SPİRTSİZ
SPORTÇU
OBASTAN VİKİ
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası:Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.Kamerun Kuboku:Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur.18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. == Verilişləri == Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Koton Sport FK
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası:Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.Kamerun Kuboku:Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Rai Sport 2
"Rai Sport 2" — "RAİ" şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 18 may 2010-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin "IPTV" və "Sky Italia" telekanalında da yayım olmuşdur. == Verilişləri == Telekanal "Rai Sport 1" telekanalında yayımlanan proqramları bir saat gecikdirməklə yayımlayırdı.
Renault Sport F1
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Sliedrext Sport QVK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sliedrext Sport VK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sport Express (qəzet)
Sport-Express (rus. Спорт-Экспресс) — Vladimir Kuçmi tərəfindən əsası qoyulmuş gündəlik idman qəzetidir. Rusiyanın 31 şəhəri də daxil olmaqla, həmçinin Latviya, Belarus, Ukrayna, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarında dərc edilir. Bu, Rusiyada ən çox satışı həyata keçən və gündəlik olaraq, təxminən 700,000 oxucu tərəfindən oxunan idman qəzetidir. Sport-Express 1991-ci ildən etibarən çap edilir. Həmçinin qəzet Avropa İdman Jurnalları birliyinin üzvüdür.
"Sportinq" futbol akademiyası
"Sportinq" futbol akademiyası (port. Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi. Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir. Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb. Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib. Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi. Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı. Akademiyanın ərazisi 250 min kv. metrdir. Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
CBC Sports
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Societa Sportivo Calcio Napoli
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. == Tarixi == 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
Sportinq CP FK
"Sporting CP" (port. Sporting Clube de Portugal) — Portuqaliyanın Lissabon şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == Klub 1906-cı ildə Joze Alvalade tərəfindən təsis edilmişdir. Qurucu "Sportinqin Avropanın ən böyük klubları qədər böyük olmasını istəyirik" dedi.
Sportinq Futbol Akademiyası
"Sportinq" futbol akademiyası (port. Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi. Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir. Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb. Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib. Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi. Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı. Akademiyanın ərazisi 250 min kv. metrdir. Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
Sportinq Lissabon FK
"Sporting CP" (port. Sporting Clube de Portugal) — Portuqaliyanın Lissabon şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == Klub 1906-cı ildə Joze Alvalade tərəfindən təsis edilmişdir. Qurucu "Sportinqin Avropanın ən böyük klubları qədər böyük olmasını istəyirik" dedi.
Sportinq Lissabon muzeyi
Sportinq Lissabon muzeyi — Portuqaliyanın tanınmış futbol komandası olan "Sportinq Lissabon" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzeyin açılışı 2014-cü ilin 31 avqust tarixində klubun prezidenti Antonio Dias da Kunya tərəfindən gerçəkləşdirildi. Muzey klubun ev oyunlarını keçirdiyi Joze Alvalade stadionunun birinci mərtəbəsində yerləşir. Muzeydə bir neçə mövzudan ibarət olmaqla 8 otaq fəaliyyət göstərməkdədir ki, burada Sportinq trofey adlı otaqda klubun Avropamiqyaslı turnirlərdə qazandığı 22 kubok nümayiş olunur. Ümumilikdə burada təxminən 5000 ədəd mükafat və 2000 ədəd tarixi şəkil ziyarətçilərə nümayiş etdirilir. Yeganə klubdur ki, ikinci muzeyi fəaliyyət göstərir və bu Leyriya şəhərində yerləşir. Burada yalnız klubun futbol komandasının qazandığı mükafatlar deyil həmçinin 32 idman növü üzrə fəaliyyət göstərən komandaların qazandıqları mükafatlarda ziyarətçilərə nümayiş etdirilir.Muzeyə gələn qonaqlar həmçinin stadion turuna çıxa bilərlər. Həmçinin muzeydə klubun formasını geyinmiş Jose Travassos, Alberto Akosta, Luiş Fiqu və Kriştianu Ronaldo kimi futbolçuların orijinal formaları sərgilənir.Əsas muzeyə gələn ziyarətçilər burada həmçinin 1902-ci ildə Belas klubunun qazandığı medalı görə bilər ki, onunda üzərində Sportinq klubunun orijinal loqosu təsvir olunub. Həmçinin Xoakin Aqostinyonun istifadə etdiyi velisoped, Karlos Lopezin Los-Anceles 1984 Yay Olimpiya Oyunlarında geyindiyi köynək, Antonio Livramentonun istifadə etdiyi hokkey taxtası, və 1964-cü ildə "Mançester Yunayted" üzərində qazanılmış 5–0 hesablı matçda istifade edilmiş top muzeydə sərgilənir.
