SSRİ

(Sovet Sosialist Respublikaları İttifaqı) СССР (Союз Советских Социалистических Республик).
SSENARİÇİ,
STABİL
OBASTAN VİKİ
Academia (nəşriyyat, SSRİ)
"Academia" — 1921–1937-ci illərdə RSFSR, sonra SSRİ-də fəaliyyət göstərən, universitet nəzdində Sankt-Peterburq Fəlsəfə Cəmiyyətinin kitab nəşriyyatı. Klassik ədəbiyyatın yüksək keyfiyyətli nəşrləri və illüstrasiyaları ilə tanınır. Nəşriyyatla bir çox tanınmış tərcüməçi və rəssamlar əməkdaşlıq edirdi. == Tarixi == 31 dekabr 1921-ci ildə səhmlər üzrə ortaqlıq kimi qeydiyyata alınmışdır. Yarandığı andan 1929-cu ilə qədər ona Aleksandr Krolenko, sonra 1932-ci ilə qədər İlya İonov, daha sonra ev Kamenev (1934-cü ildə həbs olunana qədər), Yakov Yanson (1935-1937) rəhbərlik etmişdir. Redaksiya heyətinə S. A. Jebelev, A. A. Frankovski, N. V. Boldırev, L. P. Karsavin və başqa tarixçilər, filosoflar və ədəbiyyatşünaslar daxil idi. 1923-cü ilin sonunda nəşriyyat keçmiş işçi heyəti və muxtariyyət hüququ ilə Dövlət İncəsənət Tarixi İnstitutuna verildi. Bu dövrdə ədəbiyyat və incəsənət tarixi və nəzəriyyəsi ilə bağlı kitablar nəşr olunurdu; 1927-ci ildən “Dünya ədəbiyyatı xəzinələri” seriyası, bir qədər sonra “ Ədəbi, ictimai, bədii həyat və incəsənət abidələri ” və “ Teatr xatirələri ” nəşr olunur. "Academia" nəşriyyatında kitabların tərtibatına xüsusi diqqət yetirilirdi. "Robinzon Kruzon" və "Qulliverin səyahəti" əsərlərində Jan Qranvilin illüstrasiyalarından istifadə edilmişdir.
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
SSRİ DTK
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…"1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
SSRİ EA
SSRİ Elmlər Akademiyası ― SSRİ-nin aparıcı alimlərinin elmi fəaliyyətini əlaqələndirən, SSRİ Nazirlər Sovetinə tabe olan ali elmi müəssisə. 1925–1991-ci illərdə fəaliyyət göstərmişdir. Birbaşa varisi Rusiya Elmlər Akademiyasıdır. == Filateliyada == == Mənbə == Ю. С. Осипов. Академия наук в истории Российского государства М.: Наука, 1999 Б. С. Каганович.
SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936-1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
SSRİ Marşalları
Sovet İttifaqı Marşalı — Sovet İttifaqı ordusunda ali zabit rütbəsi. 22 sentyabr 1935-ci ildən tətbiq olunmuşdur. 26 iyun 1945-ci ildə Sovet İttifaqı Generalissimusu rütbəsi təsis edilənədək ən yüksək hərbi rütbə sayılmışdır. 1953-cü ildə yeganə Generalissimus İosif Stalinin vəfatından sonra yenidən de-fakto ən yüksək rütbəyə çevrilmişdir. Tətbiq edildiyi gündən cəmi 41 nəfər bu ali zabit rütbəsini daşımışdır.
SSRİ Prezidenti
SSRİ prezidenti (rus. Президент СССР) — 1990–1991-ci illərdə SSRİ-də dövlət başçısı vəzifəsi. Sovet İttifaqının Prezidenti vəzifəsi 15 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının III fövqəladə qurultayı tərəfindən SSRİ Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə təqdim edilmişdir. Bundan əvvəl SSRİ-də ən yüksək vəzifəli şəxs SSRİ Ali Sovetinin sədri idi. Bu vəzifəni tutan yeganə şəxs ən yüksək dövlət vəzifəsini partiya vəzifəsi ilə birləşdirən Mixail Qorbaçov olmuşdur. == Prezidentlər == Mixail Sergeyeviç Qorbaçov (15 mart 1990 – 25 dekabr 1991) vakant (25 dekabr – 26 dekabr 1991) == İstinadlar == == Xarici keçidlər == Конституция (Основной закон) Союза Советских Социалистических Республик (принята на внеочередной седьмой сессии Верховного Совета СССР девятого созыва 7 октября 1977 г.) (в редакции от 26 декабря 1990 г.).Arxivləşdirilib 2010-02-18 at the Wayback Machine Закон об учреждении поста Президента СССР.Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine. 14.03.1990. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».
