SUBSTANSİYA

\[alm. Substanz; fr.=ing. Substance; lat. Substancia; yun. Hypostasis, hypokeimenon – aşağıda olan; osm. tr. cevher; tr. Töz; ər. جىهشٌ ; lat. substantia – mahiyyət\] – bax: cövhər; özünün bütün formalarının, insan və onun şüuru da daxil olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində götürülmüş obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nəzəri inikasının əsaslı kateqoriyası \[Mücərrəd və konkret\].
SUBSTANSİALİZM
SUBSTRAT
OBASTAN VİKİ
Substansiya
Substansiya (lat. substantia — mahiyyət; sözünün hərfi mənası "əsasında duran" deməkdir) — mövcudluğu özü-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc.Hələ qədimdən mütəfəkkirlər hiss etmişdilər ki, dünyada sonsuz sayda dəyişikliklər (inkişaf, məhv olma, birləşmə, parçalanma və s.) baş verməsinə baxmayaraq, müəyyən bir sabit, dəyişməz əsasda mövcuddur. Bunu onlar substansiya və yaxud da ilkin materiya adlandırırdılar. Doğrudur, bu əsası müxtəlif cür təsəvvür edirdilər. Bəziləri onu suda, havada və odda görürdülər. Digərlərinin fikrincə, dünyanın dəyişməz əsası suyun, odun, torpağın və havanın birləşməsidir. Bu cür baxışlar ilk nəzərdə sadəlövh görünsə də təbiətin və cəmiyyətin izahında müsbət rol oynamışdır. Belə ki, Yer kürəsinin və Günəş sisteminin yaranması, maddələrin daxili quruluşu haqqında söylənilən fərziyyələr bu fikrə əsaslanırdı. Materiyaya substansiya kimi yanaşılması aşağıdakı üç vəzifənin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir: dünyanın vəhdətinin izahı; dünyadakı çoxsaylı əşya və prosesləri eyni bir əsasın müxtəlif növləri kimi göstərilməsi; dünyadakı mövcudluq formaların müxtəlifliyini və zənginliyini həmin ümumi əsasın təbii-tarixi gedişində yaratdığını sübut edilməsi.Dünyanın vəhdətini bir substansiyadan çıxış etməklə izah edən təlimlər monist (tək, vahid deməkdir) təlimlər adlanır. Lakin substansiyanı həm maddi həm də ideal hesab etmək mümkündür.

Значение слова в других словарях

кру́пный морехо́дство приподнима́ть радиа́льный стратопла́н худоща́вость бе́лкин гниль градие́нт за́висть на чём свет стоит неувяда́ющий пододви́нуться прима́тываться усугубля́ться фитофа́г торф biconvex callant district dusty miller fagotti inquirer nightjar trouser leg