Sportinq Portuqaliya BK
Sportinq Portuqaliya, 1927-ci ildə qurulan Portuqal basketbol komandasıdır. Bu, Sportinq Lissabon FK klubuna aiddir.
Sportinq Portuqaliya muzeyi
Sportinq Lissabon muzeyi — Portuqaliyanın tanınmış futbol komandası olan "Sportinq Lissabon" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzeyin açılışı 2014-cü ilin 31 avqust tarixində klubun prezidenti Antonio Dias da Kunya tərəfindən gerçəkləşdirildi. Muzey klubun ev oyunlarını keçirdiyi Joze Alvalade stadionunun birinci mərtəbəsində yerləşir. Muzeydə bir neçə mövzudan ibarət olmaqla 8 otaq fəaliyyət göstərməkdədir ki, burada Sportinq trofey adlı otaqda klubun Avropamiqyaslı turnirlərdə qazandığı 22 kubok nümayiş olunur. Ümumilikdə burada təxminən 5000 ədəd mükafat və 2000 ədəd tarixi şəkil ziyarətçilərə nümayiş etdirilir. Yeganə klubdur ki, ikinci muzeyi fəaliyyət göstərir və bu Leyriya şəhərində yerləşir. Burada yalnız klubun futbol komandasının qazandığı mükafatlar deyil həmçinin 32 idman növü üzrə fəaliyyət göstərən komandaların qazandıqları mükafatlarda ziyarətçilərə nümayiş etdirilir.Muzeyə gələn qonaqlar həmçinin stadion turuna çıxa bilərlər. Həmçinin muzeydə klubun formasını geyinmiş Jose Travassos, Alberto Akosta, Luiş Fiqu və Kriştianu Ronaldo kimi futbolçuların orijinal formaları sərgilənir.Əsas muzeyə gələn ziyarətçilər burada həmçinin 1902-ci ildə Belas klubunun qazandığı medalı görə bilər ki, onunda üzərində Sportinq klubunun orijinal loqosu təsvir olunub. Həmçinin Xoakin Aqostinyonun istifadə etdiyi velisoped, Karlos Lopezin Los-Anceles 1984 Yay Olimpiya Oyunlarında geyindiyi köynək, Antonio Livramentonun istifadə etdiyi hokkey taxtası, və 1964-cü ildə "Mançester Yunayted" üzərində qazanılmış 5–0 hesablı matçda istifade edilmiş top muzeydə sərgilənir.
Sportinq Xixon FK
Sportinq Xixon — İspaniyanın futbol klubu == Avropa kuboklarında iştirak == 6 dəfə Avropa kuboklarında iştirak edib.
Sportivnıy adası
Sportivnıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Mikoyan körfəzinin cənub-şərqində yerləşir. Bolşevik adasında 1,4 km aralıda qərarlaşır. Sportivnıy adasından 3 km şimalda İki Yoldaş adası yerləşir. == Təsviri == Ovalvari quruluşa malikdir. Cənub-şərqdən şimal-qərbə doğru uzanır. Uzunluğu 1,2 km, eni 650 m təşkil edir. Adada gözlə seçiləcək hündürlük yoxdur. Maksimal hündürlüyü 6 metrə çatır.
Sportrota
Sportrota — 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk Xüsusi təyinatlı bölməsi. == Tarixi == 1990-cı ildə Azərbaycana qayıdan və bir il sonra Naxçıvan Ali Məclisinin (o zaman Ali Sovet) sədri seçilən Heydər Əliyevin sayəsində ərsəyə gətirilən Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk hissələrindən olan xüsusi təyinatlı bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutmuş, bir çox ağır döyüş əməliyyatları keçirmişdir. O zamanadək AXCP-nin Naxçıvan MR şöbəsinin təşəbbüsü ilə apardığı pərakəndə döyüşlər məhz bundan sonra Naxçıvan Dövlət Müdafiə Komitəsinə tapşırılmış, komitənin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşmış, müdafiə gücümüz nizami ordu halını almışdı.“Sportrota” adlanan xüsusi təyinatlılara Əfqanıstanda və digər xarici dövlətlərdə hərbi təcrübələr qazanmış keçmiş əsgər və hərbi qulluqçular cəlb olunmuşdu. Bölməyə onun ilk komandiri olan uzun illər Macarıstanda hərbi xidmət göstərmiş, Səfər Əliyev rəhbərlik etmişdir. Onun müavinləri: İbrahim Əliyev (döyüş əməliyyatları üzrə), Aydın Həsənov (hərbi-siyasi məsələlər üzrə), Fəxrəddin Quliyev (hərbi əlbəyaxa döyüşü üzrə) olmuşdur. İlk əvvəl alayın tərkibi könüllülərindən ibarət olur. Sonradan Naxçıvanda Sovet Ordusuna əsgər göndərilməsi dayandırıldıqda sonra hərbi xidmət yaşına çatmış cağırışçılar da alaya cəlb etməyə başladılar.1992-ci ildə Erməni hərbi birləşmələri Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücuma keçirlər. Bu hücuma qarşı Naxçıvanın bütün əhalisi, dövlət orqanları, Xalq Cəbhəsinin könüllüləri, OMON birləşmələri mübarizə aparırlar. Döyüşlərin ən qızğın nöqtəsi Sədərək kəndi, ermənilərlə sərhəd zolağının ən yaxın təmas nöqtəsi olan Mil təpəsi idi. Bu döyüşlərdə Azər Məmmədovun başçılığı ilə OMON qüvvələri Sədərəkdə Ucubizdə, könüllülərdən ibarət batalyon Qırmızılarda, Əjdəkan və Beşbarmaqda isə Şahmərdan Cəfərov öz döyüşçüləri ilə müdafiə olunurdu.
Sports.ru
Sports.ru — Rusiya idman internet portalı. 1 dekabr 1998-ci ildən mövcuddur. Portalın baş redaktoru Yuri Dud, baş direktoru isə Dmitri Navoşadır. == Mükafatları == Sports.ru aşağıdakı internet-mükafatların sahibidir: 2000 — "İdman" nominasiyasında ilk Milli İntel İnternet mükafatının laureatı. 2002 — "2002-ci ilin İdman saytı" nominasiyasında 1-ci yer, ROTOR ++ şəbəkə müsabiqəsi. 2008 — "Sağlamlıq və istirahət" nominasiyasında Runet mükafatı. "İlin İdman saytı" nominasiyasında ROTOR 2010 müsabiqəsinin qalibi. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Vikianbarda Sports.ru ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə

агита́ция металлургия предвеща́тель ба́рмы засмо́лка ка́ссия косина́ ложка́рный однору́чный о́рдерный переги́бщица спаньё сплета́ться чебота́рский conventional radioactive debris hypothenuse manna-croup operations analysis scaly turnaround благоприобретённый конвульсия смотаться столь