sulfanilamid

sulfanilamid
sulfanil
sulfanol
OBASTAN VİKİ
Sulfanilamid (dərman)
Sulfanil turşusu – C6H7NO3S. Sulfanil turşusu p-aminobenzol sulfoturşu anilin sulfolaşmasından alınır və bipolyar ion şəklində mövcud olur. Struktur formulu NH2—C6H4SO3H. Sulfanil turşusunun boyalar istehsalında əhəmiyyəti böyükdür. Sulfanil turşusunun amidi (sulfanilamid) adı ilə tanınır. Bu maddə antibakterial xassəyə malik olan və sulfanilamidlər (sulfoamidlər) adlanan dərman maddələrinin sələfidir. Sulfanilamid ilk dəfə 1908-ci ildə sintez olunub və boyalar istehsalında aralıq birləşmə kimi istafadə olunub. Onun antibakterial aktivliyi 1935-ci ildə müəyyən edilib. Streptosidi almaq üçün anilinin amin qrupunu oksidləşmədən qorumaq üçün əvvəlcə asetilləşdirilir, alınan asetanilid xlorsulfon turşusu ilə (HSO3Cl) sulfiləşdirilir. Məhsulda xlor atomunu amin qrupu (streptosidin alınması) və ya RNH-qrupu ilə (sulfanilamid törəmələri) əvəz etməklə məhsullar alınır. Bütün sulfanilamidlərin tərkibində mütləq sulfamid (sulfoamid) qrupu (–SO2NH2) vardır. Bu qrupun karboksoamid (–CONH2) və ya nitril (–CN) qrupları ilə əvəzlənməsi antibakterial aktivliyin itirilməsinə səbəb olur.

Digər lüğətlərdə