SÜHA
SÜHƏN
OBASTAN VİKİ
Süheyl ibn Əmr
Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir. == Bioqrafiyası == Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.
Mirzə Əhməd Süheyli
Mirzə Əhməd Süheyli (?-1911)—Azərbaycan şairi. == Həyatı == Mirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur. Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir. Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin.
Əhməd Süheyli Təbrizi
Mirzə Əhməd Süheyli (?-1911)—Azərbaycan şairi. == Həyatı == Mirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur. Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir. Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin.
Əli Süheyli
Əli Süheyli (fars. علی سهیلی‎‎; 1896, Təbriz – 1 may 1958, London) — Rza şah Pəhləvinin dövründə İranın baş naziri (vəziri), diplomat və dövlət xadimi. == Həyatı == Əli Süheyli, Təbrizdə yoxsul bir ailədə dünyaya gəlib. Mahmud Cəm kabinetində xarici işlər naziri idi. O, digər kabinetlərdə Kirman ostanının qubernatoru (ostandarı) və daxili işlər naziri də olmuşdur. İran hökuməti Azərbaycan məsələsindən ciddi şəkildə narahat olmağa başlamışdı. Avqust ayının 28-də təşkil olunmuş Füruği hökumətində Xarici İşlər naziri vəzifəsini tutan Mirzə Əli xan Sühеyli xarici ölkələrdəki İran diplomatik korpuslarına gizli tapşırıq vеrmişdi ki, şurəvi təhlükəsinə qarşı dayanmaq üçün ingilis mеylinə üstünlük vеrsinlər və Azərbaycan məsələsi ilə ciddi məşğul olsunlar. O, Ankaradakı İran səfirinə yazırdı: "Əgər İşlər bundan sonra da bеlə davam еtsə, onda biz Azərbaycanı itirəcəyik".Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Ruzvelt, Stalin və Çör-çill öz aralarında və İranın baş naziri Mirzə Əli Süheyli ilə məsləhətləşəndən sonra 1943-cü il dekabrın 1-də Tehranda imzaladıqları “Üç dövlətin İran haqqında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran hökumətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” == Mənbə == 'Alí Rizā Awsatí (عليرضا اوسطى), Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh - ايران در سه قرن گذشته), Volumes 1 and 2 (Paktāb Publishing - انتشارات پاکتاب, Tehran, Iran, 2003). ISBN 964-93406-6-1 (Vol.
Ələkbər Süheyli
Ələkbər Süheyli (doğum adı: Ələkbər Fərəc oğlu Əliyev; 1879 – 26 fevral 1927) — aktyor, teatr təşkilatçısı. == Həyatı == "Süheyli" Ələkbər Əliyevin səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib. Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb.

Digər lüğətlərdə

безнадёжный га́мкнуть кавале́рский провезти́ сплавля́ть судоустро́йство бесо́вка бригади́ров сплю́снуть ленивый сноха фавор anti-fascist Clackmannan data-undervoice electronic journal iso- Kara Sea neighbored neutercane osnaburg tubful workmate заесть серсо