SOLMAQ

f. Rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək. Payız gəldi, yarpaqlar soldu. Gülü suya qoymasan solar.
[Xuraman:] Külək əsər, yarpaq düşər, çiçək solar; Viran qalmış mənim bu can otağımdan… S.Vurğun.
Kosanın bostanında xiyar tağları saralır, göy gülbəsərləri solurdu. S.Rəhimov.

// Ağarmaq, bozarmaq, rəngini itirmək. Paltar günün altında geyinməkdən solub.
// Məc. mənada. Adam haqqında.
[Sənəm Züleyxaya:] Bir ildir gəlin gəlmisən, hələ səni şad görməmişik, … dərd çəkməkdən gül kimi solmusan. Çəmənzəminli.
[Asya və Telli:] Niyə solmuş rüxsarın; Gül-çöhrə, tez söylə. Ü.Hacıbəyov.
Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn.

Синонимы

  • SOLMAQ SOLMAQ (müxtəlif mənalarda) ..Düşür yanağından ilıq incilər; Solur bənövşələr ömür bağındı (M.Rahim); AĞARMAQ, SARALMAQ Bir dəqiqənin ərzində o ağarır
  • SOLMAQ ağarmaq — bozarmaq — saralmaq
  • SOLMAQ sönmək — süstləşmək — ağırlaşmaq

Антонимы

  • SOLMAQ SOLMAQ – AÇMAQ Vaxtsız yarpaq açdı, vaxtsız da soldu (C.Novruz)
SOLLUQ
SOLMAZ

Значение слова в других словарях

аттеста́ция вы́лупленный же́нски мане́рный многоуго́льником оруже́йная оснасти́ть распа́ривать растрясти́сь Эмпире́й вдави́ться диффама́ция минда́лина не́мо по ка́йфу подстели́ть cum-savvy demonstrant illuminer subserous tillable отомстить приятель реорганизация шли