SULTANALI
SULTANƏ
OBASTAN VİKİ
Sultanbəy
Sultanbəy — kişi adı. Sultanbəy Sultanov — Azərbaycanın xalq qəhrəmanı. == Yaşayış məntəqələri == Sultanbəy (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd. Sultanbəy (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd.
Sultanbəy (Askın)
Sultanbəy (başq. Солтанбәк, rus. Султанбеково) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Sultanbəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 55 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 148 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Sultanbəy (Dərələyəz)
Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir. Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur. == Əhalisi == 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır.
Sultanbəy Sultanov
Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov(1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı. == Sultan bəyin soyu == Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndində) doğulmuşdur. Paşa bəyin oğlu olub. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu soyadı hazırda törəmələri daşıyırlar. Sultan bəy Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı olmuşdur. == Fəaliyyəti == Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır.
Sultanbəy keçidi
Sultanbəy keçidi- Ağdam rayonunun Abdal və Gülablı kəndləri yaxınlığında qeydə alınmışdır. == Toponimiyası == Bu oroqrafik obyekt XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizə aparmış, Zəngəzurda, Qarabağda daşnaqlara qarşı vuruşmuş məşhur Xalq Qəhrəmanı Sultan bəy Əlipaşa (Paşa) bəy oğlunun adı ilə əlaqədar yaranmışdır.. Toponim Sultan bəyin buradan keçməsi ilə bağlıdır. Sultan ərəb mənşəli söz olub "hökmdar", "hakim", "dövlət başçısı" mənalarının verir.
...метро́вка наплута́ться начерта́ться неповторя́емый обая́тель переконфу́зиться припря́тываться выпустить потроха́ детское ме́сто иску́сственный маммологи́ческий насти́л пережи́ться франкирова́ться глев горелка creepie dish-wash dissymmetrical exasperate settlement solidago somatotheraphy transparency плановик