SONA

is. Əsil mənası ördək olub, gözəlliyinə görə aşıq şerində gözəlin epitetlərindən biri kimi (çox vaxt yaşılbaş sona tərkibində) işlənir.
Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi.
Könül, əbəs yerə üzmə canını; Sonaların əhdə olmaz vəfası. Q.Zakir.

Omonimlər

  • SONA SONA I is. Vəhşi ördəyin erkəyi. Göydən bir cüt sona endi; Aylı dağın arasına (“Koroğlu”). SONA II is

Etimologiya

  • SONA Bunun əsl mənası “çöl ördəyi”, yəni “qu” deməkdir. Poeziyada gözəllik sim­vo­ludur. Uzunboğaz, yaşılbaş sona daha gözəl olur
SON
SONALAMA

Digər lüğətlərdə