STADİON

[yun.] стадион (спортдин къугъунар патал майданар, чукурунардай рекьер, ва тамашачияр патал элкъвей трибунаяр авай эцигунрин комлекс).
STABİLLİK
STAXANOVÇU
OBASTAN VİKİ
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Camp Nou (stadion)
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Stadion
Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir. İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir. 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb. Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq. Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
Nef Stadion
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Panatinaikos (stadion)
Panatinaikos stadionu— 1896-ci ildə ilk müasir Olimpiya Oyunlarının keçirildiyi Afinada yüngül atletika və bir çox başqa yarışlar üçün istifadə olunan çoxməqsədli stadiondur. Qədim Yunan stadionun qalıqlarından yenidən bərpa olunmuş Panatinaikos dünyada yeganə böyük stadiondur ki, tikilməsində bütünlüklə ağ mərmərdən istifadə olunmuşdur və bu stadion dünyanın ən qədim stadionlarından biridir. Qədim dövrlərdə stadionun yerləşdiyi ərazi İlahə Afinanın şərəfinə Panatinaikos Oyunlarının atletika növünü keçirmək üçün istifadə olunurdu. Həmin vaxtlarda stadionda taxta oturacaqlar var idi. E.ə 329-cu ildə stadion arxont Lycurgus tərəfindən mərmərlə yenidən tikilib, bundan 140 il sonra İrodun Atticus tərəfindən stadion yenidən qurulmuş və genişləndirilmişdir. Nəticədə, stadionda oturacaqların sayı 50000-ə çatmışdır. Olimpiya Oyunlarının yenidən dirçəlməsi üçün Evangelis Zappasın vasaiti hesabına qədim tikilinin qalıqları qazılıb çıxarılaraq təmir olunub. Zappas 1870-1875-ci illərdə baş tutmuş olimpiadalara sponsurluq etmişdir. 1895-ci ildə stadion xeyriyyəçi Corc Averoffun maliyyə yardımı ilə 1896-cı il Olimpiya Oyunlarına görə ikinci dəfə təmir olunub. Giriş qapısında indinin özündə də orda qalan mərmər sütünlar memarlar Anastasios Metaksas və Ernst Zillerin konstruksiyaların əsasında hazırlanmışdır.
Mərkəzi Stadion (Yekaterinburq)
Yekateriburqun Mərkəzi Stadionu və yaxud Yekaterinburq Arena – Rusiyanın şəhəri Yekaterinburqda yerləşən stadiondur. Ural öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 35696 nəfərdir, lakin mundial keçirildikdən sonra azaldılaraq 23000 ediləcək. Stadion 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edən 12 stadiondan biridir. Bundan əlavə, həmin 12 stadionun içində ən şərqdə yerləşən stadiondur. Həmçinin, Rusiyanın Asiya hissəsində mundialın oyunlarının keçirildiyi tək stadion idi. Stadion 1957-ci ildə tikildi. Daha əvvəl də şəhərin bu ərazisində müxtəlif idman obyektləri var idi: 1900-cu ildən - Velodrom, 1928-ci ildən Regional Stadion, 1936-cı ildən "Şərqin metallurqu" stadionu buna bariz nümunədir. Stadionda minlərlə idman və əyləncə tədbirləri təşkil edildi. Açılışından bir il sonra, stadion sürətli konki idmanı üzrə dünyada ən önəmli arenalardan birinə çevrildi.
