soyqırım

Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə

soyğunçuluq
soyuq atıcı silah
OBASTAN VİKİ
Banqladeşdə soyqırım (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Cənubi Azərbaycanda soyqırım
Cənubi Azərbaycanda soyqırım (1917-1918) — erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım. == Hadisələrin başlanması == Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. == Erməni-aysor dəstələrinin məğlub edilməsi == Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.
Azərbaycana qarşı soyqırım gerçəklikləri (kitab)
Azərbaycana qarşı soyqırım gerçəklikləri — əsasən 20 yanvar faciəsi haqqında, onun baş vermə səbəbləri, milli, dini aspektləri və Qarabağ münaqişəsi ilə 20 yanvar faicəsinin əlaqəsi haqqında yazılmış kitab. Kitab 3 dildə nəşr edilib. == Haqqında == Azərbaycana qarşı soyqırım gerçəklikləri kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitab 20 yanvar faciəsi haqqında 3 dildə yazılıb. Kitabda faciədən sonra öldürülmüş insanların fotoları da yer alıb. Əsərdə Sovet ordusunun Tiflisdə və Vilnüsdə həyata keçirdiyi cəza əməliyyatları ilə Bakıda baş tutmuş daha genişmiqyaslı 20 yanvar faciəsi müqayisə edilir. Qırğınlara səbəb olan Qorbaçovun gürcü və litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından üzr istəməməsi dini, Qafqaz və türk amili ilə şərh edilir. Daha sonra isə kitabda Rusiyanın və ermənilərin bölgədəki siyasəti və maraqları haqqında da yazılıb.
Soyqırım
Soyqırımı və ya genosid (yun. γένος — nəsil и lat. caedo — öldürürəm sözlərindən) – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi; kütləvi şiddət forması. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur. SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqrım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Hansı tarixi hadisələrin soyqırım, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Mədəni soyqırım
Mədəni soyqırım və ya etnosid — vəkil Rafael Lamkinin 1944-cü ildə müəyyən etdiyi soyqırımın komponenti olan konsept. Termin hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına deyilir.
Xilaskar (soyqırım)
Xilaskar — soyqırım zamanı soyqırım qurbanlarının sağ qalmasına kömək etməyə çalışan şəxs. Bir çox hallarda, bu, altruizm və/yaxud humanitarianizmdən irəli gəlir. Bu fenomenin ən yaxşı tədqiq edilmiş nümunəsi Holokost zamanı yəhudilərin xilas edilməsidir.
Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Holokost və Soyqırım İnstitutu
Holokost və Soyqırım İnstitutu — bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr olunmuş institut. 1979-cu ildə psixoloq İzrail Çarni, Şamayi Devidson, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel tərəfindən təsis edilmişdir. İnstitut 1982-ci ildə, İsrailin Təl-Əviv şəhərində Holokost və Soyqırım haqqında Beynəlxalq Konfransı keçirmişdir. Bu, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans idi və burada 300-dən çox mühazirənin keçirilməsi planlaşdırılmışdır. Buradakı bəzi mühazirələr erməni soyqırımı mövzusunda olmuşdur.
1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
21 Azər soyqırımı
21 Azər soyqırımı, Güney Azərbaycanlıların soyqırımı, vəya 12 Dekabr soyqırımı (az.-əbcəd ۲۱ آذر سویقیریمی‎, İngiliscə: 21 Azar genocide, Farsca:نسل‌کشی ۲۱ آذر) — 12 dekabr 1946 ilində (21 Azər 1325 Günəş Hicri ilində) İranın Pəhləvi rejimi tərəfindən Güney Azərbaycan xalqına qarşı törədilən bir soyqırımdır. Güney Azərbaycanda baş verən bu soyqırımda 25 min Azərbaycanlı öldürülmüş və on minlərcə insan daha yaralanmış vəya qaçqın və məcburi köçgün düşmüşdür. Pəhləvi rejimi bu cinayəti 12 dekabr 1946 dan başlayaraq Azərbaycan Milli Hökumətini aradan aparmaq bəhanəsiylə törətmişdir.
31 Mart soyqırımı
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi: Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir.
31 mart soyqırımı (film, 2014)
31 mart soyqırımı filmi rejissor Xürrəm Sultan tərəfindən 2014-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan 1918-ci ilin martında erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qətliamı tarixi faktlarla araşdırır. == Məzmun == 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bu insan qətliamını tarixi faktlarla araşdırır. Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir.
31 mart soyqırımı AXC mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Aysor soyqırımı
Aysor soyqırımı, Aysor qırğınları və ya — aysorlar arasında adətən Səyfo (arami. ܣܝܦܐ, süry. ܩܛܠܥܡܐ ܣܘܪܝܝܐ və ya süry. ܣܝܦܐ) — Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan aysorların sistematik şəkildə məhv edilməsi. Türkiyə Respublikası hadisələri sadəcə aysor-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər.
Azərbaycan soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Azərbaycanda soyqırımlar
== Həmçinin bax ==
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür. İnsan Hüquqları İnstitutunun direktroru professor Rövşən Mustafayev bildirmişdir ki, 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilib. Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir. == Tarixi araşdırmalar == Yəhudilərin çoxsaylı müraciətlərdən sonra AMEA-nın İnsan Hüquqları İnstitutu tarixi faktları, xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətləri araşdırmaq və üzə çıxarmaq istiqamətində geniş işlərə başlayıb. Nəticədə Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. R. Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib. Azərbaycanda yəhudilərin dini icmasının rəhbəri Semyon İxilov hələlik məlum olan qətlə yetirilmiş yəhudilərin siyahısını açıqlayıb və onların adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanlılara qarşı törədilən soyqırımların siyahısı
== Həmçinin bax ==
Azərbaycanlıların Soyqırımı Günü
Azərbaycanlıların soyqırımı günü — Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir. == Tarixi == Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur. Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. == Əsrin əvvəllərində soyqırımlar == 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb.
Azərbaycanlıların soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Azərbaycanlıların soyqırımı (1915)

Azərbaycanlıların soyqırımı (1988-1989)
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Azəri soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Ağdaban soyqırımı
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. == Tarixi == 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladırlar. Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi. Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.
Bakıda Xocalı soyqırımı abidəsi
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.
Ballıqaya soyqırımı (1992)
Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı. == Hadisə öncəsi == 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar. Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı. 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar. == Hadisə günü == Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir: Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır. == Soyqırım qurbanları == == Cinayət işinin açılması == Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.
Banqladeş soyqırımı (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Bosniya soyqırımı
Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır.Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.
Comərdli soyqırımı
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. == Hazırlanması == 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. == Soyqırımın tərifi == Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. === Soyqırımın subyektiv tərəfi === Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...

Значение слова в других словарях

доскочи́ть обасурма́нить обби́ть планта́ция пошурова́ть прямоуго́льничек размалёвывание вполу́ха гага́канье жре́ческий оконфу́зить оття́пываться реноме́ чуф-чу́ф anno Hegirae apologue grape-vine slobber-chops денонсировать затуманивать ложка отмахиваться прокопать рост спринт