Con Urri (sosioloq)
Con Riçard Urri (ing. John Richard Urry; 6 yanvar 1946, London – 18 mart 2016, Lankaster[d]) — Britaniya sosioloqu. Lancaster Universitetində professor vəzifəsində çalışmışdır. O, turizm və mobillik sosiologiyası sahələrində fəaliyyəti ilə seçilir.
Urri müasir cəmiyyətin bir çox digər aspektləri, o cümlədən "mütəşəkkil kapitalizmdən uzaqlaşma", təbiət sosiologiyası, envayromentalizm və ümumilikdə sosial nəzəriyyə haqqında kitablar yazmışdır.
== Həyatı ==
Con Riçard Urri 1 iyun 1946-cı ildə Londonda anadan olmuşdur. Heyberdeşers Eşk Oğlanlar Məkətində təhsil almışdır. O, 1967-ci ildə Kembricdə Məsih Kollecində ilk dərəcələrini, İqtisadiyyat üzrə "ikiqat birinci" bakalavr və magistr dərəcəsini, 1972-ci ildə sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. O, 1970-ci ildə Lankaster Universitetinin Sosiologiya kafedrasına müəllim kimi gəlmiş, 1983-cü ildə kafedra müdiri, 1985-ci ildə isə professor olmuşdur.
Urri Kral İncəsənət Cəmiyyətinin üzvü, Birləşmiş Krallıq Sosial Elmlər üzrə Öyrənilmiş Cəmiyyətlər Akademiyasının təsisçi akademiki olmuşdur.