SSRİ bayrağı
SSRİ bayrağı (rus. Госуда́рственный флаг Сою́за Сове́тских Социалисти́ческих Респу́блик, Gosudárstvenny flag Soyúza Sovétskikh Sotsialistícheskikh Respúblik) — SSRİ-nin 1922-ci ildən 1991-ci ilə qədər istifadə etdiyi dövlət bayrağı. Bayrağın dizaynı müxtəlif mənbələrdən götürülsə də, onun ilk forması Rusiya inqilabı zamanı yaranıb. Zamanla kommunist hərəkatının mülkiyyətinə çevrildi və bu gün müxtəlif ölkələrin kommunist partiyaları tərəfindən istifadə olunur. Bayrağın yuxarı sol hissəsində qızılı oraq və çəkic, bir az yuxarıda isə qırmızı ulduz var. Çəkic fəhlələri, oraq isə kəndliləri təmsil edir. İki simvolun birliyi həm də davamlı inqilabi ittifaqı təmsil edir. Bayrağın ilk variantı 1922-ci ilin dekabrında qəbul edilib. 1955-ci ildə bayrağın rəsmi ölçüləri əsasnamə ilə müəyyən edilmişdir. Bundan əlavə, bu tənzimləmə ilə oraq və çəkic kiçik dəyişikliklərə məruz qalıb.
SSRİ fəlsəfəsi
SSRİ-də fəlsəfə - XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30–cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
SSRİ gerbi
SSRİ gerbi (rus. Герб СССР) — 1923-cü ildə təsis olunmuşdur. == Haqqında == Sovet Sosialist Respublikaları İttifaqının gerbi fəhlə və kəndlini simvolizə edir. Gerbin üzərində Yer kürəsi, oraq və çəkic, beşguşəli qırmızı ulduz təsvir olunmuşdur. Gerbin aşağısında isə Bütün ölkələrin proletarları birləşin! şüarı yazılmışdır.
SSRİ himni
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni (həmçinin, Sovet İttifaqı Dövlət Himni; azərb-kiril. Совет Иттифагы Дөвләт Һимни) — 1944-cü ildə qəbul olunmuşdur, həmçinin Rusiya Sovet Federativ Sosialist Respublikasının da dövlət himni idi. Himnin sözlərinin müəllifləri Sergey Mixalkov və Q. El-Registandır. Himnin musiqisini Aleksandr Aleksandrov yazıb. Himndə Stalinin adı olduğu üçün 1955-1977-ci illərdə sözsüz ifa olunurdu. Bu səbəbdən 1977-ci ildə Sergey Mixalkov himnin sözlərində müəyyən dəyişikliklər etdi. Himn bəzi dəyişikliklərlə 2000-ci ildən Rusiya Federasiyasının dövlət himnidir. == Himnin sözləri (1944) == == Himnin sözləri (1977) == Союз нерушимый республик свободных, Сплотила навеки Великая Русь. Да здравствует созданный волей народов, Единый, могучий Советский Союз!Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот! Партия Ленина — сила народная, Нас к торжеству коммунизма ведёт!Сквозь грозы сияло нам солнце свободы, И Ленин великий нам путь озарил: На правое дело он поднял народы, На труд и на подвиги нас вдохновил!Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот!
