SULTANŞAH
SUMƏR
OBASTAN VİKİ
Səhl ibn Sumbat
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi.Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur.Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir. Eyni zamanda, Klod Mutafiyan da Səhlin Xaçın knyaz sülaləsinin əsasını qoymaqla Sünik sülaləsinin nümayəndəsi olduğunu bildirir.1897-ci ildə T. İ. Ter-Qriqoryan tərəfindən Səhl ibn Sunbatın etnik mənşəyinin dəqiq göstərildiyi mənbə materialları nəşr edilmişdi. Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinin nəşr versiyalarına daxil edilməmiş məlumatları tədqiqata cəlb edən müəllif, əsərin Matenadaranda saxlanan əlyazmasında Səhl ibn Sunbatın Albaniyanın ilk hökmdar sülaləsi Arranşahiklər xanədanına mənsub olduğunu bildirir.
Akademik Əlisöhbət Sumbatzadə (film, 2015)
Akademik Əlisöhbət Sumbatzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film tarix elmləri doktoru, professor, AMEA-nın akademiki Əlisöhbət Sumbatzadənin ömür yoluna işıq salır. == Məzmun == Film tarix elmləri doktoru, professor, AMEA-nın akademiki, fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadimi Əlisöhbət Sumbatzadənin ömür yoluna işıq salır. Filmdə Sumbatzadənin həyatına və elmi axtarışlarına, akademik Ziyad Səmədzadənin onunla bağlı xatirələrinə yer verilib.
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. == Tarixi == Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Sumbatan körpüləri
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında “Şah Abbas körpüsü” kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır. Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir. == Memarlıq quruluşu == Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir. == İnşa tarixi == Fikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII-XIV yüzilliklərə aid etmək olar.
Səhl Sumbatian
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi.Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur.Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir. Eyni zamanda, Klod Mutafiyan da Səhlin Xaçın knyaz sülaləsinin əsasını qoymaqla Sünik sülaləsinin nümayəndəsi olduğunu bildirir.1897-ci ildə T. İ. Ter-Qriqoryan tərəfindən Səhl ibn Sunbatın etnik mənşəyinin dəqiq göstərildiyi mənbə materialları nəşr edilmişdi. Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinin nəşr versiyalarına daxil edilməmiş məlumatları tədqiqata cəlb edən müəllif, əsərin Matenadaranda saxlanan əlyazmasında Səhl ibn Sunbatın Albaniyanın ilk hökmdar sülaləsi Arranşahiklər xanədanına mənsub olduğunu bildirir.
Yuvelian Sumbatov-Topuridze
Yuvelian Davıdoviç Sumbatov-Topuridze (rus. Ювелья́н Дави́дович Сумба́тов-Топури́дзе; 1889, Senaki qəzası[d], Kutaisi quberniyası – 29 avqust 1960, SSRİ) — Azərbaycan SSR xalq daxili işlər komissarı. == Həyatı == Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.
Yuvelyan Sumbatov-Topuridze

Əlisöhbət Sumbatzadə
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (d. 21 yanvar 1907, Bakının Əmircan kəndi – ö. 28 yanvar 1992) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi. == Həyatı == Əlisöhbət Sumbаtzаdə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926-1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959-1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957-1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur.Sumbatzadə 1963-1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970-1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970-1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir. === Elmi fəaliyyəti === Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır.

Значение слова в других словарях

аквариуми́стика безборо́дый многострада́льный попа́рхивать разново́зрастный сохра́нный спя́тить языко́вый боло́тистый гнилова́тость льно... наха́живать плетёнки прошто́пываться псевдого́тика тесёмочка циркуля́рка хал шокур Anglo-Catholicism civilianize dénouement spacesuit запахнуться каналья