamətli hərəkət
Sağ və sol istiqamətli hərəkət — müvafiq olaraq yolun sağına və ya soluna hərəkət etmək üçün birbaşa istiqamətli hərəkət. Yol hərəkəti axınının əsas elementi, bəzən yolun qaydası olaraq da adlandırılır. Sağ istiqamətli hərəkət 165 ölkə və ərazidə istifadə olunur, qalan 75 ölkə və ərazidə sol istiqamətli hərəkət istifadə olunur. Sol istiqamətli hərəkətdən istifadə edənlər dünya əhalisinin üçdə biri və yollarının dörddə biri ilə dünya ərazisinin altıda birinə sahibdir. 1919-cu ildə dünyanın 104 ərazisində sol istiqamətli hərəkət sağ istiqamətli hərəkətlə bərabər sayda idi. 1919-dan 1986-cı ilə qədər sol istiqamətli hərəkət ərazilərinin 34-ü sağ istiqamətli hərəkətə keçdi.Bir çox sol istiqamətli hərəkət ölkəsi əvvəllər Britaniya İmperiyasının tərkibində idilər, baxmayaraq ki, bəziləri məsələn Yaponiya, Tayland, İndoneziya və Surinam belə deyildi. Əksinə, bir çox sağ istiqamətli hərəkət ölkəsi Fransa müstəmləkə imperiyasının tərkibində idi. Dəmiryol nəqliyyatı üçün sol istiqamətli hərəkət Qərbi Avropada (Almaniya, Danimarka, Avstriya, İspaniya və Hollandiya istisna olmaqla), Latın Amerikasında (Meksika istisna olmaqla) və əvvəllər Britaniya və Fransa imperiyalarında, Şimali Amerika və Mərkəzi və Şərqi Avropa qatarlarında isə sağ istiqamətli hərəkət üstünlük təşkil edir. == İstinadlar == == Xarici linklər == Google Maps placemarks of border crossings where traffic changes sides (brauzerə əsaslanan),Google Earth placemarks file Arxivləşdirilib 2017-10-20 at the Wayback Machine (Google Earth) kimi də mövcuddur.
Siyasətdə sol və sağın bölünməsi
Siyasətdə sol və sağın bölünməsi — siyasi mövqelərin, ideologiyaların və partiyaların təsnifləşdirmə sistemi. Baxmayaraq ki, müəyyən bir şəxs və ya qrup bir mövzuda solçu mövqe, başqa bir mövzuda sağçı mövqe tuta bilər, solçuluq və sağçılıq adətən bir-birlərinə zidd olaraq göstərilir. Həmçinin, bəzi mövqelər üst-üstə düşə bilər və ideologiyadan asılı olaraq həm solçu, həm də sağçı mövqe kimi qiymətləndirilə bilər. Bu terminlər Fransada yaradılmışdır. Sol "hərəkət partiyası", sağ isə "intizam partiyası" adlandırılmışdır. Aralıq mövqe mərkəzçilik, bu mövqeni tutan şəxs isə mərkəzçi və ya mötədil adlanır. Ümumiyyətcə qəbul edilib ki, solçulara tərəqqipərvərlər, yaşıllar, kommunistlər, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial liberallar, demokratik sosialistlər, solçu libertarianistlər, sekulyaristlər, avtonomistlər, antiimperialistlər, antikapitalistlər və anarxistlər daxildir. Ümumiyyətcə qəbul edilib ki, sağçılara mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, milliyətçi demokratlar, eləcə də kapitalistlər, sağçı liberallar, sağçı libertarianlar, milliyətçilər, sosial avtoritarlar, monarxistlər, teokratlar və sağçı populistlər daxildir.
