Stratifikasiya

kəsişən və qarşılıqlı şəkildə bir-birinin içinə daxil olan qatların, səviyyələrin obyekt şəklində təqdimatı.
Stoxastik qrammatika
Struktur
OBASTAN VİKİ
Stratifikasiya
Stratifikasiya lat. stratum - təbəqə və facio -edirəm — sosiologiyaya geologiyadan gətirilmişdir. Müxtəlif süxurların şaquli [112–113] yerləşməsini bildirir. Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. "Təbəqələşmə" anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir — diferensiasiya və stratifıkasiya. "Stratifikasiya" termini daha çox elmi ədəbiyyatda, "təbəqələşmə" sözu isə gündəlik danışıqda işlədilir. "Təbəqələşmə" cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, "stratifıkasiya" bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir.

Значение слова в других словарях