subasan
subasarlıq
OBASTAN VİKİ
Çayı subasar
İynəada Subasar Meşələri Milli Parkı
İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park. Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır. Milli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır. Ulduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir.
Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir. == Yer və giriş == Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir. Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var. == Subasar == Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.
Anapa subasarı
Anapa subasarı — müasir Anapa şəhərinin şimalını tutan bataqlıqlaşmış düzənlik. Bir çox köçəri su quşları üçün yuva qurma yeridir. Anapa su basar ərazisi əvvəllər burada mövcud olmuş Qara dənizin Anapa körfəzinə dağ çaylarının gətirmə məhsulları hesabın yaranmış konus şəkilli çıxıntının bataqlaşması nəticəsində formalaşıb. == Tarixi == Anapa su basar ərazisi nisbətən yaxın zamanlarda meydana gəlib. XVII əsrin sonlarında səyahətçilərin yazdığı qeydlərə əsaslansaq bu nəticəyə gəlmək mümkündür: Bu ərazidə Anapa körfəzinin suları dalğalanırdı. Məhs bu ərazidə antik və orta əsrlərdə belə mövcud olmuş Qorqippi şəhəri var idi. Şəhər önəmli ticarət mərkəzi hesab olunurdu. Daşqın sahələrinin dibində gəmi qalıqları aşkar edilib. Müasir təmizləyici avadanlıqların olmaması səbəbindən Kuban çayının allüvial fəaliyyəti buxtanın şimal hissəsinin lillənməsinə səbəb olmuşdur. Cənubdan və şərqdən bu proses kiçik dağ çayları olan Maskaqa və Kumatırın tərəfindən daha da sürrətlənir.
Subasarlı dərələr
Subasarlı dərələr — Subasarlı dərələr əsasən düzənlik və ovalıqlarda, qismən isə kiçik dağarası çökəklikdə müşahidə olunur. Mülayim iqlim qurşağında, eləcə də suyun artması ilə əlaqədar olaraq subasarlı dərədə su çay vadisini tamamilə örtür. Bəzən subasarlı dərənin və çay vadisinin eni olduqca böyük olur. Belə ki,Cənubi Amerikanın Amazonka çayının aşağı axarında vadinin maksimal eni təqribən 20 km-ə çatır. Bu dərədə suyun səviyyəsi qalxaraq subasarlı çay dərəsini tamamilə tutur. Bu proses Cənub yarımkürəsinin tropik sahəsinin yağmuru ilə bağlıdır.Ukraynanın Dnepr çayının aşağı axınında subasarlı dərənin eni təxminən 25 km-ə çatır. Qeyd etmək lazımdır ki, subasarlı dərənin kənar hissələrində çayın dərinliyi azalaraq nisbətən xırda süxur hissəciklərinin çökməsinə səbəb olur. Subasarlı çay dərəsinin yamacında adətən üfüqi eroziya nəticəsində əmələ gələn pillələr və ya terraslar mövcuddur.
Çayın subasarı

Значение слова в других словарях