SSRİ medalları
SSRİ medalları (rus. Медали СССР) — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. İlk sovet medalı "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalıdır(1920). == SSRİ medallarının növləri == SSRİ medalları bir neçə qrupa bölünür: Xüsusi fərqlənmə nişanları ("Qızıl Ulduz" medalı, "Oraq və Çəkic" medalı); Əmək xidmətlərinə görə təltif etmək üçün ("Əmək igidliyinə görə" medalı, Əməkdə fərqlənməyə görə" medalı, "Əmək veteranı" medalı); SSRİ-nin müdafiəsində xidmətlərə və digər hərbi xidmətlərə görə təltif etmək üçün ("İgidliyə görə" medalı, Uşakov medalı, "Döyüş xidmətlərinə görə" medalı, Naximov medalı, I və II dərəcəli "Vətən müharibəsi partizanına" medalı və s.); SSRİ-nin müxtəlif xalq təsərrüfatı vəzifələrinin həyata keçirilməsində xidmətlərə görə təltif etmək üçün ("Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı, "Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı, "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı və s); Çoxuşaqlılığa və uşaqların tərbiyə etdiyinə görə anaları təltif etmək üçün (I və II dərəcəli Analıq medalı); Vətəndaşlıq və qulluq borcunu yerinə yetirərkən göstərilən xidmətlərə görə təltif etmək üçün ("İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı, "Yanğın zamanı igidliyə görə" medalı, "Suda boğulanları xilas etməyə görə" medalı); Böyük Vətən müharibəsi dövründə, şəhərlərin və ərazilərin müdafiəsində, alınmasında və azad edilməsində xidmətlərə və fərqlənməyə görə təltif etmək üçün ("Leninqradın müdafiəsinə görə" medalı, "Moskvanın müdafiəsinə görə" medalı, "Odessanın müdafiəsinə görə" medalı, "Stalinqradın müdafiəsinə görə" medalı, "Sevastopolun müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Yaponiya üzərində qələbəyə görə" medalı, "Berlinin alınmasına görə" medalı, "Varşavanın azad edilməsinə görə" medalı və s.); SSRİ xalqlarının tarixində mühüm yubileylərlə əlaqədar olaraq təltif etmək üçün ("1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı və s.). == SSRİ medallarının statusu == Medallar sol döşə ordenlərdən sonra taxılır; "Qızıl Ulduz" medalı və "Oraq və Çəkic" medallarından və başqa medallardan yuxarı taxılır; I və II dərəcəli Analıq medalı ordenlərdən və digər medallardan sola, və yaxud onlardan aşağı taxılır. Medalların əvəzinə təsdiq olunmuş rəngdə lent taxmaq olar. == SSRİ medallarının siyahısı == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ].
SSRİ ordusu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918-1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı.Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi.. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bakının şimal girişində “11-ci Qırmızı Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N.Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. N.Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.
SSRİ rublu
SSRİ rublu — Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1923-cü ildən 26 dekabr 1991-ci ilədək pul vahidi. RSFSR-in birinci rublları 1919-cu ildə kredit biletləri kimi buraxılıb. SSRİ əskinazlarının çoxunun dizaynını rus qravyoru və rəssamı İvan Dubasov işləyib. SSRİ-də 1924-cü ildən 1991-ci ilədək 10 rubladək olan pul nişanları Dövlət xəzinə biletləri, 10 rubldan yuxarı nominallar isə — SSRİ Dövlət Bankı biletləri adlanırdı. 1991-ci ildən sonra isə bütün əskinazlar SSRİ Dövlət Bankı biletləri adlanmağa başladı. 1 yanvar 1961-ci ildə SSRİ-də pul islahatından sonra 1 rubl 0,987412 qram qızıla bərabər götürülürdü, ancaq bunu etmək mümkün deyildi. SSRİ-nin dağılmasından sonra rubl tədricən dövriyyədən çıxmağa başladı. SSRİ rublunu dövriyyədən çıxaran ən sonuncu ölkə Tacikistan oldu (10 may 1995-ci il). == SSRİ rublları 1961–1991-ci illər == == SSRİ-nin 15 müttəfiq respublikalarının dillərində rublun adları == == Mənbə == SSRİ sikkələrinin kataloq və qalereyasıArxivləşdirilib 2013-01-26 at the Wayback Machine SSRİ-nin birinci rublları (1923-cü il).