'O sole mio
'O sole mio (azərb. Mənim Günəşim‎) — musiqisi italyan bəstəkarı və müğənnisi Eduardo di Kapua, sözləri isə italyan şairi Covanni Kapuro tərəfindən 1898-ci ildə yazılmış opera janrındakı italyan mahnısı. Dünyanın bir çox ölkələrində ən çox dinlənilən və məşhur mahnıları sırasında yer almaqla yanaşı digər dillərə də tərcümə olunaraq oxunur. Buna baxmayaraq, əsasən yazıldığı dildə, Neapol ləhcəsində ifa olunur. Ədəbi italyan dilində "Il sole mio" adlandırılan mahnı, Azərbaycan dilinə "Mənim günəşim" kimi tərcümə olunur. Mahnını başda Enriko Karuzo olmaqla, Cüzeppe di Stefano, Luçano Pavarotti, Plaçido Dominqo, Xose Karreras və Andrea Boçelli kimi dünya şöhrətli tenorlar oxumuşdur. Elvis Preslinin "It`s now or never" (Ya indi, ya heç vaxt) mahnısı məhz "`O sole mio" mahnısının musiqisi əsasında yazılmışdır.
Abengoa Solar
Abengoa Solar (əvvəllər Solúcar Energía) Abengoa-nın budaq şirkətidir. Əsas fəaliyyət istiqamətlərinə fotovoltaiklər, konsentrasiya edilmiş fotoelektriklər və ya konsentrasiya edilmiş günəş istilik texnologiyasından istifadə edən günəş elektrik stansiyalarının layihələndirilməsi, təşviqi, maliyyələşdirilməsi, tikinti və istismarı daxildir. == Abengoa Solar və innovasiya == Araşdırma və inkişaf etdirmə investisiyası: 2011-ci ildə elmi-tədqiqat işlərinə 42.4 milyon avro və 2007-ci ildən bəri cəmi 150 milyon avrodan çox investisiya qoyulmuşdur Patent hüquqları: Elmi-tədqiqat işlərinin vacibliyini nəzərə alaraq, sənaye və əqli mülkiyyət inkişafının hüquqi müdafiəsi vacibdir. Buna görə şirkət müxtəlif əsas ixtiralar üçün prioritet hüquqlara malikdir. 115 CSP və PV texnologiyasına patent müraciəti 2012-ci ilin may ayından etibarən qeydə alınmışdır. == Günəş enerjisi qülləsi == Abengoa Solar, Avropanın ticarətdə ilk 11 MW PS10 Günəş Elektrik Stansiyasına sahibdir ki, bu da Konsentrik günəş elektrik stansiyası olan günəş enerjisi qülləsi texnologiyasından istifadə edir.
Accipiter soloensis
Accipiter soloensis (lat. Accipiter soloensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Acherontia solani
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Adi soltanquş
Soltanquş - Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşmüş quş növü, durnakimilər dəstəsinə və sığırçınlar fəsiləsinə daxildir. == Təsviri == Ümumi rəngi bənövşəyi çalarlı yaşıltəhər—mavidir. Dimdiyi parlaq qırmızıdır. Quyruğunun alt tərəfi ağdır. Ayaqları və barmaqları uzun, rəngi qırmızıtəhərdir. == Yayılması == Avropa, Asiya, Afrika, Avstraliya, Yeni Zelandiyada yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz və Samur-Şabran ovalıqlarında geniş yayılıb. == Həyat tərzi == Düzən rayonlarının su hövzələrindəki qamışlıq, yulğunluq yaşayır. Cil, Kələdəhnə, Şilyan, Qarasu və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri xeyli azalıb.
Aegilops longissima var. solaris
Aegilops longissima (lat. Aegilops longissima) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == Aegilops longissima var. solaris Zhuk. Aegilops longissima subsp. suprahians Zhuk. Sitopsis longissima (Schweinf. & Muschl.) Á.Löve Triticum longissimum (Schweinf. & Muschl.) Bowden == Arealı == Aegilops longissima növü Suriyadan Misirə qədər yayılmışdır.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Ageratina solana
Ageratina solana (lat. Ageratina solana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aleksandar Solic
Aleksandar Şoliç (29 yanvar 1983 və ya 9 yanvar 1983, Riyeka) — peşəkar karyerasını bitirmiş Xorvatiya futbolçusu, son olaraq "Opatiya" klubunda çıxış etmişdir. == Karyerası == 2007-ci ilin may ayında Bosniya və Herseqovina millisinə dəvət alsa da heç biri oyunda iştirak etmədi. 2009-2010 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdir.
