SOVETLƏŞMƏ
SOVETLƏŞMƏK
OBASTAN VİKİ
Azərbaycanın sovetləşməsində Türkiyənin müdaxiləsi
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu. 1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu. Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı.
Azərbaycanın sovetləşməsində Türkiyənin rolu

Digər lüğətlərdə

втихомо́лочку е́герствовать империалисти́ческий миролюби́вый нетала́нтливый отлыга́ться пови́снуть поизлома́ть скопчи́ха горю́чее затума́нить калькуля́ция срежисси́ровать бас atonic belief censorious curtailment examinator interchangeability nipplewort semi-mute shuttle прохладный тушёный