1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu.
– Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu.
Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı.
2. məc. dan. Süfrə. Stol açmaq. Yaxşı stol düzəltmək.
– [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam.
3. Xüsusi bir işlə məşğul olan idarə və ya onun bir şöbəsi. Adres stolu. Qeydiyyat stolu. Tapıntılar stolu.