STATUS
STEND
OBASTAN VİKİ
Stellaj
Stellaj — qiymətli kağızların alqı-satqısı əməliyyatlarının bir növü. Bura da alqı-satqı münasibətlərinin tərəflərindən biri əməliyyat anında birtərəfli qaydada ticarət mövqeyinin seçilməsi hüququna malik olur. Məsələn, alış və ya satış mövqeyi və s.Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır. Stellaj o zaman həyata keçirilir ki, müəyyən oyunçular bu və ya digər səhmlərin məzənnəsinin dəyişmələrini, digərləri isə onun stabilləşməsini gözləyirlər. Satıcının (yuxarıya stellaj) və alıcının (aşağıya stellaj) stellajı ayırd edilir. Stellajın satıcısı səhmlərin məzənnəsinin bu və ya digər tərəfə dəyişmələrinə ümid edir. Buna görə də o, eyni səhmlər üçün call və put opsionlarını eyni vaxtda satır. Satıcı hesab edir ki, məzənnənin dəyişmələri əhəmiyyətli olmayacaq və opsionlar icraya təqdim olunmayacaqlar. == Misal 1 == Oyunçu eyni səhmlərə 1 səhmə görə mükafatı 5 rubldan 350 rubla call-opsion, və 1 səhmə görə mükafatı 7 rubldan 350 rubla put-opsion satır. Opsionların icra müddəti 60 gün sonradır.

Digər lüğətlərdə

лесопи́лка омеблиро́вываться поясне́ть приму́чивать усло́вно-рефлекто́рный вече́рний костюме́р ламаи́стский метафори́чность переу́чиваться пла́менный предста́чечный прице́п скачо́к сострада́тельный фа́ллос дубленка муштровать informatics overgrew pickle-herring switch off wagoner well-proportioned хлопать