SÖYKƏNMƏK

f.
1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək.
Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq.
[Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev.
Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara. R.Rza.

2. məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək.
– Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn.

// məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.
3. Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib.
– Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhəsən.

Синонимы

  • SÖYKƏNMƏK SÖYKƏNMƏK, DİRƏNMƏK, DAYANMAQ
  • SÖYKƏNMƏK əsaslanmaq — arxalanmaq
  • SÖYKƏNMƏK dayanmaq — dirənmək
SÖYKƏNMƏ
SÖYLƏMƏ

Значение слова в других словарях

брейки́ст краси́вый кры́ночный лакони́зм лока́торный накра́пливание начерта́ться радиофи́зика сонли́вица автоти́пия дрожа́ние заме́тка консье́рж неоднокра́тность пиль сконфу́зиться ревматик blank out closing epopee meltableness putrefiable внутриатомный колбасник облегающий