Suğra və oğulları (film, 2021)
Suğra və oğulları — İkinci Dünya müharibəsindən bəhs edir.
Suğra (Günəş Mehdizadə) iki oğlu ilə birgə dağ kəndində yaşayır. Filmdə baş verən hadisələr kiçik oğul Bəxtiyarın (Hümbət Əhmədzadə) dilindən nəql edilir. Suğranın əri Böyük Vətən müharibəsində döyüşməkdədir . Suğra ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, kolxoz sədrinin ağır əziyyətləri ilə üz-üzə qalır.