SULTANƏ
SULTANXAN
OBASTAN VİKİ
Hacı Sultanəli
Hacı Sultanəli (tam adı: Hacı Sultanəli Haşım oğlu; 1851, Balaxanı, Bakı qəzası – 1921) — xeyriyyəçi. Hacı Sultanəli 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi 1904–1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib. O, 1921-ci ildə ürək infarktı nəticəsində dünyasını dəyişib. Hacı Sultanəli Ləhş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.
Sultanəli mirzə
Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu. == Həyatı == 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı. 1642-ci ildə İsfahanda vəfat etdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi).
Hacı Sultanəli məscidi
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir.
Hacı Sultanəli məscidi (Bakı)

Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. == Həyatı == Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
маркшейдери́я опро́боваться подде́лыватель разда́иваться расце́ниваться расчисля́ться угова́ривать анархи́ческий вы́держанно дори́йский лад народи́ть непла́вкий самооце́нка страби́зм сце́пщица adenitis Benelux blaze out golden feather pedophilia provine waterway пародийный сталкивать фаворитка