Rays-Ekkls (stadion)
Rays-Ekkls stadionu — Solt-Leyk-Siti şəhərinin Yuta Universitetində yerləşir . Rays- Ekkls , 2002 Qış Olimpiadalarının əsas stadionu idi. Stadion 2002-ci Qış Paralimpiya Oyunlarına və 2005-ci ildən 2008-ci ilədək MLS Real Solt Leyk komandasına ev sahibliyi etdi. Solt-Leyk-Siti , 1995-ci ilin iyun ayında Qış Olimpiya Oyunlarına layiq görüldükdə, Solt-Leyk-Sitidəki ən böyük açıq stadionun Rays Stadionunun əsas stadion olaraq xidmət etməməsi aydın oldu. 1996-cı ildə idman direktoru Kris Hill, Rays Stadionunun Olimpiya standartlarına uyğun olacağı yeni bir quruluşa çevrilməsi planlarını açıqladı. İlkin olaraq müəssisəni tamamilə əsaslandırmaq üçün üç il vaxt keçirməsi gözlənilirdi. 1997-ci ildə Yuta şagirdi və Yutanın ən böyük bankı olan ing. First Security Corporation (indi ing. Wells Fargo hissəsi) sədri Spenser Ekkls, George S. və Dolores Dore Ekkls Fondu layihəyə 10 milyon dollar bağışlayacağını açıqladı. Bu hədiyyə sayəsində universitet Ekkls ailəsindən 1972-ci ildə Rays Stadionuna orijinal yeniləmə layihəsini maliyyələşdirən Robert L. Rays ilə birlikdə George Ekkls adını stadiona əlavə etmək üçün icazə aldı}} .
Rays- Ekkls(stadion)

Rays - Ekkls (stadion)

SKA SKVO (stadion)
«SKA SKVO» stadionu — Rostov-na-Donu şəhərində yerləşən stadion. Stadion 1971-ci ildə inşa edilmişdir. Bu zaman onun oturacaq sayı 27300 nəfər üçün planlaşdırılmışdır. Stadionda SKVO FK öz ev oyunlarını keçirir. Stadionun tikintisinə 1960-cı illərdə general-polkovnik Altuninin rəhbərliyi altında başlanılmışdır. Bu kompleksə ümumi oturacaq sayı 33 min olan stadion, yüngül atletika qurğuları olan ərazi, su-idman kompleksi və idman meydançaları. Əsas arena və ümumilikdə kompleks 1971-ci ildə tsn istismara verilir. Kompleksin tam layihələnməsini «Voenproekt» gerçəklənmişdir. 2007-ci ilin fevralında stadion yenidən bərpa edilir. Şərq və qərb tribunaları yenidən təmir olunmuşdur (aşağı oturacaqlar, VIP-loja).
Anatoli Banişevski adına stadion
Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 7,500 nəfərdir. "Viləş Masallı" FK ev oyunlarını bu stadionda keçirir.
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Heydər Əliyev adına stadion
Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionu — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur. "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib. İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Ümummilli lider Heydər Əliyevin adını daşıyır. "İmişli şəhər stadionundan - FOTOREPORTAJ" (az.). https://futbolpress.az/. 05.12.2022 tarixində arxivləşdirilib. Emil Nəsirov. "Bakıdan Ağdama qədər: Azərbaycanın futbol arenaları – VİDEO" (az.).
Mixail Mesxi adına stadion
Mixail Mesxi adına stadion (gürc. მიხეილ მესხის სახელობის სტადიონი) — Gürcüstanın Tbilisi şəhərində yerləşən və "Lokomotiv Tbilisi" klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion futbol və reqbi üzrə yarışları qəbul edə bilir. "Lokomotiv Tbilisi" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Futbol üzrə Gürcüstan yığması da bəzən ev oyunlarını burada keçirir. Stadion milliyətcə gürcü, məşhur sovet futbolçusu Mixail Mesxinin şərəfinə adlandırılıb. Stadion Gürcüstanda böyüklüyünə görə ikincidir, birincilik isə həmçinin Tbilisidə yerləşən Boris Payçadze adına Dinamo Arenaya məxsusdur, onun tutumu 55 min tamaşaçı həcmindədir.
Ramaz Şengeliya adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Yaşar Məmmədzadə adına stadion
Yaşar Məmmədzadə adına stadion — Mingəçevir şəhərində fəaliyyət göstərən idman obyekti. 1953-cü ildə tikilib. Tutumu 5,000 nəfərdir. Mingəçevir FK ev oyunlarını bu stadionda keçirir. 2010-cu ildə əsaslı təmir edilmişdir Mingəçevir şəhərində fəaliyyət göstərən futbol stadionu şəhid — Yaşar Məmmədzadənin adını daşıyır. Yaşar Məmmədzadə adına stadionda şəhidin büstü yerləşdirilib.
