SULANMAQ

f.
1. bax suvarılmaq. Əkin sahələri sulanıb.
– Bağçanın ortasında yenə də dördkünc bir çarhovuz vardı, …bu hovuzdan bağça sulanırdı. Ə.Əbülhəsən.
Ancaq əkilən ağacların bir qismi Mingəçevirin yandırıcı hərarətinə davam gətirə bilmir, vaxtında sulanmadıqda quruyurdu. Ə.Sadıq.

2. Su səpilmək, su çilənmək. Həyət sulandı. Küçə sulanıb.
– Araz kimi bulannam; Bağça kimi sulannam. (Bayatı).
Molla sulanıb süpürülmüş eyvanda, palazın üstündə namaz qılırdı. P.Makulu.

3. Dəymək, yetişmək, sütülləşmək, su (şirə) salmaq. Armudlar sulanıb.
– Meyvə vaxtı şəhər uşaqları sərçə kimi bu ağaca dırmaşar, alçaq budaqlarda ənciri sulanmağa qoymazdılar. Mir Cəlal.

// Su salmaq, şirəsi çıxmağa başlamaq.
Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə.

4. xüs. Suya salıb çıxartmaq, su vurmaq (kürədən çıxmış qızğın metal haqqında). Tiyəni sulamaq. Bıçağı sulamaq.
– Atamın günəş altında qaralmış alnı, üzü və bütün bədəni kürədə döyülmüş və sulanmış ( f.sif. ) polad parçasına oxşayırdı. M.İbrahimov.
Burada xəncərlər sulanır, itilənir, hər cür tüfənglər yoxlanır… Mir Cəlal.

5. Yaşarmaq.
Anıb o günləri fikri dolandı; Sinəsi atlandı, gözü sulandı. H.K.Sanılı.
[Yarməmməd] gözləri sulanıncaya qədər asqırdı. M.İbrahimov.

◊ Ağzı sulanmaq – bax ağız1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SULANMAQ suvarılmaq — çilənmək — isladılmaq — nəmlənmək — yaşlanmaq

Antonimlər (əks mənalı sözlər)

  • SULANMAQ SULANMAQ – QURUMAQ Dodaqları azca qalınlaşıb sulanmışdı (İ.Şıxlı); Dənizlər, çaylar quruyub, dağlar çöküb (R
SULANMA
SULAŞMA

Digər lüğətlərdə

оздорови́ться ошлифова́ться бодри́ть в мы́ле венча́ть заблоки́ровать заму́чить затупле́нье озвере́вший по́рох среднеарифмети́ческое сувени́рчик услужа́ющий високос злак computerlike glauberite harmoniously reformist silk-stocking silver-grass theatre-going thro' маг переходный