süzüş 2021
svanlar
OBASTAN VİKİ
Svan dili
Svan dili — Kartvel dillərindən biri, svanların ana dilidir. Daşıyıcıları əsasən Gürcüstanda yaşayırlar. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində svan dilində danışanların ümumi sayını 35 min nəfər təxmin etmişdir.. Bütün svanlar gürcü dilini bilirlər. Dilin əlifbası yoxdur.
Svan-Hanz kateteri
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur.
Aleksandr Svanidze
Aleksandr Svanidze (gürc. ალექსანდრე სვანიძე ; 1886, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 20 avqust 1941, SSRİ) — gürcü siyasətçi və tarixçi. İosif Stalinin yaxın dostlarından biri idi. Həmçinin bacısı Kato Svanidze İosif Stalinin həyat yoldaşı olmuşdur. Buna baxmayaraq 1936-1938-ci illərdə baş tutmuş Böyük təmizləmə əməliyyatının qurbanlarından olmuşdur. O, 1937-ci ildə həbs edilmiş və 1941-ci ildə elə həbsdə ikən öldürülmüşdür. == Həyatı == Aleksandr Svanidze 1886-cı ildə Rusiya imperiyasının tərkibində olan Qərbi Gürcüstanın Baji kəndində, zadəgan ailəsində anadan olmuşdur. O, əvvəlcə Gürcüstanın Tiflis şəhərində, sonradan isə Almaniyanın Yena şəhərində yerləşən Yena Univeristetində təhsil almışdır. İngilis və alman dillərini öyrənən Aleksandr Svanidze qədim sivilizasiyalar haqqında tarixi araşdırmalar ilə maraqlanmışdır. 1901-ci ildə, hələ 15 yaşında olarkən Rusiya Sosial-Demokrat İşçi Partiyasının sıralarına daxil olmuş və bolşeviklərin bölgədəki gizli təşkilatında fəaliyyət göstərmişdir.
Kato Svanidze
Yekaterina (Kato) Semyonovna Svanidze-Cuqaşvili (gürc. ეკატერინა (კატო) სვიმონის ასული სვანიძე-ჯუღაშვილი, translit. Ekaterina Svimonis asuli Svanidze-Cuğaşvili; rus. Екатери́на Семёновна Свани́дзе, translit. Yekaterina Semyonovna Svanidze; 2 (14) aprel 1885, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 22 noyabr (5 dekabr) 1907, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — İosif Cuqaşvilinin (Stalin) ilk həyat yoldaşı, onun ən böyük oğlu Yakovun anası, dərzi. Gürcüstanın qərbində yerləşən Raça regionunda anadan olan Svanidze daha sonra iki bacısı və bir qardaşı ilə Tiflisə köçmüş, orada dərzi işləmişdir. Onun qardaşı Aleksandr o vaxtlar İosif Cuqaşvili kimi tanınan Stalinin yaxın bir dostu idi və 1905-ci ildə onu Svanidze ilə tanış etmişdir. Onlar növbəti il – 1906-cı ildə evlənmiş, bir neçə ay sonra isə onların Yakov adlı bir oğulları olmuşdur. Svanidze həyat yoldaşı ilə həbs olunmaqdan qaçınmaq üçün Bakıya köçmüşdü, lakin Svanidze orada ağır xəstəliyə yoluxduğundan 1907-ci ildə onlar Tiflisə geri qayıtmalı olmuşdular. O, Tiflisə qayıtdıqdan az müddət sonra vəfat etmişdir.
Mariya Svanenburq
Mariya Svanenburq (nid. Maria Catharina Swanenburg, eləcə də Goeie Mie və de Leidse Gifmengster ləqəbləri ilə tanınırdı; 9 sentyabr 1839, Leyden — 11 aprel 1915, Qorinhem) — ən 27 nəfəri və 90-dan çox insanı öldürməkdə şübhəli bilinən hollandiyalı qadın seriyalı qatil. == Həyatı == Mariya Svanenburq Klemens Svanenburq və Yohanna Dinqyanın qızı idi. Mariyanın ilk iki qızı gənc yaşda öldükdən sonra o, 13 may 1868-ci ildə Yohannes van der Linden ilə evləndi. Bu evlilikdən beş oğlu və iki qızı dünyaya gəldi. Onun evliliyi 29 yanvar 1886-cı ilə kimi davam etdi.O, özünün yaşadığı Leydenin yoxsul məhəlləsində körpələrin böyütmək, xəstələrə və yaşlılara qayğı göstərmək üçün “Yaxşı Mi” ləqəbini götürdü. == Qətllər == Onun ilk qurbanı 1880-ci ildə öz anası olmuşdur. Çox keçmədən atasını da zəhərlədi. 1880-1883-cü illər ərzində ən az 102 nəfəri arsen ilə zəhərlədiyi konkret olaraq müəyyən edilmişdir. Qurbanlarında 27-sini öldürmüşdü və onlardan 16-sı onun qohumları idi.
