SUM ALTUN

İçi və xarici qızıl, külçə qızıl. (“Kitabi-Dədə Qorqud” leksikası)

SUM
SUNQUR
OBASTAN VİKİ
Sum qalası
Sum qalası — Culfa rayonunda, Nehrəm dəmiryolu stansiyasından şərqdə, hündür dağın üzərində yerləşən arxeoloji abidə. Qala hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Onun şərqdən və qərbdən olan girişləri daşlardan hörülmüş qala divarları ilə möhkəmləndirilmişdir. Divarın eni 1.8–2.3 m arasında dəyişir. Bəzi yerlərdə divar qalıqları 1.8 m hündürlüyündə qalmışdır. Qala divarı relyefə uyğun olaraq inşa edilmişdir. Qalanın içərisində təsərrüfat məqsədilə istifadə olunan irihəcimli binaların qalıqları da vardır. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş şirsiz saxsı məmulatlarından ibarətdir. Onlar qapaq, bardaq və küpə tipli qabların parçaları ilə təmsil olunmuşdur. Naxçıvan MR-in ərazisindən keçən qədim ticarət-karvan yollarının, eləcə də strateji cəhətdən çox mühüm və əlverişli olan keçidlər üzərində e.ə.
Altun Dəmirli
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Altun Kitab
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Məmmədov
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Civis romanus sum
Civis romanus sum (lat. ˈkiːwɪs roːˈmaːnʊs ˈsũ)- latın dilində olan hüquqi termin. == Haqqında == Azərbaycancada "Mən Roma vətəndaşıyam" mənasına gələn Roma dövrünə aid hüquqi termindir. Roma sərhədləri içində Roma vətəndaşı statusunda olan şəxs hər hansı bir problemlə qarşılaşdığında bu sözü deyərək bütün haqlarının təmin edilməsini və Roma vətəndaşı statusuna uyğun şəkildə mühakimə edilməsini təmin etmiş olurdu. Siseron adlı əsərindı Roma vətəndaşlığı haqqında bilgi vermişdir. Birləşmiş Krallıq baş nazirlərindən Henri Con Templ Don Pasifiko məsələsinin danışıqlarında bu sözü işlətmişdir. Con Kennedi 26 iyun 1963-cü il tarixində "Ich bin ein Berliner" sözünü dediyi məşhur nitqində bundan əlavə sözünü də demişdir. İncilin Elçilərin İşləri kitabının XXII hissəsində Pavlus doğuşdan Roma vətəndaşı olduğunu demişdir.
Cogito, ergo sum
Latınca cogito, ergo sum , adətən Azərbaycan dilinə "Mən düşünürəm, deməli mövcudam" kimi tərcümə olunur, Rene Dekartın fəlsəfəsinin "birinci prinsipidir". O, latın dilinin icazə verdiyindən daha geniş auditoriyaya çatmaq üçün onu ilk olaraq 1637-ci ildə “Metod haqqında diskurs” əsərində je pense, donc je suis kimi fransız dilində nəşr etdirdi. Daha sonra o, latın dilində Fəlsəfənin prinsipləri kitabında çıxdı və oxşar ifadə onun İlk fəlsəfə haqqında meditasiyalarında da diqqəti cəlb etdi. İfadə bəzən kogito kimi də adlandırılır. Dekartın bir kənar qeydində izah etdiyi kimi, "şübhəli olduğumuz halda varlığımıza şübhə edə bilmərik." Dekartın ölümündən sonra nəşr olunan "Təbii işıqla həqiqət axtarışı" əsərində o, bu fikri dubito, ergo sum, vel, quod idem est, cogito, ergo sum ifadə etdi. ("Şübhə edirəm, ona görə də mövcudam - və ya eyni olan şey - düşünürəm, deməli, mövcudam"). Antuan Léonard Tomas, 1765-ci ildə Dekartın şərəfinə yazdığı essedə onu dubito, ergo cogito, ergo sum kimi təqdim etdi. ("Şübhə edirəm, deməli düşünürəm, deməli mövcudam"). Dekartın bəyanatı radikal şübhələr qarşısında bilik üçün müəyyən zəmin yaratmağı nəzərdə tutduğu üçün Qərb fəlsəfəsinin əsas elementinə çevrildi. Digər biliklər təxəyyül, aldatma və ya səhv məhsulu ola bilsə də, Dekart iddia edirdi ki, insanın öz varlığına şübhə ilə yanaşması, ən azı, öz ağlının reallığına sübut kimi xidmət edir; düşüncənin olması üçün düşünən varlıq - bu halda mənlik - olmalıdır.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Yaruk abidəsi
"Altun Yaruk" (Qızıl isığı) — abidə qədim uyğur ədəbi dili ənənəsini davam etdirən ən iri həcmli buddist uyğur yazılı abidədir. 1908-1913-cü illərdə alman və rus ekspedisiyaları zamanı Çində - Şərqi Türkistanda hissə-hissə tapılıb. Əsər X əsrdə uyğurların mərkəzi Beşbalıkda Sinqu-Seli Tudun tərəfindən çin dilindən tərcümə edilib. Son əlyazmasi XVIII əsrə aiddir və əsər iki hissədən ibarətdir.
Altun kitab (nəşriyyat)
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Əsr bazarı
Altun Əsr bazarı (türkm. Altyn Asyr bazary) — ölçülərinə görə Aşqabadın və Türkmənistanın ən böyük, Mərkəzi Asiyanın 5-ci bazarı. Aşqabadın Çoğanlı yaşayış massivində yerləşir. Ahal vilayəti xalça gölü formasında 154 ha ərazidə inşa edilib. Bazarın mərkəzində hündür saatlı qülləsi yerləşir. Bazar ərazisində 2155 dükan var. Əvvəllər onun yerində Aşqabadın "Bit bazarı" yerləşirdi.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır. Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur.