SUP

[ rus. ] Şorba.
Sup gətirdilər, yoldaşlarının hamısı xörəyə məşğul idi, Nərimanın isə iştahası yox idi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SUP sup bax şorba
SUÖLÇƏN
SUPERFOSFÁT
OBASTAN VİKİ
1993 "Səhər" qəzetinin Superkuboku
Azərbaycan Superkuboku 1993 — futbol üzrə Azərbaycan Superkubokunun ilk mövsümü. 1993-cü ilin 21 fevral tarixində Sumqayıt şəhərində keçirilən matçda çempion "Neftçi" ilə kubokun qalibi "İnşaatçı" qarşılaşmış və matç "Neftçi" 4:1 hesablı qələbəsi ilə başa çatmışdır. == Tarixi == Futbol üzrə Azərbaycan Superkuboku ilk dəfə "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. Bu Futbol üzrə Azərbaycan Çempionatının 1992-ci il mövsümünün ardından baş vermiş və "Səhər" qəzetinin Superkuboku təsis olunmuşdur. Beləliklə növbəti mövsüm də bu matçla start götürmüşdür. Ölkə çempionu "Neftçi" ölkə kubokun qalibi "İnşaatçı"nı 4:1 hesabı ilə darmadağın edərək ilk Superkubokun qalibi olmuşdur. Həmçinin bu turnirdə ilk qol, ilk dubl, ilk böyükhesablı nəticə də "Neftçi"nin aktivinə yazılmışdır. == Oyunun nəticələri == == İstinadlar == == Mənbə == Barometr, yoxsa Superkubok?
1993 Futbol üzrə Azərbaycan Superkuboku

1995 "Səhər" qəzetinin Superkuboku
1995 Azərbaycan Superkuboku — futbol üzrə Azərbaycan Superkubokunun üçüncü mövsümü. == Tarixi == 1995-ci ildə keçirilən bu oyunla Superkubok oyunu 2-ci dəfə və bu dəfə də "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan "Kəpəz" bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi "Turan" gəlmişdi. "Neftçi" isə bu dəfə ölkə kubokunun qalibi kimi meydana çıxırdı. Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. "Turan" penaltidən bərabərlik qolunu vurdusa, "Neftçi" matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu.
1995 Futbol üzrə Azərbaycan Superkuboku