İsmət Qayıbov adına stadion
İsmət Qayıbov adına stadion - Bakıda Bakıxanov qəsəbəsində Dövlət Neft Şirkətinin balansında olan stadion. Stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb. İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilir. Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletika və voleybolla məşğul olurlar. Neftçi və Qaradağ Lökbatan klubları da bir müddət ev oyunlarını bu stadionda keçiriblər.
Şövkət Orduxanov adına stadion
Şövkət Orduxanov Stadionu — Qusar şəhərində yerləşən stadion. Şahdağ Qusar futbol klubu ev oyunlarını burada keçirir. Stadion Olimpiya stadionudur. Tamaşaçı tutumu 4,000 nəfərdir..
Əhməd Kadırov adına stadion
Əhməd Kadırov adına stadion — Çeçenistanın əsas idman arenası. Stadionun açılışında dünya yığması ilə Çeçenistan prezidenti Ramzan Kadırovun rəhbərlik etdiyi "Qafqaz" komandası arasında yoldaşlıq görüşü keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 5:2. Futbolçular hər biri 30 dəqiqədən ibarət 2 hissə oynayıblar. Dieqo Maradonanın kapitanlıq sarğısı daşıdığı dünya yığmasının heyətində Luiş Fiqu, Roberto Ayala, İvan Samorano, Alen Boqossyan, Stiv Makmanaman, Franko Barezi və digər məşhur futbolçular yer alıb. Robbi Fauler və Fabyen Bartez kimi əfsanəvi oyunçular isə Qroznıya gəlsələr də, meydançaya çıxmayıblar. "Qafqaz" komandasında Rusiyanın müxtəlif regionlarından olan futbolçular, habelə məmurlar çıxış edib. Qapını Rinat Dasayev qoruyub. Hesabı 13-cü dəqiqədə İvan Samorano açıb. 5 dəqiqə sonra Dieqo Maradona meydan sahiblərini ikinci dəfə məyus edib.
Joao Avelanj adına Olimpik stadion
Joao Avelanj adına Olimpik stadion (port. Estádio Olímpico João Havelange) — Braziliyanın ən böyük beşinci stadionudur. Rio-de-Janeyro şəhərində yerləşir. Braziliyalı sabiq FİFA prezidenti Joao Avelanjın adını daşıyır. Tamaşaçı tutumu 60,000 nəfərdir. "Botafoqo" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı ilk dəfə 2007-ci ildə olmuşdur. Olimpiya standardlarına uyğunlaşdırıldıqdan sonra 2016-cı ildə yenidən açılışı olmuşdur.
Nilton Santos adına Olimpik stadion

Azərbaycan futbol stadionlarının siyahısı
Azərbaycan futbol stadionlarının siyahısı:
Azərbaycan stadionlarının siyahısı
Azərbaycan futbol stadionlarının siyahısı:
Ağsu şəhər stadionu
Ağsu şəhər stadionu — Azərbaycanın Ağsu şəhərində yerləşən futbol stadionu. Açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir. "Ağsu" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Bakı Milli Stadionu
Bakı Olimpiya stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. 650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandasıdır. Stadion İyun, 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir.
Bakı Olimpiya Stadionu

Barradao stadionu
Barradao stadionu (port. Estádio Manoel Barradas) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,632 nəfərdir. "Vitoria" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı 1989-cu ildə olmuşdur.
Bayıl stadionu
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb. ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. 100-cü matç: 13.05.2013.