SSRİ tarixi
SSRİ tarixi (rus. История СССР) - 1922-1991-ci illərdə mövcud olmuş SSRİ dövlətinin tarixi. == 1922-1953-cü illər == == 1953-1985-ci illər == == 1985-1991 == 11 mart 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Birinci katibi vəzifəsinə Mixail Qorbaçov təyin olunur 24 fevral 1985-ci il, M.Qorbaçov Rusiya Federasiyası Ali Sovetinə və yerli sovetlərə seçkilərdə səs verir. 2 həftədən sonra Sov.İKP Siyasi Bürosunun üzvü olan Qorbaçov Baş katib seçilir. 19 noyabr 1985-ci ildə İsveçrədə M.Qorbaçov Cenevrə sammitində ilk dəfə olaraq ABŞ prezidenti Ronald Reyqanla görüşür. Ardınca 25 fevral, 1986-cı ildə Kommunist Partiyasının 27-ci qurultayında Qorbaçov aşkarlıq siyasətini elan edir. 2 aprel, 1986-cı ildə Yakutskda yerli yakutlarla miqrant rusiyalılar arasında toqquşma baş verir. Bu münaqişə Qorbaçov hakimiyyətə gələndən sonra etnik zəmində ilk münaqişə sayılır. 26 aprel, 1986-cı ildə partlayış nəticəsində Çernobıl atom elektrik stansiyası tamamilə dağılır. 16 dekabr, 1986-cı ildə məşhur dissident Andrey Saxarov ev dustaqlığından azad olunur, onun Qorki sürgünündən Moskvaya qayıtmasına icazə verilir.
Avqust qiyamı (SSRİ)
Avqust qiyamı (rus. А́вгустовский путч) — 18 – 21 avqust 1991-ci ildə SSRİ-də baş vermiş hadisələr. Hadisələr bir qrup sol kommunist dövlət adamlarının Mixail Qorbaçovu devirmək istəməsiylə başladı və 3 gün davam etdi. Çevriliş uğursuzluqla bitdi və həm Sovet Sosialist Respublikaları İttifaqının həm də Sovet İttifaqı Kommunist Partiyasının sonunu gətirdi.
Elm (nəşriyyat, SSRİ)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. == Tarixi == Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Ordu generalı (SSRİ)
Ordu generalı — SSRİ-də Ali hərbi rütbə. SSRİ-də bu rütbəni ilk dəfə Georgi Jukov alıb. == SSRİ ordu generalları == 1. Georgi Jukov 2. Kirill Meretskov 3. İvan Tyulenov 4. İosif Apanasenko 5. Dmitri Pavlov 6. Nikolay Vatutin 7. Rodion Malinovski 8.
SSRİ Arxitektorlar İttifaqı
SSRİ Arxitektorlar İttifaqı və ya Sovet Memarları İttifaqı — SSRİ arxitektorlarını birləşdirən ictimai təşkilat.
SSRİ Bəstəkarlar İttifaqı
SSRİ Bəstəkarlar İttifaqı (rus. Союз композиторов СССР)— SSRİ bəstəkarlarının və musiqişünaslarının vahid yaradıcılıq ittifaqı. 1957-ci ilədək SSRİ Sovet Bəstəkarları İttifaqı adlanırdı. ÜİK(b)P MK-sının 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarına əsasən yaradılımışdı. 1948-ci ilədək təşkilata Təşkilat Komitəsi rəhbərlik edirdi. Bəstəkarlar İttifaqının ilk qurultayı 19 aprel—25 aprel 1948-ci ildə Moskvada keçirilib. İlk sədri bəstəkar Boris Asafyev seçilmişdi.
SSRİ Dövlət Mükafatı
SSRİ Dövlət Mükafatı (1967—1991) — 1966-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən təsis edilmiş və hər il verilən dövlət mükafatı.
SSRİ Elmlər Akademiyası
SSRİ Elmlər Akademiyası ― SSRİ-nin aparıcı alimlərinin elmi fəaliyyətini əlaqələndirən, SSRİ Nazirlər Sovetinə tabe olan ali elmi müəssisə. 1925–1991-ci illərdə fəaliyyət göstərmişdir. Birbaşa varisi Rusiya Elmlər Akademiyasıdır. == Filateliyada == == Mənbə == Ю. С. Осипов. Академия наук в истории Российского государства М.: Наука, 1999 Б. С. Каганович.
SSRİ Jurnalistlər İttifaqı
SSRİ Jurnalistlər İttifaqı — SSRİ-də kütləvi informasiya vasitələrində çalışanların ictimai təşkilatı. 1959-cu ildə Aleksey Acubeyin təşəbbüsü ilə yaradılıb.
SSRİ Kinematoqrafçılar İttifaqı
SSRİ Kinematoqrafçılar İttifaqı — SSRİ kinematoqrafçılarını birləşdirən ictimai təşkilat. 1965-ci ilin noyabrında təsis qurultayında yaradılıb, təşkilat komitəsi 1957-ci ildə yaradılımışdı.
