1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı.
– Qonaq əvvəlcə Bayramla, sonra da Məşədibəylə vidalaşıb çıxdı.
On beş gün sonra aparılan işlərin ilk nəticəsi yoxlandı.
2. qoş. Arxasınca, ardınca, dalınca. Məndən sonra kimdir? Hamıdan sonra gəlmək. Saat 2-dən sonra. Yağışdan sonra gün çıxdı.
– Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkildi.
□ Bir azdan (qədərdən) sonra – azacıq sonra, az, aradan çox keçməmiş.
Bir qədərdən sonra qapı açılır.
Bir azdan sonra dəmirçi Musa gəlib çıxdı.
Bundan sonra – bundan belə, bir də, daha, artıq. Bundan sonra belə işlər etmə. Bundan sonra gözümə görünmə.
// Yoxsa, əks təqdirdə. Ora getmə, sonra özün peşman olarsan.
3. Bir də, ondan başqa, yenə, habelə. Sonra, canım sənə desin…