Berlin Olimpiya Stadionu
Berlin Olimpiya stadionu (alm. Olympiastadion) — Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən futbol və atletika stadionu. 1934-cü ildə alman memarı Albert Şpeerin dizaynı əsasında stadionun əsası qoyulmuşdur . 1936-cı ildə Berlin olimpiya oyunlarına və 1974-cü ildə Dünya çempionatına ev sahibliyi edən stadionda 2006-cı ildə Dünya çempionatının finalı keçirilib. Herta Berlin stadionda ev oyunlarını keçirir və tutumu 74.064 nəfərdir 2004-cü ildə stadion müasirləşdirilmişdir. Yenilən stadionda ilk baş tutan oyun 1 avqust 2004-cü ildə Herta Berlin-Beşiktaş olub. 1985-ci ildən Almaniya kubokunun finalları bu stadionda keçirilir. Həmçinin stadion hər ili 6 Avropa şəhərinində keçirilən Dünya Qızıl Liqası atletika oyunlarının Berlin mərhələsinə ev sahibliyi edir.
Beyra-Rio stadionu
Beyra-Rio stadionu (port. Estádio José Pinheiro Borda) — Braziliyanın Porto Aleqre şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 50,128 nəfərdir. "İnternasional" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı 6 aprel 1969-cu ildə olmuşdur. Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Beşiktaş İnönü Stadionu
Beşiktaş İnönü Stadionu - Türkiyənin "Beşiktaş" klubunun ev oyunlarını oynadığı stadion. Tutumu 32 min nəfərdir. Memarları Şinasi Şahingiray, Vietti Violi, və Fazıl Aysudur. Əvvəlki adları Mithatpaşa, Dolmabahçe olub. Stadionun adı ilk Türkiyənin baş naziri İsmət İnönünün adı ilə bağlıdır. Stadionun son təmiri 2004-ci ildə aparılmışdır.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Birlik Stadionu (Edmonton)
Birlik Stadionu (ing. Commonwealth Stadium) — Kanadanın Alberta əyalətində yeləşən çox məqsədli bir stadion. Kanadanın ən böyük açıq hava stadionu halına gələn 56.302 oturacaq tutumuna malikdir. Əsasən Kanada futbolu üçün istifadə olunur, lakin həm atletika həm də reqbi birliyi, eləcə də konsertlər üçün istifadə edilə bilər. Tikinti 1975-ci ildə başlayıb və 1978-ci ildə Birlik oyunları ərəfəsində açılıb. Bu səbəbdən arenaya Birlik Oyunları adı verilmişdir. 1983 Yay Universiadası ərəfəsində onun tutumu 60 081 nəfərə çatanda əhəmiyyətli dərəcədə genişlənmişdir. Futbol turnirlərinə Kanada Milli Futbol Komandası ilə 9-cu FİFA Dünya Kuboku seçmə mərhələsi, Kanada Kubokunun iki versiyası, 1996 CONCACAF Kişilər Olimpiya Oyunları öncəsi turniri, 2002 FİFA U-19 Qadınlararası Dünya Çempionatı, 2007 FİFA U-20 Dünya Kuboku, 2014 FİFA U-20 Qadınlararası Dünya Kuboku və 2015 FİFA Qadınlararası Dünya Kuboku daxildir. Edmonton FK, 2011-2013-cü illərdə Kanada Çempionatları matçlarını Birlik Stadionunda keçirildi. Stadion, eyni zamanda, Kanadanın Meksika və Amerika Birləşmiş Ştatları ilə birlikdə ev sahibliyi edəcəyi 2026 FİFA Dünya Kuboku üçün potensial sahə olaraq siyahıya alındı.
Blumfeld stadionu
Blumfild — (ivr. ‏אצטדיון בלומפילד‏‎, ing. Bloomfield Stadium) Təl-Əvivdə stadion 1962-cı ildə inşa olunan “Blumfild” stadionu 29400 tamaşaçı tutur. Bney Yehuda Tel-Əviv 2004-cü ildən etibarən ev oyunları bu stadionda keçirir. Bu klubdan əlavə Tel-Əvivin digər iki komandası - İsrail futbolunun nəhəngləri Makkabi Tel-Əviv və "Hapoel Tel-Əviv" də rəqiblərini bu arenada qəbul edirlər.
Blumfild stadionu

Braziliya stadionlarının siyahısı
Braziliya stadionlarının siyahısı — aşağıdakı cədvəldə göstərilmişdir. Bu siyahıya 30 mindən çox tamaşaçı tutumuna malik stadionlar daxil edilmişdir. Qalın şriflə fərqləndirilən stadionlar bu ölkədə keçirilmiş 2014 FİFA Dünya Kubokunda istifadə olunmuşdur.
