SOYMAQ

f.
1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq.
– İt yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli.
Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman.

// Kəsilmiş heyvanın dərisini çıxartmaq. Qoyun soymaq.
– Aşpazlar erkəkləri soyub dərilərini çevirməkdə idilər. Ə.Vəliyev.

2. məc. Bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq.
[Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? M.F.Axundzadə.

◊ Dərisini soymaq – bax dəri.
[Mirzə Hüseyn Nərimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev.

Soyub soğana döndərmək – bax soğan kimi (qabığını) soymaq.
[Böyük oğul:] Həkimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOYMAQ çıxartmaq — soyundurmaq
  • SOYMAQ çapmaq — talamaq
  • SOYMAQ 1. SOYMAQ Sanma səni öz halına qoyarlar; Əvvəl onlar səni diri soyarlar (M.P.Vaqif); DƏRİDƏN ÇIXARMAQ

Omonimlər

  • SOYMAQ SOYMAQ I f. Təmizləmək. O, almanı soyub yanındakı qıza verdi. SOYMAQ II f. Talamaq. Koroğlunun dəliləri taciri soyub var-dövlətini kasıblara payladıla

Etimologiya

  • SOYMAQ Heyvanın dərisini, ağacın qabığını və s. soyuruq. Bir vaxtlar dəri, qabıq yerinə soyuntu (sıyıntı) sözünü işlətmişik
SOYMA
SOYSUZ

Digər lüğətlərdə