"Aleksandr Nevski" ordeni (SSRİ)
Aleksandr Nevski ordeni — Böyük Vətən müharibəsi dövrləri üçün sovet mükafatı. Ordunun təşkilində yüksək nailiyyətlər əldə etdiyinə görə və Vətən uğrunda döyüşlərdə göstərdiyi görkəmli xidmətlərinə görə Qızıl ordu zabitlərinə verilən bu mükafat Suvorov və Kutuzov ordeni ilə birlikdə 29 iyul 1942-ci il tarixli Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Həmçinin bax == Müqəddəs Aleksandr Nevski ordeni Aleksandr Nevski ordeni (Rusiya) Указ Президиума Верховного Совета СССР "Об учреждении военных орденов: Ордена Суворова, первой, второй и третьей степени, Ордена Кутузова, первой и второй степени и Ордена Александра Невского" от 20 июля 1942 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 5 августа (№ 30 (189)). — С. 1.
"Beynəlmiləlçi döyüşçüyə" döş nişanı (SSRİ)
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı (SSRİ)
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı — SSRİ Ali Sovetinin 28 oktyabr 1974-c2 il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Qüsursuz xidmətə görə" medalı (SSRİ)
"Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)
"Qırmızı əmək bayrağı" ordeni — SSRİ ordeni.
"Qızıl Ulduz" medalı (SSRİ)
"Qızıl Ulduz" medalı — SSRİ Ali Sovetinin 1 avqust 1939-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Sovet İttifaqı Qəhrəmanlarına təqdim olunurdu.
"SSRİ Silahlı Qüvvələri veteranı" medalı
"SSRİ Silahlı Qüvvələri veteranı" medalı — SSRİ Ali Sovetinin 20 may 1976-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 18 dekabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - SSRİ Ali Sovetinin 26 dekabr 1967-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 28 yanvar 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı" medalı — 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin 70 illik yubileyi münasibətilə təsis olunmuşdur.
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı — SSRİ Ali Sovetinin 13 iyul 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
"İgidliyə görə" medalı (SSRİ)
"İgidliyə görə" medalı — SSRİ-nin dövlət təltifi.
1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ)
"Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
1966-cı il futbol üzrə SSRİ çempionatı
1966-ci il futbol üzrə SSRİ çempionatı — SSRİ-nin 28-ci futbol çempionatı olmaqla, 1966-ci ilin 10 aprel — 30 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. == "А" dəstəsi == === Birinci qrup. ===
1967-ci il futbol üzrə SSRİ çempionatı
1967-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 29-cu futbol çempionatı olmaqla, 1967-ci ilin 2 aprel — 4 dekabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin «Dinamo» komandası olmuşdur. == «А» dəstəsi == === Birinci qrup. Yekun cədvəl === Sonuncu — 19-cu yeri tutmuş Leninqradın «Zenit» komandası "Oktyabr inqilabının 50- illiyi şərəfinə" adı ilə (inqilabın 50-ci ildönümü həmin ilə təsadüf etmişdir), idman prinsiplərinə zidd olaraq «А» qrupunda saxlanılmış və 1968-ci il üçün güclülər dəstəsindəki komandaların sayı 20-yə çatmışdır.
1968-ci il futbol üzrə SSRİ çempionatı
1968-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 30-cu futbol çempionatı olmaqla, 1968-ci ilin 28 mart — 17 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. Əvvəlki çempionatda, güclülər dəstəsində sonuncu — 19-cu yeri tutmuş Leninqradın "Zenit" komandası, Oktyabr inqilabının 50-ci ildönümünün həmin ilə təsadüf etməsi ilə əlaqədər, idman prinsiplərinə zidd olaraq "А" qrupunda saxlanıldığından 1968-ci il çempionatında güclülər dəstəsində komandaların sayı əvvəlki illə müqayisədə bir dənə artaraq 20-yə çatmışdır. == "А" dəstəsi == === Birinci qrup. ===
1977-ci il SSRİ Konstitusiyası
1977-ci il SSRİ Konstitusiyası — 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin əsas qanunu. 1936-cı il SSRİ Konstitusiyasını əvəz etdi. Konstitusiya birpartiyalı siyasi sistemi təsbit etdi və tarixə «inkişaf etmiş sosializm konstitusiyası» kimi düşdü. 1977-ci ildən etibarən bu konstitusiyanın qəbul edildiyi gün olan 7 oktyabr günü Sovet Konstitusiyası Günü kimi qeyd olunur.
