SULTANBƏY
SULTANƏLİ
OBASTAN VİKİ
Hacı Sultanəli
Hacı Sultanəli (tam adı: Hacı Sultanəli Haşım oğlu; 1851, Balaxanı, Bakı qəzası – 1921) — xeyriyyəçi. Hacı Sultanəli 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi 1904–1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib. O, 1921-ci ildə ürək infarktı nəticəsində dünyasını dəyişib. Hacı Sultanəli Ləhş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.
Hacı Sultanəli məscidi
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir.
Hacı Sultanəli məscidi (Bakı)
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir.
Sultanəhməd həbsxanası
Sultanəhməd həbsxanası — İstanbulda, Sultanəhməd meydanının şərq seqmentindəki sahədə yer almış köhnə həbsxana. Hal-hazırda "Four Seasons" hotel olaraq istifadə edilir. == Tarixi == Sultanəhməd həbsxanasının 1918-1919-cu illərdə memar Memar Vedat Tek tərəfindən inşa edilmişdir. 1845-ci ildə tikintisinə başlanan, sonradan ədliyyə olaraq istifadə olunan Darülfünun binasının yanında inşa edilmişdir. Bayrampaşa həbsxanasının açılmasından sonra, 1969-cu ildə bağlanıldı. 1980-ci ildə İstanbuldakı cəza evlərindəki sıxlıq səbəbi ilə, Hərbi vəziyyət Komandanlığının istəyinə əsasən təkrar həbsxana halına gətirilmişdi və 1986-ci ilə qədər hərbi həbsxana olaraq fəaliyyət göstərmişdir.Bir daxili həyəti şərq-qərb istiqamətində əhatə edən iki əsas quruluşdan ibarət bina zirzəmi qatlar üzərinə oturur və qismən tək, qismən də iki mərtəbəli bir görünüş alır. Binanın qərb qanadının cənub ucuna 1788-ci ildə Nakşidil Sultan bulağı inşa edilmişdir. Min nəfərlik tutuma malik həbsxananın xarici hissəsində olduqca çox sayda çini istifadə edilmişdir və çinilər dövrün çini ustası Kütahyalı Hafiz Mehmed Emin tərəfindən düzəldilmişdir. Bina 1996-ci ildə bərpa edilərək hotelə çevrilibdir. Sultanəhməd həbsxanası başda məşhur şair Nazim Hikmət olmaqla Nəcib Fazil, Can Yücel, Əziz Nesin, Orxan Kamal, Kamal Tahir və Vedat Türkali kimi dövrün solçu müxalif yazar və aydınlarının həbs edildiyi bir həbsxana kimi də tarixə düşmüşdür.
Sultanəhməd meydanı
Sultanəhməd meydanı — İstanbulun ən mühüm meydanlarından biridir. Bizans dövründə Cıdır meydanı kimi tanınırdı. "Cıdır meydanı" at minən, atların meydanı mənasına gəlir. Osmanlı dövründə buraya At meydanı denyilirdi. == Tarixi == Günümüzə çox az qalıqları qalan Bizans dövrü əhəmiyyətli tikililəri və abidələri Cıdır meydanı ətrafında inşa edilmişdir. "Böyük saray" — deyə məşhur olan İmperiya sarayı Cıdır meydanının yanından başlayır, aşağılara, dəniz kənarına qədər uzanardı. Bu saraydan dövrümüzə bir böyük zalın yer mozaika lövhəsi gəlib. Şəhərin ən əhəmiyyətli meydanı Agusteion və bura ilə küçə arasında Milerium qələbə sırğa olardı. Prospekt, Romaya qədər uzanan yolun başlanğıcı idi və ilk kilometr daşı da burada. Hamamlar, məbədlər, dini, mədəni, idarə və ictimai mərkəzlər bu yaxınlığa yerləşmişdir.
Sultanəli mirzə
Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu. == Həyatı == 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı. 1642-ci ildə İsfahanda vəfat etdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi).
Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. == Həyatı == Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
выздора́вливание Гида́льго златогла́вый малосеме́йный недоно́сок озабо́чивать откупи́ться пароочисти́тель парте́р гекта́рный непредосуди́тельный отши́ть протекциони́стский хихи́кать car coat claim check diacritical eye-muscle flower child motor-boating workman неравенство отстраняться проквашивать смысловой