Raça-Leçxumi və Aşağı Svaneti
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Aşağı Svaneti diyarı
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Aşağı Svaneti mxaresi
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Kvemo-Svaneti
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Kvemo Svaneti
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Kvemo Svaneti diyarı
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Sameqrelo-Yuxarı Svaneti
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Sameqrelo-Yuxarı Svaneti diyarı
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Sameqrelo-Yuxarı Svaneti mxaresi
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Sameqrelo-Zemo Svaneti

Sameqrelo-Zemo Svaneti diyarı
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Sameqrelo və Yuxarı Svaneti
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Sameqrelo və Zemo-Svaneti

Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.
Svaneti
Svanetiya və ya Svaneti (Suaniya qədim mənbələrdə) (gürc. სვანეთი Svaneti) Gürcüstanın şimal-qərbində yerləşən tarixi vilayətdir. Əhalisinin böyük hissəsi Svan xalqından ibarətdir. Svanlar gürcüdilli xalqlara aiddir.
Svaneti knyazlığı
Svaneti knyazlığı (gürcücə:სვანეთის სამთავრო) — Gürcüstanın Svaneti bölgəsində Gürcüstan çarlığının XV əsrin sonlarında bölünməsi ilə ortaya çıxmış orta əsrlər knyazlığıdır. Gelovani və Dadeşkeliani sülalələri tərəfindən idarə edildikdən sonra 1858-ci ildə Rusiya imperiyası tərəfindən varlığına son qoyulmuşdur. == Tarixi == Svaneti Elbrus dağının cənubunda iki geniş yüksək vadi boyunca - qərbdə Enquri vadisi, şərqdə Tşenistskali və onun qolu Heladulada yerləşib. Birləşmiş Gürcüstan çarlığı dövründə XI əsrin sonlarından XIX əsrə qədər Vardanidzelər tərəfindən idarə edilən knyazlıq olmuşdur. Gürcüstan çarlığının bölünməsi ilə birlikdə özlərini müstəqil knyazlar elan edən Gelovani sülaləsi tərəfindən idarə edilməyə başlanmışdır. Qərbi Gürcüstandakı bir sıra Osmanlı imperiyası işğalları və daxili müharibələr əlaqələrin qopmasına və dağlıq bölgələrin daha da izolyasiya olmasına səbəb oldu. Svanetidə orta əsrlər feodal sistemi təsirli formada çökdü və inkişaf etməkdə olan Gürcü ortodoks mədəniyyəti bəzi paqan adətlərinə dönüş nöqtəsinə gerilədi. Bu dövrün Svaneti haqqındakı məhdud yazılı qaynaqlarına görə Svaneti dağlıları Svaneti qüllələri ilə gücləndirilmiş, çatılması çətin kəndlərdə özlərini təcrid etdilər. Qafqaz dağlarının digər yaxasındakı qonşuları Kabardin və Balkarlarla olan əlaqələri dağ keçidləri üzərindən ticarətin və soylu ailələr arasındakı evliliklərin yayqın olmasına rəğmən, çox zaman düşməncə idi. == Daxili müharibə və Rusiya imperiyasının işğalı == XVII və XIX əsrlər arasında Svaneti üç siyasi bölgəyə bölündü.
