STARŞİNÁ

[ rus. ]
1. Sovet Ordusunun kiçik komanda heyətində ən yüksək rütbə. Rota starşinası.
– Kəyan bölüyə tamaşa etməklə elə məşğuldu ki, starşinanın yaxınlaşıb batalyon komandiri ilə danışdığını eşitmədi. Ə.Əbülhəsən.

2. Hərbi donanmanın kiçik komanda heyətində serjanta bərabər rütbə.
3. köhn. Kətxuda, yüzbaşı.
…Belə bir məsələ üçün kətxuda [starşina] hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov.

STAPEL
START
OBASTAN VİKİ
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Bəxtiyar Quliyev (starşina)
Bəxtiyar Sabir oğlu Quliyev (30 avqust 1971, Şuşa, DQMV – 30 may 1994, Bakı) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Quliyev 30 avqust 1971-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1988-ci ildə Şuşa şəhər 2 saylı tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == 1989-cu ilin sonlarında Şuşa Rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Naxçıvan MSSR-in Culfa rayonunda 1991-ci ilə qədər qulluq etmişdir. Bu müddətdə nümunəvi və peşəkar xidmətinə görə adi əsgər (10.12.1989) rütbəsindən yefreytor (01.08.1990), kiçik çavuş (29.11.1990), çavuş (22.02.1991), baş çavuş (08.05.1991) və starşina (14.11.1991) rütbələrinə qədər yüksəlmişdir. 19 aprel 1994-cü ildə Yasamal Rayon Hərbi Kommisarlığı tərəfindən Qarabağ müharibəsinə səfərbər edilmişdir. 701 saylı hərbi hissənin tərkibində döyüşmüşdür.30 may 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndində ağır yaralanmış və helikopterlə Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da aldığı yaralardan şəhid olmuşdur. Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Baş gəmi starşinası
Baş gəmi starşinası — Rusiya HDM-də və Federal Sərhəd Xidmətinin dəniz hissələrində baş starşinadan daha yüksək, miçmandan isə daha aşağı tutulan hərbi rütbə.

Digər lüğətlərdə

выхлопа́тываться зави́нчиваться набалда́шник наркоде́ньги наукоёмкость пережёвывать подря́вкивать пропа́ривать с нереши́тельностью технокра́тия втемя́шиваться гне́йсовый зага́дывание не знать веку, износу что ни говори́те aurorean clamoursome electivity estoque goal-seeking gyve landlocked live oak гостеприимный суета