Aleksandr Soljenitsın
Aleksandr İsayeviç Soljenitsın (rus. Александр Исаевич Солженицын; 11 dekabr 1918[…], Kislovodsk, RSFSR[d] – 3 avqust 2008[…], Moskva) — rus yazıçı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970). == Həyatı == Yazıçı, dramaturq, tarixçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsidir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarxal ənənələrə üstünlük verən rus ailəsində doğulmuşdu. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəxt təsadüf nəticəsində həlak olmuşdu. Anasının və nənəsinin himayəsində böyümüşdü. Rostov universitetinin riyaziyyat fakültəsində təhsil almış (1936-1941), Moskva fəlsəfə, ədəbiyyat və tarix institutunu qiyabi bitirmişdi. Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A.Soljenitsın da səfərbərliyə alınmışdı. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirmişdi. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, iki ordenlə təltif edilmişdi.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Amblyseius solani
Amblyseius solani (lat. Amblyseius solani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amblyseius solus
Amblyseius solus (lat. Amblyseius solus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anatoli Solovyanenko
Anatoli Borisoviç Solovyanenko(ukr. Анатолій Борисович Солов'яненко; 25 sentyabr 1932, Donetsk – 29 iyul 1999) və ya Anatoli Solovyanenko — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı. == Həyat və yaradıcılığı == O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş və burada qrafika mühəndisli fakültəsində dərs demişdir.O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977-78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi. "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır. Solovyanenko 1999-cu il 29 iyul tarixində ürək tutma nəticəsində vəfat etdi.
Anatoli Solovyov
Anatoli Solovyov (14 mart 1922, Dankov, Ryazan quberniyası[d] – 6 yanvar 2000, Moskva) — aktyor. == Həyatı == Anatoli Vasilyeviç Solovyov 14 mart 1922-ci ildə anadan olub. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1949). M. Yermoloyev adına Teatrda (1949–1956). Kinoaktyor Teatr Studiyasında (1959–1993) çalışıb. 17 yaşından kinoya çəkilməyə başlayıb. Rusiyanın əməkdar artisti Anatoli Solovyov 6 yanvar 2000-ci ildə vəfat edib.
Anatoli Sultrekov (Solbanax)
Anatoli Yeqoroviç Sultrekov (rus. Анатолий Егорович Султреков (Солбанах), 5 aprel 1954, Taştıp aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi və jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü (1999), Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998), Nikolay Domojakov adına ədəbi mükafatın laureatı (2017) == Həyatı == Anatoli Yeqoroviç Sultrekov 5 aprel 1954-cü ildə Xakasiya Muxtar Vilayətinin Taştıp rayonunun Tarbaqan aulunda çoxuşaqlı kənd poçtalyonu ailəsində anadan olmuşdur. O, Taştıp orta məktəbini bitirdikdən sonra Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, rektor Venedikt Qriqoryeviç Karpovun tövsiyəsi ilə təhsilini Abakan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində daxil olmuşdur. Təhsil aldığı illərdə xakas dilində yayınlanan “Lenin yolu” («Ленин чолы») regional qəzetin redaksiyası ilə yaxından əlaqə saxlamışdır. Həmçinin Nikolay Georgieviç Domojakovun rəhbərlik etdiyi “Səhər şəfəqləri” («Утренняя зоренька») ədəbi dərnəyində fəal iştirak etmişdir. 1977-ci ilin may ayında ali təhsilini bitirərək “Lenin yolu” qəzetində çalışmağa başlamışdır. Əmək kitabçasında bununla bağlı belı bir qeyd var: qırx ildən çoxdur ki, indi “Xəbər” adlandırılan qəzetdə çalışır. O, bu qəzetin səhifələrində əvvəlcə təsərrüfatla, sonra gənclik mövzuları və mədəniyyətlə bağlı məqalələr yazmışdır. Yazıçı öz yaradıcılıq amalını belə açıqlayır: “Mən alovlu bir bütpərəstəm, bütün kitablarımda əsas qəhrəmanlardan nümunə götürərək insanların Xakasiyanın adət-ənənələrini, qutsal yerlərini unutmaması üçün hər şeyi etməyə çalışıram”. İdman jurnalistlərinin regional və ümumrusiya müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olmuşdur.