2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ)
"Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ)
"Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
5-ci tank ordusu (SSRİ)
5-ci tank ordusu — SSRI SQ-nin tərkibində hərbi əməliyyat birliyi. == 1-ci formalaşması tarixi == 5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər. == Döyüşlərdə iştirakı == 16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. 15 iyul 1942-ci il Ali Baş Komandanlığının № 170511 Direktivinə əsasən 17 iyul 1942-ci ildə dağıdılmış ordunu Ali Baş Komandanlığın ehtiyyatına göndərildi. == 2-ci formalaşması tarixi == 5-ci tank ordusunun 2-ci formalaşması Ali Baş Komandanlığının 30 avqust 1942-ci Direktivinə əsasən, 3 sentyabr 1942-ci ildə formalaşmışdır AEH-nən yaradıldı. Onun tərkibinə 1-ci, 2-ci, 26-cı tank korpusları, 119-cu atıcı diviziya və bir neçə ayrı birləşmələr daxil idi. == Döyüşlərdə iştirakı == 22 sentyabr 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatılmışdır,26 dekarbda 2-ci dəfə formalaşmış Cənub-Qərb cəbhəsinin tabeçiliyinə verilib və onun tərkibində Stalinqrad döyüşündə (17 iyul 1942 - 2 fevral 1943) iştirak edib. 1943-cü ilin yanvar-fevral aylarında Donbass istiqaməti tərəfinə irəliləyərək, ordunun hissələri Morozovsk (5 yanvar), Taçinski (15 yanvar), Kamensk-Şaaxtinski (13 fevral), Krasnı Sulin (14 fevral) şəhərlərin azad edilməsində iştirak etmişlər.
6-cı tank ordusu (SSRİ)
6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu. == Döyüşlərdə iştirakı == Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ploeşti şəhərlərini ələ keçirtdilər. 31 avqusda 5-ci mexanikləşdirilmiş korpus 18-ci tank korpusu və 53-cü ordunun digər birləşmələri ilə birlikdə Rumıniyanın paytaxtı Buxarest şəhərinə daxil oldular. Sentyabrın əvvəlində 1944-cü ildə 6-cı tank ordusu qərbə yönəlib Alp dağlarını dəf edib, Kluj şəhərinə istiqamətdə hücumu inkişaf etdirdilər. 12 sentyabr 1944-cü ildə Vətən uğrunda döyüşlərdə şəxsi heyətinin görsətdiyi cəsarət və qəhrəmanlıqlarına görə 6-cı tank ordusu 6-cı tank qvardiya ordusuna çevrilmişdir.
Aleksandr Nevski ordeni (SSRİ)
Aleksandr Nevski ordeni — Böyük Vətən müharibəsi dövrləri üçün sovet mükafatı. Ordunun təşkilində yüksək nailiyyətlər əldə etdiyinə görə və Vətən uğrunda döyüşlərdə göstərdiyi görkəmli xidmətlərinə görə Qızıl ordu zabitlərinə verilən bu mükafat Suvorov və Kutuzov ordeni ilə birlikdə 29 iyul 1942-ci il tarixli Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Həmçinin bax == Müqəddəs Aleksandr Nevski ordeni Aleksandr Nevski ordeni (Rusiya) Указ Президиума Верховного Совета СССР "Об учреждении военных орденов: Ордена Суворова, первой, второй и третьей степени, Ордена Кутузова, первой и второй степени и Ордена Александра Невского" от 20 июля 1942 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 5 августа (№ 30 (189)). — С. 1.
Azərbaycan Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan — ilk dəfə Yay Olimpiya Oyunlarında 1952-ci ildə SSRİ Komandasının tərkibində iştirak etdi. Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 5 idmançı ilə təmsil olundu. Azərbaycan 1952 Yay Olimpiya Oyunlarında 1 gümüş medal qazandı. Həmin gümüş medalı Rəşid Məmmədbəyov qazandı.

Digər lüğətlərdə

втрамбо́вываться кёрлинг крольчо́нок наце́пка по-ове́чьи разли́вщица разноречи́вый токсеми́я толи́ка верстово́й гава́йка кре́йсерский неви́данно озли́ть ска́жет! ass-headed big-name dactylioglyph deregulation flower-bud futile horseflesh голографический запечатлевать полином