SÜDƏMƏR

sif.
1. Döş əmən, süd əmən; körpə, çağa.
[Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn.
[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev.

// İs. mənasında.
Qocaların, cavanların, südəmərlərin; Üz-gözündən səhər kimi nurlar tökülür. S.Vurğun.

2. isteh. Uşaq, körpə (təcrübəsiz mənasında).
Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” – sözləri dillərdə dastan olacaqdı. A.Şaiq.
Biz kimə arxalanıb turbin qazmasına keçəcəyik? Südəmər uşaqlaramı? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜDƏMƏR südəmər bax çağa
  • SÜDƏMƏR uşaq — körpə

Antonimlər (əks mənalı sözlər)

  • SÜDƏMƏR SÜDƏMƏR – YAŞLI Eh!.. Atalar neylədi ki, sənin kimi südəmər oğullar neyləsin (A.Şaiq); İmirin üzündə özündən çox-çox yaşlı bir gülüş vardı (M
SÜDƏCƏR
SÜDXANA

Digər lüğətlərdə

гада́тель киносеа́нс ко́е-кто отби́в отдели́мый сия́ть страстоцве́т зали́ться моделье́рша перека́пываться поме́шивание прохо́дческий щит разнопёрый уку́тывать вам урдега bipartisan blind-storey companionway data-in hard-mouthed sublittoral wind-wing вешний длиннорукий