1. SOYUQ (su haqqında) [Rübabə:] ..quyunun suyu soyuqdur.. (H.Abbaszadə); BUZ, DİŞ GÖYNƏDƏN ..həmin bu bulağın buz suyundan qurtum-qurtum içərdilər, diş göynədən sudan ləzzət alardılar (S.Rəhimov); BUZLU ..Sonra iskəncəbi ilə buzlu su içməyə və sonra qəlyan xoruldadıb qu tükü balışlarda rahat olmağa nə tez qaçırsınız? (N.Nərimanov); DİŞTÖKƏN (məc., dan.) Qəndab: ..bizim ala yaylaqlar, bizim diştökən bulaqlarımız., loğmandan da artıqdır (B.Bayramov); SƏRİN (az soyuq) Sərin çeşmələrin qaynayır gözü (N.Xəzri); BUMBUZ (dan.) (lap soyuq).
2. soyuq bax şaxta I