SUALEDİCİ
SUAYIRICI
OBASTAN VİKİ
Sualtı adaları
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. == Coğrafiyası == Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Atom sualtı qayığı
Atom sualtı qayığı (ing. Nuclear submarine; rus. Атомная подводная лодка) — Nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıq tipi. Atom sualtı qayıqları digər sinif sualtı qayıqlara nəzərən daha çox üstünlüklərə malikdirlər. Bu üstünlüklərdən ən önəmlisi oksigendən asılı olmadığı üçün uzun müddət suyun səthinə çıxmadan hərəkət edə bilməsidir. Digər sinif sualtı qayıqlar oksigendən aslı olduğundan tez-tez suyun üzərinə çıxmaq məcburiyyətində qalırlar. Atom sualtı qayıqları sürət baxımından da digər tipli qayıqlardan fərqlənir. İlk atom sualtı qayığı USS Nautilus (SSN-571) olmuşdur. Yeni nəsil atom sualtı qayıqları 25 il ərzində yenidən yüklənmə olmadan hərəkət etmə imkanına malikdir. Ənənəvi sualtı qayıqlarda enerjini akümlyatorda saxlanılır və istifadəsi məhdud səviyyədə olur, atom sualtı qayıqlarında isə belə bir problem yoxdur.
Bumeranq (sualtı vulkan)
Bumeranq sualtı vulkanı — Amsterdam adasından 12 km şimal-şərdə yerləşən sualtı vulkan. Vulkan Sent-Pol qaynar nöqtəsini əmələ gətirir və 2 km-lik kalderaya sahibdir. Kalderanın dərinliyi 200 metrdir. Aktiv olaraq fəaliyyətdədir.
Hərbi sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. == Coğrafiyası == Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı döyüş müharibəsi
Sualtı döyüş müharibəsi, döyüş gəmilərinin, hərbi təyyarələrin, helikopterlərin və ya digər sualtı qayıqların köməyi ilə düşmən sualtı qayıqlarını tapmaq, izləmək, dayandırmaq, zədələmək və ya məhv etmək üçün istifadə edilən sualtı bir döyüşdür.
Sualtı sıra dağları
Bütün okeanlarda və bəzi dənizlərdə dibin 4-5 km və daha artıq qalxmış uzun , ensiz dağlarıdır. Sualtı sıra dağlarının bəzilərinin zirvələri su səthindən yuxarı qalxıb, ada əmələ gətirir.
Sualtı əkinçilər (roman)
Sualtı əkinçilər (rus. Подводные земледельцы) - Aleksandr Belyayev tərəfindən 1930-cu ildə elmi-fantastika janrında yazılmış roman. == Məzmun == Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir. Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Azərbaycanda Sualtı arxeoloji qazıntılar
Azərbaycanda Sualtı arxeoloji qazıntılar — == Sualtı Arxeologiya == 1968-ci il avqust ayının 9-da Azərbaycan Tarixi Muzeyində Xəzər dənizinin Azərbaycan sahili abidələrinin tədqiqi məqsədilə Sualtı Arxeoloji qrup yaradıldı. Muzeyin elmi əməkdaşı, arxeoloq Viktor Kvaçidzenin rəhbərlik etdiyi qrup 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi Muğan, Böyük və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan, və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil etmişdir. == I Bəndovan == 1970-75-ci illərdə Nord-Ost-Kultuk sahili rayonunda (Şirvan milli parkı) quruda və suda aparılan arxeoloji kəşfiyyat və axtarışlar nəticəsində indi şərti olaraq I Bəndovan adlanan orta əsr şəhərinin qalıqları tapılmışdır. I Bəndovan şəhər yerindən mənsubiyyət nişanlı saxsı lövhəciklər, şirli kaşılar, saxsı qablar, dar və genboğaz bardaqlar, habelə şirli çoxrəng və birrəng qab-qacaq fraqmentləri aşkar olunmuşdur. Heyvan və quşların təsvir edildiyi gözəl nimçə və kasalar, həndəsi və nəbati naxışların cazibəli ahəngi diqqəti cəlb edir. Bu qab-qacağın çoxu 800 ildən çox suyun altında qaldığından, balıqqulağılarla örtülmüş, dəniz suyundan hamarlanmış vəziyyətdə dənizin dibindən çıxarılmışdır. Saxsı məmulatının bişirildiyi sobaların qalıqları da suyun altında tapılıb qeydə alınmışdır. XII-XIII əsrlərə aid edilən bu şirli saxsı qab-qacağın bəzi fraqmentləri üzərində fars dilində ərəb qrafikası ilə lirik şer parçaları, xoş arzu ifadələri yazılmışdır. Onlardan birində "Yusif Kasəkinin istehsalı" qeydi onu göstərir ki, artıq o vaxt belə emalatxanalarda ixtisas bölgüsü mövcud olmuşdur.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Sualtı qayıq (film, 1981)
Das Boot, 1979-cu ildə çəkilmiş və 1981-ci ildə efirə çıxmış İkinci Dünya Müharibəsindəki bir U-96 adlı tip 7 sinifindəki Alman U-bot heyəti haqqında olan epik döyüş filmidir. 55-ci Akademiya Mükafatlarında Das Boot ən yaxşı rejissor da daxil olmaqla altı mükafata namizəd göstərildi. Bu günə qədər film, bir Alman filmi üçün ən çox Akademiya Mükafatı nominasiyaları rekordunu əlində saxlayır. Filmdə heç bir təbliğat elementi yoxdur. Alman dilində çəkilən təxminən 3,5 saatlıq filmin rejissoru Wolfgang Petersendir. Alman dənizçilərinin müharibə dövründəki həyatının psixoloji vəziyyətini əyani vizualla təsvir edir.1980-ci ildəki premyerasında dövrün məşhur insanları filmin sonunda Wolfgang Petersonu ayaqda alqışlamışdırlar. Digər müharibə filmlərində olmayan bir element bu filmə daxil edilmişdir; Müharibənin humanitar ölçüsü ortaya qoyulmuşdur. == Filmin məzmunu == İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövrüyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir. Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır.
