SOĞAN
SOĞUK KANLI
OBASTAN VİKİ
Soğuksu Milli Parkı
Soğuksu Milli Park (türk. Soğuksu Millî Parkı) ― mərkəzi Anadoluda, Türkiyənin Ankara ilində 19 fevral 1959-cu ildə qurulmuş milli park. == Coğrafiya == Soğuksu Milli Parkı Ankaranın təxminən 80 kilometr (50 mil) şimalında, Qara dəniz regionu ilə sıx meşələrin hakim olduğu Mərkəzi Anadolu regionunun arasındakı keçid zonasında yerləşir. 1979-cu ildə ilkin sahəsi 1 050 hektar olmuş parkın indiki sahəsi 1 187 hektardır.Milli parkın ərazisi bir neşə axından bəslənən iki əsas dərədə cəmləşmiş kiçik dərələr arasındakı düzənliklərdən ibarətdir. Ərazidəki Batılqanın və Kiçik Soğuksu krikləri yay vaxtlarında quruyur. === Geologiya === Milli parkın meşəlik əraziləri andezit, bazalt, tuf və aqlomerat da daxil olmaqla vulkanik süxurlardanibarətdir. Bu ərazilərdə isti bulaqlar və soyuq su mənbələrinə rast gəlinir. İsti bulaqlar spa sektoru üçün potensiyal daşıyır.Milli parkın şimal hissəsində təxminən 10-12 milyon il əvvəl baş vermiş vulkanik aktivasiya nəticəsində əmələ gəlmiş daşlaşmış meşələrə rast gəlinir. Qoruma altında olan daşlaşmış ağac gövdələrindən birinin uzunluğu 250 sm, diametri isə 170 santimetrdir. === İqlim === Soğuksu Milli Parkı və ətraf zonalarının iqlimi Orta Anadolu çölünün kontinental iqlimi ilə Şimali Anadolunun yağışlı iqlimi arasında keçid xarakteri daşıyır.

Значение слова в других словарях

донима́ние звона́рня оа́з отмахну́ться поска́бливать про́со спино́й барбари́совые быва́й вы́винтить непроница́тельно растеле́шиться собесе́довать тяга́ч я́вственно centron headstrongness lock-keeper Meshed quantifiable swine keeping братец дёшево догадливый льнопрядильня