Spagetti əjdahası kilsəsi
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət. Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər.
2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir.
Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.