Bunyodkor stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Buzferri Park stadionu
"Buzferri Park" stadionu (ing. Boothferry Park) — İngiltərənin Kinqston-apon-Hall şəhərində fəaliyyət göstərmiş stadion. "Hall Siti"nin doğma meydanı idi. Hazırda mövcud deyil. 1946-cı ildə açılmışdır. 2002-ci ildə "Hall Siti" daha müasir arenaya keçdikdən sonra 15 min yerlik "Buzferri Park" stadionu tərk edildi. Stadion bir müddət baxımsız vəziyyətdə qaldıqdan sonra yerində supermarket tikilmişdir. "A History of Boothferry Park". Hull City A.F.C. 13 February 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 June 2016.
Bərdə şəhər stadionu
Bərdə şəhər stadionu — Bərdə şəhərində fəaliyyət göstərən idman obyekti.
Denden stadionu
Denden stadionu (ing. Denden Stadium) — Eritreyanın Əsməra şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. 1968-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Dinamo stadionu (Minsk)
Dinamo stadionu (belar. Стадыён Дынама) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən çoxməqsədli stadion. Stadionda hazırda yenidənqurma işləri davam edir. Əvvəllər bu stadion əsasən futbol qarşılaşmaları üçün istifadə olunurdu və Dinamo Minsk, Minsk, həmçinin Belarus milli futbol komandasına ev sahibliyi etmişdir. Rəsmi olaraq stadionun tutumu 40,000 nəfər göstərilsə də, 1990-cı illərin ortalarında təhlükəsizlik məqsədləri üçün stadionun yuxarı hissəsi ləğv olunmuş və azarkeş tutumu 34,000 nəfərə qədər azaldılmışdır. Dinamo stadionu ilk dəfə 1934-cü ildə konstruksiya olunmuş və fəaliyyətə başlamışdır. Sonradan, 1939-cu ildə ilkin yenidənqurma işləri nəticəsində stadionun tutumu artırılmışdır. Stadion İkinci dünya müharibəsi illərində dağıntılara məruz qalmış, yalnız müharibə başa çatdıqdan sonra 1947-1954-cü illəri aralığında təmir olunmuşdur. 1978-1980-ci illər aralığında 1980 Yay Olimpiya Oyunları məqsədilə bir daha təmir olunan stadion, 2012-ci ilin oktyabr ayında növbəti dəfə təmir işləri məqsədilə müvəqqəti olaraq qapadılmışdır. Stadionun Minsk şəhərində baş tutacaq 2019 Avropa Oyunlarına qədər tam hazır olacağı gözlənilir.
Dinamo stadionu (Ufa)
«Dinamo» — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən futbol stadionu. Stadion Ufa şəhəri, Marl Marks küçəsi, 2 ünvanında yerləşir. Stadion keçmiş Uşakov parkı yerində inşa edilmişdir. Onun tkintisinə 1930-cu ildə başlanılmışdır. Rəsmi açılış isə 6 may 1936-cı ilə təsadüf edir. Sovet dönəmində stadionun adı dəfələrlə dəyişdirilmişdir. Adətən çətin tələffüz edilən adlar qoyulurdu. 2007-ci ildə stadionda «№ 3 tikinti tryesti» tərəfindən bərpa işləri aparılmışdır. 2009—2015-ci illərdə Ufa FK-nun ev oyunlarını keçirdiyi stadion olmuşdur. Klub hazırda isə ey oyunlarnı Neftyanik stadionunda keçirir.
El Madriqal Stadionu
Estadio de la Keramika (isp. Estadio de la Cerámica) və ya keçmiş adı ilə El Madriqal – Vilyarreal FK-ın ev oyunlarına sahiblik edən futbol stadionu. 1923-cü ildə istifadəyə verilmişdir. 25 minlik tamaşaçı tutumuna malikdir.

Digər lüğətlərdə