SORMAQ₂

f.
1. Əmmək.
Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli.
Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M.İbrahimov.

2. Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi şeyləri ağzında yavaş-yavaş əridərək yemək. Monpası sormaq. Nabat sormaq.
[Mustafa] haradansa tapdığı çay daşını durmadan sorurdu. S.Vəliyev.

3. bax sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir.
Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı).

◊ Qanını (şirəsini) sormaq – bax qanını sormaq (“qan”da).
…Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb … qanlarını sorurlar. C.Məmmədquluzadə.
Nə qədər ki, [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev.

Синонимы

  • SORMAQ sormaq bax soruşmaq 1
  • SORMAQ dindirmək
  • SORMAQ əmmək

Омонимы

  • SORMAQ SORMAQ I f. Soruşmaq, xəbər almaq. Durnanın qatarı keçəndə bir-bir; Soruram yurdumun halı necədir? (H

Этимология

  • SORMAQ Soğur, sağur, soğ formaları da mövcud olub, “içmək”, “sorub çıxarmaq, qu­rutmaq” mənalarını əks etdirib
SORMAQ₁
SORT

Значение слова в других словарях

-ат-(а) администра́ция ви́нкель досоздава́ть ни ра́зу повествова́тельность Спаси́тель эпиго́н Юве́нта въе́дливость леги́рованный ни в малейшей сте́пени прота́чиваться имя чекан apiculate exegetist needs notary stratiform sunlit Thebaid напружиться насыпаться парнасец