SÖKMƏK

f.
1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər.
– Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə.
Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb arxadan qaçmasın. Mir Cəlal.

// Qurulu bir şeyi hissələrinə ayırmaq. Maşını sökmək. Cihazı sökmək.
2. Tikişini açmaq.
Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli.

3. Xam torpağı işləmək, açmaq, qaldırmaq.
[Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı.
Kotan yeri sökən kimi, Nəcəfalı qarda şırım aça-aça getdi. B.Bayramov.

4. İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıqlandırmaq.
Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan. N.Xəzri.
Sarımtıl fişəng işığı yanvar gecəsinin qatı qaranlığını sökərək, yuxarı qalxdıqca zülmət seyrəlir. Ə.Əbülhəsən.

5. məc. Parçalamaq, dağıtmaq, məhv etmək (bu mənada bəzən “söküb-dağıtmaq” şəklində işlənir).
Zahirdi qəmzənin cigər sökməyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir.
[Qız:] Vərəm ciyərlərimi sökübdağıtdıqca qüvvədən düşdüm. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖKMƏK uçurmaq — dağıtmaq — yıxmaq — parçalamaq

Antonimlər (əks mənalı sözlər)

  • SÖKMƏK SÖKMƏK – TİKMƏK Bircə aya tikdilər doğma övladlarıyçün; Köhnə paltarını sökür maşınla (S.Rüstəm). SÖKMƏK – TOXUMAQ Deyirəm, olsaydı ixtiyarları; Dağın
SÖKMƏ
SÖKÜK

Digər lüğətlərdə

заболева́емость лече́бно- невропати́ческий отвоёвывать рафина́д я́хтенный комплимента́рщина расщепи́ть усла́ть фиа́кр макуша скулить Alamogordo enneagonal kerseynette metage pouf renegado rowdyism saccadic лыжный монотип угодье унисон штамповка