Svaneti üsyanı (1921)
Svaneti üsyanı — 1921-ci ildə Gürcüstanın Svaneti bölgəsində Sovet-bolşevik hakimiyyətinə qarşı baş tutmuş üsyan. Üsyan həmin ilin dekabr ayında Sovet-bolşevik birləşmələri tərəfindən yatırılmışdır. == Üsyan == Üsyan Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən və Gürcüstan SSR-nin qurulmasından (1921-ci ilin fevral-mart ayları) bir qədər sonra, Qərbi Gürcüstanın dağlıq bölgələrindən olan Svanetidə baş vermişdir. Yerli əhali arasında ilk iğtişaşlar 1921-ci ilin may ayına təsadüf edir. Üsyan sürətlə genişləndi və Gürcüstandakı keçid höküməti sayılan Gürcüstanın İnqilab Komitəsinə (yaxud Revkom) qarşı müqavimət göstərməyə başladı. Mosostr Dadeşkeliani, Nestor Gardapxadze və Bidzina Pirvelinin rəhbərlik etdiyi partizan dəstələri sentyabr ayında Svanetidə yerləşən Qırmızı Ordu qüvvələrini tərksilah etdilər. Onların sonrakı planı Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisinin nəzarətini ələ keçirmək idi. Üsyanın getdikcə genişlənərək ümummilli səciyyə daşıması və vətəndaş müharibəsinə çevrilməsi ilə qarşı-qarşıya qalan Gürcüstan İnqilab Komitəsi üsyançıları "siyasi quldurlar" adlandırdı və 7 oktyabr 1921-ci il tarixində onlara qarşı xüsusi cəza dəstələrinin yaradılması ilə bağlı əmr verdi. 15 noyabr 1921-ci ildə Sovet rəsmiləri Svaneti üsyançılarının sayının 1600 nəfər olduğunu və onların Gürcüstan Milli-Demokratik Partiyası tərəfindən koordinasiya edildiklərini qeyd etdilər.Svanetidəki döyüşlər altı ay davam etdi. Sovet qoşunları döyüşlərdə üstünlük əldə etdilər və üsyanın qonşu bölgələrə yayılmasının qarşısını aldılar.
Svanetiya
Svanetiya və ya Svaneti (Suaniya qədim mənbələrdə) (gürc. სვანეთი Svaneti) Gürcüstanın şimal-qərbində yerləşən tarixi vilayətdir. Əhalisinin böyük hissəsi Svan xalqından ibarətdir. Svanlar gürcüdilli xalqlara aiddir.
Svanlar
Svanlar — azsaylı Kartvel dilli xalq, Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar, mütləq əksəriyyəti Gürcüstanda yaşamaqdadır. Gürcüstanda siyahıyaalınmalar zamanı ümumi kartvel adı ilə gürcülərlə birlikdə göstərilirlər. Gürcülər ana dilləri olan gürcücədə onları svanebi (სვანები) adlandırırlar. Svanlar özlərini şan, yaşadıqları ölkəni isə Şvanar adlandırırlar.
Svante Arrenius
Svante Arrenius (1859-1927) - məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı. == Həyatı == 1859-cu ildə İsveçin Upsala şəhərində fermer ailəsində doğulmuşdur. Uşaq yaşlarından riyaziyyata maraq göstərmiş, daha sonra məktəbdə biologiya və kimya fənnləri üzrə də bacarığını nümayiş etdirmişdir. 1876-cı ildə Upsala Universtetinə daxil olmuş, iki ildən sonra oranı təbii elmlər üzrə bakalavr diplomu ilə bitirmişdir. 1881-ci ildən etibarən Stokholmdakı İsveç Kral Elmlər Akademiyasında, Erik Edlundun rəhbırliyi ilə elektrikin xassələrini öyrənmək üçün araşdırmalar aparmışdır. == Fəaliyyəti == Bu dövrlərdə elektrikin xüsusiyyətləri tamamilə aydın deyildi. Alimlərə quru duzların və suyun təmiz halda deyil, yalnız qarışıqlar şəklində elektrik keçirdiyi məlum idi. Arrenius müxtəlif mayelərin elektrik keçiriciliklərini yoxlamaq qərarına gəlmişdir. Onun qənaətinə əsasən, bəzi maddələrin molekulları mayedə həll olarkən iki və ya daha çox hissəciklərə parçalanır. Bu hissəcikləri Arrenius ion adlandırmışdır.

Digər lüğətlərdə

макраме́ перегоро́да сельку́п сострада́тель суту́лина хлори́товый ассири́йка буржуази́я куда к чёрту крута лечь румпель all-up-weight analytical geometry Cheboksary cult-hero dualistic henna-dyed lockdown partook plenitude self-forgetful будка рассуждение фазный