2001 UEFA Superkuboku
2001 UEFA Superkuboku (ing. 2001 UEFA Super Cup) — 24 avqust 2001-ci ildə Monakodakı II Lui stadionunda keçirilmiş sayca 26-cı UEFA Superkuboku matçı. Superkubok uğrunda 2000/01-ci il mövsümündə Çempionlar Liqasının qalibi olmuş Almaniyanın "Bayern" klubu ilə 2000/01-ci il mövsümündə UEFA Kubokunun sahibi olmuş İngiltərənin "Liverpul" klubu üz-üzə gəlib. "Bayern" Superkubok uğrunda matçda üçüncü dəfə iştirak edirdi, Münhen təmsilçisi buna qədər 1975-ci və 1976-cı illərdə iki dəfə məğlubiyyətlə üzləşmişdi. "Liverpul" Superkubokda dördüncü dəfə iştirak edirdi, komanda 1977-ci ildə kuboku qazanmış, 1978-ci və 1984-cü illərdə isə məğlub olmuşdu. Klublar Avropanın iki mövsümi turnirlərində qalib gələrək yarışda çıxış etmək hüququ qazanıblar. Superkubokun hər iki iştirakçısı öz yarışlarının finalında İspaniya komandalarına qalib gəliblər. "Bayern" Çempionlar Liqasının finalında "Valensiya"nı penaltilər seriyasında məğlub edərək qalib olub. "Liverpul" isə UEFA Kubokunun finalında "Deportivo Alaves"i əlavə vaxtda məğlub edərək qələbə qazanıb. Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaçı tutumuna malik olan II Lui stadionunda oynanılıb.
2009 İspaniya Superkuboku
İspaniya Super Kuboku 2009 — Kubokun qalibi "Barselona" olmuşdur.
2012 Türkiyə Superkuboku
2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır. Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər. == Oyundan əvvəl == === Oyunun biletləri === Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.
2012 İspaniya Superkuboku
2012 İspaniya Super Kuboku 23 və 29 avqust tarixlərində oynalınan 2 oyunla keçirildi. Turnirin finalında La Liqa 2011-12 çempionu Real Madrid ilə İspaniya Kral Kuboku 2011-12 qalibi Barselona qarşılaşdı. 2 oyundan sonra nəticə 4-4 olmasına baxmayaraq, qalib səfərdə vurduğu qol sayına görə Real Madrid oldu. Beləliklə Real Madrid 9-cu dəfə Super Kubokun sahibi oldu.
2013 Futbol üzrə Azərbaycan Superkuboku
2013 Futbol üzrə Azərbaycan Superkuboku — Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir. Oyun 23 oktyabr 2013-cü ildə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilmişdir. Superkubok oyununda Topaz Premyer Liqasının qalibi "Neftçi" və Azərbaycan kubokunun finalçısı "Xəzər-Lənkəran" komandaları üz-üzə gəlmiş və oyun "Xəzər-Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır. == 18 il sonra == Futbol üzrə Azərbaycan Superkuboku bu adla ilk dəfə keçirilsə də, bundan hələ 18 il əvvəl – 1995-ci ildə sonuncu Superkubok matçı "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. 2013-cü ildəki bu oyun Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir olsa da, əslində 1993 "Səhər" qəzetinin Superkuboku və 1995 "Səhər" qəzetinin Superkuboku matçlarından sonra üçüncü oyun idi. Maraqlısı odur ki, baş tutan hər üç matçda da rəqiblərdən biri Bakının "Neftçi" komandası olmuşdur. 1994-cü ildə isə "qızıl dubl" müəllifi olan "Qarabağ" klubu "het-trik"i rəsmiləşdirmişdir. == Oyun == Rəhim Həsənovun baş hakim olduğu oyunun birinci hissəsində "Xəzər-Lənkəran" Etame Mbillanın 28-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə irəli çıxmışdır. Oyunun ikinci hissəsində Sadio Tounkara 64-cü dəqiqədə aldığı ikinci sarı vərəqədən sonra qızmızı kart görmüş və "Xəzər-Lənkəran" oyunu 10 nəfərlə davam etdirmişdir. 4 dəqiqə sonra – 68-ci dəqiqədə "Neftçi" Karlos Kardosonun qolu ilə hesabı bərabərləşdirsə də bir nəfər azlıqda oynayan "Xəzər-Lənkəran" Rasim Ramaldanovun 90-cı dəqiqədə vurduğu qolla matçdan 2:1 hesablı qələbə ilə ayrılaraq ilk dəfə Azərbaycan Superkubokunun sahibi olmuşdur.
2015 Türkiyə Superkuboku
Türkiyə Superkuboku 2015 — 8 avqust 2015 tarixində 2014-15 Super Liqa çempionu Qalatasaray və 2014-15 Türkiyə Kuboku finalçısı Bursaspor arasında oynalınan 42-ci Super Kubok matçı. Rəqibini 1-0 məğlub edən Qalatasaray, kuboku on dördüncü dəfə öz muzeyinə apardı. Qalatasaray bu qarşılaşma ilə birlikdə ardıcıl dördüncü dəfə, ümumi isə iyirmi ikinci dəfə Super Kubokda mübarizə apardı. Qalatasaray əldə etdiyi bu çempionluqla birlikdə, 2006-cı ildən kuboku ən çox əldən komanda adını qazanıb. Bursaspor isə komanda tarixində üçüncü dəfə Super Liqa təşkilatındada iştirak etdi, ancaq yenə çempionluq sevinci yaşaya bilmədi. Matç Türkiyənin ATV kanalında canlı olaraq ekranlaşdırıldı. Qalatasaray baş məşqçisi Hamza Hamzaoğlu sarı-qırmızılı forma ilə futbolçu olaraq çempion olmuşdur. O, düz iyirmi il sonra Qalatasaray baş məşqçisi olaraq yenə həmin təşkilarda çempion olmuşdur. Beləliklə həm futbolçu, həm də baş məşqçi olaraq Qalatasarayda bir mövsümdə üç kubok qazanma müvəffəqiyyətinə çatdı. Qalatasarayda iki oyunçu, Bursasporda isə ümumi dörd oyunçu bu matçla birlikdə komandaları ilə ilk dəfə rəsmi mübarizəyə çıxmış oldu.
2018 Fransa Superkuboku
2018 Fransa Superkuboku (fr. 2018 Trophée des Champions) — 23-cü dəfə təşkil olunan Fransa Superkuboku görüşüdür. Görüş 2017-18 Liqa 1 mövsümünün və Fransa Kubokunun qalibi olan Pari Sen-Jermen klubu ilə Liqa 1 ikincisi olan Monako klubu arasında baş tutmuşdur. Oyun Çinin Şençjen şəhərində yerləşən Şençjen Universiada İdman Mərkəzində keçirilmişdir.Keçən mövsümün superkubok görüşündə PSJ Monako klubuna 2-1 hesabı ilə qalib gəlmişdir. Pari Sen-Jermen klubu görüşdə 4-0 hesabı ilə qalib gəlmişdir. Beləliklə klub ardıcıl 6-cı dəfə, ümumilikdə isə 8-ci dəfə Fransa Superkubokunun qalibi olmuşdur.
2019 UEFA Super Kuboku
2019 UEFA Super Kuboku – UEFA tərəfindən hər il ənənəvi olaraq keçirilən sayca 44-cü UEFA Superkuboku matçıdır. Superkubok uğrunda matçda 2018–19-cu il mövsümündə müvafiq olaraq UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası qalibi olmuş "Liverpul" və "Çelsi" klubları üz-üzə gəldi. Matç 14 avqustda İstanbulda yerləşən Vodafone Parkda oynandı. Bu matç ilk dəfə iki ingilis klubunun üz-üzə gəldiyi superkubok matçı oldu. Ümumilikdə isə səkkizinci dəfə bu turnirdə eyni ölkənin klubları üz-üzə gəldi. Superkuboklar tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.Matçın əsas və əlavə vaxtı 2–2 hesabı ilə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olundu. "Liverpul" penalti zərbələrində 5–4 hesabı ilə üstün olaraq kuboka yiyələndi. == Klublar == "Liverpul" bundan əvvəl 5 dəfə superkubok matçında iştirak etmişdi və onların üçündə uğurlu olmuşdu. Belə ki, 1977-ci ildə "Hamburq"u, 2001-ci ildə "Bayern Münhen"i, 2005-ci ildə isə "ÇSKA Moskva" klubunu məğlub edərək kuboku başı üzərinə qaldırmışdı. "Çelsi" isə buna qədər 3 dəfə stadiona superkuboku qazanmaq üçün çıxmışdı.
2019 UEFA Superkuboku

