spayder
spazma
OBASTAN VİKİ
Spayk (TƏİR)
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Spayk Cons
Spayk Cons (ing. Spike Jonze), doğularkən Adam Şpiqel (ing. Adam Spiegel); (d. 22 oktyabr, 1969, Rokvill, Merilend) — amerikalı rejissor, ssenari müəllifi və aktyor. == Həyatı == Cons rejissorluq karyerasına hər ikisi də Çarli Kaufman tərəfindən yazılmış "Con Malkoviç olmaq" (Being Con Malkovich, 1999) və "Adaptasiya" (Adaptation, 2002) filmləri ilə başlayıb. Daha sonra rejissoru və ssenari müəllifi özü olduğu "Bədheybət yaşayan yer" (Where the Wild Things Are, 2009) və "O" (Her, 2013) filmlərini çəkib. Spayk Cons dörd dəfə Oskar mükafatına namizəd olub. O, "Con Malkoviç olmaq" filminə görə Ən yaxşı rejissor işi kateqoriyasında, "O" filminə görə isə Ən yaxşı film, Ən yaxşı orijinal ssenari və Ən yaxşı musiqi kateqoriyalarında mükafata namizəd göstərilib. "O" filminə yazdığı ssenariyə görə 71-ci Qızıl Qlobus Mükafatında Ən yaxşı ssenari, 86-cı Oskar mükafatında isə Ən yaxşı orijinal ssenari nominasiyalarının qalibi olmuşdur. Cons; Fatboy Slim, Weezer, Beastie Boys və Byork üçün çəkdiyi video kliplər ilə də tanınır.
Spayk Li
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Spayk Şpigel
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir. Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir.
антистре́ссовый биомеха́ника и́вка ору́дование политика́нша сва́шенькин си́лою тропи́ть увеща́тель возроди́ть князь педанти́чески погну́ть разра́внивать разубежде́ние слови́нцы шала́ш обормот coyote-hole dotty on one's legs tinsel гностицизм жабо прокурор ракетница