soyhasoy
soyqırımı
OBASTAN VİKİ
Azərbaycan Xalqının Soykökünü Düşünərkən (Kitab)
Azərbaycan xalqının soykökünü düşünərkən
"Azərbaycan Xalqının Soykökünü Düşünərkən" Mirəli Seyidov tərəfindən yazılmış əsər. == Məzmun == M. Seyidov Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiyyat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən erməni xalqına da güclü təsir göstərdiyini faktlar, dəlillərlə sübut etməyə müvəffəq olmuşdur. Bu, M. Seyidovun xalqımıza göstərdiyi mühüm xidmətdir". Şair fikrini inkişaf etdirərək, daha sonra yazmışdır: "Azərbaycan xalqının soykökünün-etnogenezisinin müəyyənləşdirilməsi işində də M. Seyidovun bu əsərinin əhəmiyyəti böyükdür. Müəllif elmi inandırıcılıqla sübut edir ki, türkdilli qəbilələr Azərbaycana eramızdan əvvəl III əsrdə, bəlkə daha əvvəllər gəlmiş, burada yerli qəbilə və qəbilə birləşmələrilə çarpazlaşmış, beləliklə də, vahid Azərbaycan xalqı yaranmışdır. == Kitabın yenidən çapı == Kitabın ilk çapı 1989-cu ildə işıq üzü görmüşdür. 2018-ci ildə isə oğlu Elçin Seyidov tərəfindən çap edilmişdir. == Kitab haqqında fikirlər == "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı fundamental monoqrafiyasına ön söz yazmış xalq şairi Sabir Rüstəmxanlı alimə heyranlığını gizlədə bilməmişdir: "O, böyük abidələrimizin kökündə dayanan ilkin odu, qüvvəni, ilkin qaynağı gəzə-gəzə yurdumuzun ilk çırağının işiğına aparan yolları araya-araya, söz, kəlmə pillələri ilə xalq təfəkkürünün elə uzaq bir başlanğıcına gedib çatır ki, adam heyran qalır". Yaxud alimin folklorlaşan ömrü şair tərəfindən belə qiymətləndirilir: "Soyumuzun beşik yurdunu, beşik nəğməsini, sözümüzün, ruhumuzun ilk ifadə şəkillərini axtara-axtara o, özü də bir ilkinlik, saflıq nümunəsinə, şaman dualarından, qopuz iniltilərindən, varsağı, bayatı hikmətindən yonulmuş Ozan babaya dönüb. İllər keçdikcə Mirəli Seyidov da araşdırdığı epik qəhrəmanlıq dastanlarımızdan qopub gələn bir xalq müdrikinə, öz işinin cünunu olan bir ağsaqqala çevrilib, dədələşib.

Digər lüğətlərdə