sorğuvermə
sorma
OBASTAN VİKİ
Sorqo
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır. Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.