Accipiter superciliosus
Accipiter superciliosus (lat. Accipiter superciliosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aegilops longissima subsp. suprahians
Aegilops longissima (lat. Aegilops longissima) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == Aegilops longissima var. solaris Zhuk. Aegilops longissima subsp. suprahians Zhuk. Sitopsis longissima (Schweinf. & Muschl.) Á.Löve Triticum longissimum (Schweinf. & Muschl.) Bowden == Arealı == Aegilops longissima növü Suriyadan Misirə qədər yayılmışdır.
Amblyseius supercaudatus
Amblyseius supercaudatus (lat. Amblyseius supercaudatus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius supercaudatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anthurium superbum
Anthurium superbum (lat. Anthurium superbum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Araz (supermarket)
== Tarixçə == Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan «Araz» öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq ​​mağaza ilə xidmət göstərir. O, həmçinin “İstehlak Malları Forumu”nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir.Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association - SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12-16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü. == Market Sayı == •Hazırda “Araz” supermarketlər şəbəkəsi paytaxt Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Daşkəsən, Saatlı, İmişli, Quba, Zaqatala, Şirvan, Yevlax, Sabirabad, Masazır, Şuşa və s.
Araz Supermarketlər Şəbəkəsi

Avropa Super Liqası
Avropa Super Liqası — Avropanın on iki futbol klubu tərəfindən yaradılan futbol turniri. Turnirin yaradılması haqqında qərarı "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", "Barselona", "Atletiko", "Real", "Milan", "İnter" və "Yuventus" futbol klubları qəbul edib. Təşkilatın ilk sədri olaraq Florentino Peres təyin edilmişdir. Lakin Super Liqanın yaradılması "UEFA" və "FIFA"nın etirazına səbəb oldu. UEFA və FIFA Super Liqa klublarını milli, Avropa və dünya turnirlərindən kənarlaşdıracaqlarını və oyunçuların milli komandalarında oynamaq imkanını itirəcəklərini bəyan ediblər.Bir müddət sonra komandalardan 9-u turniri tərk etdi. Hazırda turnirdə sadəcə 3 futbol klubu (Barselona, Real Madrid və Yuventus) iştirak edir.
Azərbaycan Milli Futbol Superkuboku
Azərbaycan Superkuboku — kubok 4 dəfə — 1993, 1994 və 1995-ci illərdə — "Səhər" qəzetinin Superkuboku adı ilə keçirilib. 2013-cü ildə isə Azərbaycan Superkuboku adı ilə yenidən bərpa edilmişdir. Qalib iki dəfə "Neftçi Bakı", bir dəfə isə "Qarabağ" və "Xəzər-Lənkəran" olmuşdur. == Tarixi == İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də baş tutub. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşüb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" arasında görüş baş tutub. Həmin matç böyük hesabla nəticələnib – 4:1. Ölkə çempionu "Neftçi" bu yarışda da gücünü göstərib. 1993-cü ildə "Qızıl dubl" edən "Qarabağ" isə təşkilatçılar tərəfindən Superkubokla da mükafatlandırıldı. Hərçənd, çempionun kubokun finalçısı və ya gümüş mükafatçı ilə oynaması mümkün idi.
Azərbaycan Superkuboku

Azərbaycan Superliqası 2012-2013
== Çempionatda iştirak edən komandalar ==
Azərbaycan Superliqası 2013-2014
Azərbaycan Superliqasının 2013-2014-cü il mövsümündə altı komanda iştirak edir. == İştirakçı klublar == Azərreyl Bakı Azəryol Bakı İqtisadçı QVK Lokomotiv Bakı QVK Rabitə Bakı QVK Telekom QVKO-oyunların sayı; Q-qələbə; M-məğlubiyyət; QS- qazanılmış setlərin sayı; MS- məğlubiyyətə uğramış setlərin sayı.
Bakı-Supsa neft kəməri
Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) - Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.

Digər lüğətlərdə

бру́дер задво́рный икать мешкова́то понатаска́ть угомо́н бели́льня вычи́хивание засле́живать исписа́ться недопека́ться стретч тестостеро́н хоть какой-нибудь conditional tail group vaccine vendee white note антонимичный горестно мингрел прибавляться проползти ткнуться