Andrea Solario
Solario, Andrea (it. Andrea Solario, 1460, Milan – 1524, Milan) – Lombardiya rəssamlıq məktəbini təmsil edən italiyalı rəssam == Bioqrafiya və yaradıclıq == Heykəltəraşın oğlu olub. İlk incəsənət dərslərini heykəltaraş və memar olan qardaşı Xristoforo Solariodan alıb. Ciovanni Bellini və Leonardo da Vinçidən də dərs alıb. Venesiya, Milan, Normandiya (1507–1509), Paviya və Romada çalışıb. 1507-ci ildən başlayaraq iki il ərzindən XII Lüdovikin sarayında çalışıb. Andrea Solario bir sıra portretin ("Qərənfilli kişi", "Şarl d’Ambuaz" və s.) müəllifidir. Portret yaratdıqda Solario müəyyən kanona arxalanır: qurşağa və ya sinəyədək təsvir, baş 4/3 həcmindədir, baxış tamaşaçıya istiqamətlənib. Adətən model mənzərə fonunda təsvir edilir, bəzən isə mənzərənin fraqmenti pəncərənin alaqapılı ambrazurunda görsənir. Solario ifadəli, dərin obrazlar yaradır.
Apanteles solitarius
Apanteles solitarius (lat. Apanteles solitarius) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin brakonidlər fəsiləsinin apanteles cinsinə aid heyvan növü. == Həyat tərzi == Apanteles paraziti bəzək bitkilərinə zərərverən cücülərin (kəpənəklərin) sayının biotənzimlənməsində müstəsna rol oynayır. O, tumurcuq fırfırasının, qızılgül yarpaqbükəninin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Nəbatat bağında və Mərdəkan dendrarisində aparılan müşahidə və hesablamalara əsasən, yaşadığı müddətdə 2000-ə qədər yumurta qoya bilir. Yumurtalar tırtılın bədən daxilinə tək-tək qoyulur. Tırtıl 4-cü və 5-ci yaşa çatdıqda, parazit sürfəsinin də inkişafı başa çatır. İnkişafını başa vurmuş sürfələr sahibin dəri örtüyünü deşərək onun bədən səthinə çıxır və burada barama sarıyaraq pambıq topasına bənzər, sarı rəngli topadan ibarət örtük əmələ gətirirlər. Bu örtüyün içərisində hər bir sürfə kiçik baramacıq düzəldir. Apanteles həm pup halında, həm də axırıncı yaş sürfə mərhələsində qışlayır.
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Athoumane Solihi
Athoumane Solihi (30 mart 1991) — Komor adalarını təmsil edən üzgüçü. Athoumane Solihi Komor adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Athoumane Solihi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.31 saniyəlik nəticəsi ilə 76-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Avena solida
Avena sterilis (lat. Avena sterilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena affinis P.J.Bergius ex Steud. [Invalid] Avena byzantina var. solida (Hausskn.) Maire & Weiller Avena fatua var. sterilis (L.) Fiori & Paol. Avena × ludoviciana Durieu Avena ludoviciana var. psilathera (Thell.) Parodi Avena macrocarpa Moench [Illegitimate] Avena nutans St.-Lag. [Illegitimate] Avena sativa subsp. sterilis (L.) De Wet Avena sativa var.
Azərbaycan–Solomon adaları münasibətləri
Azərbaycan–Solomon adaları münasibətləri — Azərbaycan Respublikası ilə Solomon adaları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Azərbaycan Respublikası və Solomon adaları arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike 2011-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, imzalanmışdır. Kommünikeni Azərbaycan hökuməti adından ölkənin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyev, Solomon adaları hökuməti adından Solomon adalarının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Kollin D. Bek imzalayıblar.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Bala Soltanlı
Balasoltanlı və ya Bala Soltanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Etnotoponimdir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Adı Cəbrayıl rayonundakı Soltanlı kəndi ilə bağlıdır. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıl rayonundakı Soltanlı kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 7 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Balasoltanlı kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Banksia solandri
Banksia solandrii (lat. Banksia solandrii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.

Значение слова в других словарях

абази́нка до го́рла мачто́вник мо́левый окру́жность предста́тельный рябиноли́стный столпи́ть прописа́ть кому-л. ижицу случи́ться багай сусек aminopyrine carrier-pigeon credible diffractive employment book indelicate semiliterate watchcase плиссе построение само силурийский торпедировать