SOLITUDE
SOLUBLE
OBASTAN VİKİ
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. == Qəbulu == Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır."World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)
== Məlumat ==
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. == F-16 Solo Display Team == Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. == AH-64D Apache Solo Display Team == Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Han Solo: Ulduz müharibələri. Hekayələr
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Accipiter soloensis
Accipiter soloensis (lat. Accipiter soloensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Anatoli Solovyanenko
Anatoli Borisoviç Solovyanenko(ukr. Анатолій Борисович Солов'яненко; 25 sentyabr 1932, Donetsk – 29 iyul 1999) və ya Anatoli Solovyanenko — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı. == Həyat və yaradıcılığı == O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş və burada qrafika mühəndisli fakültəsində dərs demişdir.O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977-78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi. "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır. Solovyanenko 1999-cu il 29 iyul tarixində ürək tutma nəticəsində vəfat etdi.
Anatoli Solovyov
Anatoli Solovyov (14 mart 1922, Dankov, Ryazan quberniyası[d] – 6 yanvar 2000, Moskva) — aktyor. == Həyatı == Anatoli Vasilyeviç Solovyov 14 mart 1922-ci ildə anadan olub. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1949). M. Yermoloyev adına Teatrda (1949–1956). Kinoaktyor Teatr Studiyasında (1959–1993) çalışıb. 17 yaşından kinoya çəkilməyə başlayıb. Rusiyanın əməkdar artisti Anatoli Solovyov 6 yanvar 2000-ci ildə vəfat edib.
Azərbaycan–Solomon adaları münasibətləri
Azərbaycan–Solomon adaları münasibətləri — Azərbaycan Respublikası ilə Solomon adaları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Azərbaycan Respublikası və Solomon adaları arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike 2011-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, imzalanmışdır. Kommünikeni Azərbaycan hökuməti adından ölkənin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyev, Solomon adaları hökuməti adından Solomon adalarının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Kollin D. Bek imzalayıblar.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Din Solomons
Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 11 sentyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Javanthropus soloensis
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. == Həyatı == Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Sergey Solovyov
Sergey Solovyov (rus. Соловьёв, Сергей Михайлович; 5 (17) may 1820, Moskva – 4 (16) oktyabr 1879, Moskva) — rus tarixçisi. Moskva Universitetinin professoru (1848-ci ildən), Moskva Universitetinin rektoru (1871-1877) , İmperator Sankt-Peterburq Elmlər Akademiyasının rus dili və ədəbiyyatı bölməsinin həqiqi üzvü (1872), məxfi məsləhətçi. O, ilk dəfə "Novqorod Rus", "Kiyev Rusu", "Vladimir Rus", "Moskva Rusiyası" terminlərindən istifadə edərək, Rusiya dövlətinin formalaşmasının müvəqqəti dövrlərini təyin etdi. == Həyatı == Sergey Mixayloviç Solovyov 1820-ci ildə keşiş ailəsində anadan olub. 8 yaşında Moskva İlahiyyat Məktəbinə yazılır ki, bu müəssisədə dini fənlər ilə yanaşı müxtəlif “maddi” fənlər üzrə kommersiya məktəbində oxusun. Sergey Solovyov əslində iki təhsil alırdı - dünyəvi və mənəvi. 3-cü sinifdən Solovyov Birinci Moskva Gimnaziyasının şagirdi idi. Dini ailə və mühit gələcək təhsilində alimin tarixi baxışlarına təsir edir. O, dinin xalqların tarixi həyatı üçün nəhəng əhəmiyyətindən xəbərdar idi.
SoloTürk
SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. Bu komandanın yaradılması barədə planlar 2009-cu ilin noyabrında cızılmışdır və pilot təlim prosesi 2010-cu ilin avqustunda tamamlanmış, ilkin olaraq üç pilot bu komandanın bir hissəsi olmuşdur. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında hərbi hissə çərçivəsində həyata keçirilmiş və qrupun ictimai şəkildə ilk uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti xüsusi olaraq komandanın özünə xasdır. Komanda döyüşə hazır, xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 40" təyyarəsindən istifadə edir. "SoloTürk" əvvəllər Akıncı aviabazasından fəaliyyət göstərmiş, lakin 2016-cı ildə baş tutmuş dövlət çevrilişi cəhdindən sonra Konya aviabazasına köçmüşdür. İki pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və daşınma işləri üçün "CASA CN-235M-100" təyyarəsindən istifadə olunur. Komanda daxilində uçuşlarda iştirak etmək istəyən pilotlar təlimdən keçməzdən əvvəl müəyyən meyarlara cavab verməlidirlər. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür.
Solodlar
Bu torpaqlar - dünyanın meşə-çöl, yarımsəhra zonalarında geniş yayılmışdır. == Genetik qatları == Genetik qatları kəskin fərqlənir. Meşə döşənəyi, yaxud çim qatından ibarətdir. A2 - solodlaşmış horizont, laylı-pullu strukturlu, dəmirli-manqanlı yeni törəmələr və pas-arxalı ləkələr. A2B-keçid qatı olub, müxtəlif rəgnlidir. C-torpaqəmələgətirən süxur qatı olub, karbonatlarla zəngindir. k.K.Hedroysa görə, solodlar - mübadilə olunan natriumun hidrogen kationu ilə əvəz olunduğu deqradasiya nəticəsində şorakətlərdə yaranır. Solodların əsas tanınma xassəsi onların 5%-li KOH-lə həll olub, silikat turşusu yaratmasıdır. Solodlar-ifrat rütubət və anaerob proses nəticəsində yaranır. Bu zaman fəal üzvi turşular (fulvo turşusu) dəmir və manqanın mütəhərrik maddələri ilə üzvi-mineral kompleks birləşmələr əmələ gətirir və üst qatdan altda hərəkət edir.
Solomon dənizi plitəsi
Solomon dənizi plitəsi — litosfer plitəsi Solomon adalarının cənub-qərbində, Sakit okeanın cənubunda yerləşir. Sahəsi 0,00317 steradion təşkil edir. Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Solomon dənizi plitəsi okean qabığı üzərində yerləşir. Cənub-şərqdə Vudlark plitəsi, şimal-qərbində isə Cənubi Bismark plitəsi ilə sərhədə malikdir. Şimal-şərqdə isə Sakit Okean plitəsi yerləşir.
Solomon məbədi
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı..
Solovyov adası
Solovyov adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında, Trininqen boğazında yerləşir. Kral Aleksadr adası ondan 7 km şimal-şərqdə, Qoqonloe adası isə 3.5 km cənubddır. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur. Dairəvi formaya malikdir. Diametri 250 metrdir.

Значение слова в других словарях

врали́ха гешефтма́хер интенси́вный кро́мочный нелёгкий реаними́ровать во́зглас наце́живать неправоме́рно проко́с сосло́вие чистый пар addressing borne bow window chancel cross-bearer dock line Golden State impicture заворачиваться запечатать испуг кумовство равнять