Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir.
== Yer və giriş ==
Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir. Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var.
== Subasar ==
Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.