SOLO

[ ital. Solo – tək] Bir çalğıçı, bir müğənni tərəfindən ifa olunan musiqi əsəri və ya onun ayrıca bir hissəsi. Tarda solo. Skripkada solo çalmaq.
– “Koroğlu” operasının üçüncü pərdəsində Çənlibeldə toplanmış Koroğlu dəstəsinin igidləri hərbi rəqs ifa edərkən, bu musiqinin solo hissəsi orkestrin müşayiəti ilə zurnada ifa edilir. Ə.Bədəlbəyli.

// Bir rəqqas tərəfindən ifa edilən rəqs və ya onun ayrıca partiyası.
SOLMAZ
SOLTAN

Значение слова в других словарях