Xankəndi sualtı tikinti gəmisi
"Xankəndi" sualtı tikinti gəmisi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır. == İnşası == "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. == İstifadəyə verilməsi == 6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur.
Sualtı qayıqlara qarşı mübarizə
Sualtı döyüş müharibəsi, döyüş gəmilərinin, hərbi təyyarələrin, helikopterlərin və ya digər sualtı qayıqların köməyi ilə düşmən sualtı qayıqlarını tapmaq, izləmək, dayandırmaq, zədələmək və ya məhv etmək üçün istifadə edilən sualtı bir döyüşdür.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
"Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlıları
Sualtı Hücum, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabit ve gizirlərindən seçilən xüsusi təyinatlı dəstədir. == Tarixi == Azərbaycanın Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları 1999-cu ilinde Türkiyənin SAT (Sualtı Taarruz Grup Komutanlığı.Türkiye) təlimatçılarının yardımları ile qurulmuşdur.2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Little Creek Amphibious Base, hərbi bazasında Navy Seal xüsusi təyinatlarıyla ortaq təlimə qatıldılar.2005-ci ildə Azərbaycanla ABŞ arasında dəniz təhlükəsizliyi üzrə hərbi əməkdaşlıq imzalandı.Bu eyni zamanda Sualtı Hücum xüsusi təyinatlılarının yetişdirilməsinə böyük töhfə verdi. == Vəzifələri == Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi,sahilyanı dövlət əhəmiyyətli obyektlərin qorunmasından ibarətdir.Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları quruda, dənizdə, havada istənilən tapşırıqları icra etmək qabiliyyətinə malikdir. == Təlim prosesi == Gələcək kursantlar yalnız artığ müddətli hərbi xidmət keçmiş gənclər arasından seçilir.Təlim prosesi təxminən 50 həftədir.Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlanır.Bu süzgəc tədbirlərinin başında isə Cəhənnəm Həftəsi adlanan çətin bir sınağ durur.Cəhənnəm Həftəsi fiziki hazırlıq cəhətdən xüsusi çətinlik ilə fərqlənsə də, ilk növbədə gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir.Məhz bu sebəptən ilkin hazırlığ prosesində normal olaraq gələcək kursantların sayı təxminən 50 nəfərə yaxın olsa da Cəhənnəm Həfəsindən sonra əsas təlim kursuna yalnız yeddi səkkiz nəfər qalır.Kursatlar su hazlığı, batağlığ ağır fiziki güc tələb eden hazırlığ məşğələlərindən keçir.Təlim kursunu bitirənlər xüsusi təyinatlı dəstəyə gizir rütbəsi ilə daxil olur.Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlı dəstələrin qarşısında qoyulan quruda suda havada əməliyyat aparmaq tələbi hava desant hazırlığına ciddi yanaşmanı qaçılmaz edir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum(SAH) xüsusi təyinatlıları 2016 Aprel döyüşlərində ve 44 günlük Vətən Müharibəsi döyüşlərində iştirak etmişdir. == İstinadlar == 2.
Batmış atom sualtı qayıqlarının siyahısı
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. Rənglərin izahı == Siyahı == Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib.
Sualtı qayıq "T-9" (film, 1943)
== Məzmun == Kinopovestdir. Filmdə İkinci Dünya müharibəsi illərində dənizçilərin göstərdikləri hünərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Bədii rəhbər: Qriqori Aleksandrov Ssenari müəllifi: Aleksandr Şteyn, İohann Zeltser Quruluşçu rejissor: Aleksandr İvanov Rejissor: Nikolay Leşşenko Quruluşçu operator: Nikolay Renkov Operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Yuri Şvets, Əlisəttar Atakişiyev Rəssam: V.Kaşenko Bəstəkar: Boris Zeydman Səs operatoru: Əziz Şeyxov Qrupun direktoru: İ.Yermolayev Rejissor assistenti: G.Əliyev, V.Medvedkina, Əlisəttar Məlikov Operator assistenti: Kazım Həsənov Mahnıların Mətni: L.Zaltsman Quraşdırılmış səhnələrin rəssamı: Yuri Şvets, Mirzə Rəfiyev === Rollarda === Oleq Jakov — Kostrov İsmayıl Dağıstanlı — Dəmirov Boris Çinkin — Çibisov Viktor Şarlaxov — Minayev Boris Baykov — Sergeyev Kazım Ziya — Almazov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov.
Sualtı qayıqlarda istifadə edilən idarəolunan raketlər üçün NATO kod adları
SSRİ-nin sualtı qayıqlardan buraxılan idarəolunan raketlərinin NATO kod adları

Digər lüğətlərdə

батальо́н ли́тий недипломати́чно нескла́дное нонконформи́стский покупа́ться распоро́ться ра́чий наткну́ться небре́жный отъ... познава́ться ржа́чка сме́нщица фикса́ция бружмель понурый baobab footrill igloo rectilineal stegosaur ортопедический порицать харакири