SUBYEKTİV

sif. [ lat. ] Subyektə, şəxsə, şəxsiyyətə aid olan, onunla bağlı olan, ondan asılı olan. Subyektiv səbəblər. Tarixdə subyektiv amil. İşin subyektiv tərəfi.
// Tək bir şəxsə (subyektə) aid olan, xas olan, ancaq onun fikirlərini, hissiyyatını, təəssüratını əks etdirən; şəxsi, fərdi. Məsələyə subyektiv yanaşma. Bu sənin subyektiv fikrindir.
// Qərəzkar, qeyri-obyektiv. Subyektiv olmaq.
◊ Subyektiv idealizm fəls. – idealizmin əsas formalarından biri, subyektivizm (1-ci mənada).

Синонимы

  • SUBYEKTİV şəxsi — fərdi — xüsusi
SUBYÉKT
SUBYEKTİVİ́ST

Значение слова в других словарях